"Cənab Prezident 245 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi ilə bağlı Sərəncamlar imzalayıb".
Lent.az məlumat verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib. O bildirib ki, Sərəncamların icrası ilə bağlı Dövlət Miqrasiya Xidmətində və regional miqrasiya idarələrində andiçmə mərasimləri keçirilib:
"Cənab Prezidentin Sərəncamı ilə həmçinin Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən 11 nəfər Vətən müharibəsinin iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləridə vətəndaşlığa qəbul edilib. Şəhidlərimizin əziz Ruhuna dərin ehtiramımızı bildirir, qazilərimizə möhkəm can sağlığı arzu edirik.
Bütün yeni vətəndaşlarımızı təbrik edirik".