2020-2021-ci tədris ili ərzində Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 21 direktorun iş yeri dəyişdirilib.
Qurumdan Lent.az-a verilən məlumata görə, 25 məktəb direktoru Fəxri Fərmanla təltif edilib:
"118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 36 direktorla müqavilənin müddəti 2020-2021-ci tədris ili çərçivəsində uzadılıb. 19 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib".