Xəbər verdiyimiz kimi, Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.
Maraqlıdır, istisna hallar dedikdə nələr nəzərdə tutulur?
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, istisna hallara xaricdə təhsil alanlar və xroniki xəstəlikdən əziyyət çəkən 16-18 yaşlı yeniyetmələr aiddir.
Xatırladaq ki, 16-18 yaşlı yeniyetmələrin peyvəndləməsi üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.
16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.