Toy havası, xınalı intihar, uşaq doğmağa məcbur qalan uşaqlar... – ARAŞDIRMA -
Toyun hay-küyündən dincəlmək üçün çadırdan çıxıb, evin qonaqlar üçün ayrılan otağına çəkildim. Yenicə özümə gəlmişdim ki, bayaqdan nazlı-nazlı rəqs edən qız ağlayaraq otağa daxil oldu. İstidən halının pisləşdiyini zənn edib, soyuq su təklif etdim. Qız əsəbi halda stəkanı itələyərək, lap uca səslə ağlamağa başladı. Sakitləşdirməyə çalışırdım ki, qucağında körpə uşağı olan başqa bir 17-18 yaşlı qız da gəldi. Yenə də jurnalist marağım dinc durmadı. Qızı dilə tutub niyə ağladığını öyrənməyə çalışdım. Məlum oldu ki, bu iki qadın, el dilində desək, eltidirlər. Yəni iki qardaşın həyat yoldaşlarıdır. Ağlayan qız küsüb atası evinə gedib, indi də boşanmaq istəyir, amma qonşular qızı danlayır ki, boşanıb ailəni rüsvay etmə. Qız da buna görə ağlayır. Ona ürək-dirək verə-verə məsələni ucundan-qulağından öyrəndim. Dediyinə görə, 13 yaşında nişanlanıb, 15 yaşında gəlin köçüb, 16 yaşında da bir qızı dünyaya gəlib. Gözünün yaşını silib: “Təzə evlənəndə belə deyildi. İndi nəsə olub. Deyəsən bizə cadu ediblər. Həm də yoldaşımın beynini doldururlar, anamgilə qarşı öyrədirlər. Bütün günü evdə qırğın idi. Bir aydır atamgildəyəm. Qızımı da gətirmişəm. Amma tamam ayrılsam, uşağı aparıb acıqla onların üstünə atacağam. Canları çıxıb baxsınlar”.
BİRİ VAR İDİ, HEÇ BİRİ YOX İDİ...
(Ərə getməsəm, müəllimə ola bilərəm?)
Belə məlum oldu ki, eltisi də IX sinifdə ailə qurub və heç birinin də qanuni kəbinləri yoxdur. İstədim ki, onlara 1-2 cümlə qadın haqlarından danışım, içəri hay-küylə bir qadın girib mənə acıqlanmağa başladı: “Səni tanıyıram, jurnalistsən. Qızımı çəkib televizorda göstərəcəksən? Bax, sənə deyirəm, qızımı televizorda göstərsən, dədəsi “ruset”dən gəlib başımızı kəsər. Evdə oturmağa gəlibsən? Dur get toyxanaya (yəni “palatka”ya - K.C.) ”. Anasının bu sözlərini eşidən qız da üstümə düşdü: “Deməli jurnalistsən? Bax, birdən çəkərsən, ha? Məni televizorda göstərsələr, kənddə biabır olarıq”. Nə qədər çalışsam da, onlara başa sala bilmədim ki, mən videoçəkiliş aparmıram. Bunun üçün gərək operator olsun. Nə isə, məsələ böyüməmiş məsləhətə qulaq asıb, toyxanaya düşdüm. Şıdırğı rəqs gedirdi. Kefli kişilər rus pullarını oynayanların başından səpir, uşaqlar da cəld yerdəki pulları yığıb tamadaya verirdilər. Toyu idarə edən yəni toyxananın rəhbəri isə barmağına qırmızı lent bağlayan xanım idi. Onun vəzifəsi ortalığı boş saxlamamaq, hamını bir-bir rəqsə dəvət və məcbur etdirmək idi. O həm də uşaqların səpilən pulları mənimsəmələrinin qarşısını alırdı. Kim pulu cibinə aparırdısa, əlindən alıb tamadaya ötürürdü. Maraq üçün rəqs edənlərin kimliyini və yaşlarını da öyrənməyə çalışdım. Məlum oldu ki, bu və qonşu kəndlərdə qız 12-13 yaşında nişanlanır, gəlin donu əyninə olacaq qədər böyüməsi üçün 2-3 il gözləyəndən sonra toyu çalınır. Yəni X-XI sinifdə oxuyanda artıq, özləri demiş, qucağı uşaqlı olurlar. Kiminsə 15-16 yaşında uşağı olmursa, “brak” çıxmış gəlin kimi dədəsi evinə müalicə alması üçün göndərilir. Xülasə, bu kəndlərdə IX sinifdə oxumağa qız qalmır. Ya ailəli, ya nişanlı olur. Subay qalan 2-3 “evdə qalmış” isə xəcalətindən dərsə getmir.
Darıxıb yenə evə qalxdım. Təsadüfən gözümə uzun saçlı, yaşıdlarından fərqli olaraq kosmetikasız və zərsiz bir qız sataşdı. Yuyulan boşqabları silirdi. Fürsət düşmüşkən onunla da tanış oldum. Məlum oldu ki, 15 yaşı var. Hələlik subay olsa da, ona da elçi düşənlər var, yaxında xeyir işi olacaq. Amma II sinifdən oxumur. Fotosunu arxadan çəkməyə icazə versə də, adını yazmağımı istəmədi: “Əslində mən müəllimə olmaq istəyirdim. Amma anamgil imkan vermədilər. Dərs hazırlayanda ya atam mal otarmağa göndərirdi, ya da anam qardaşımın paltarlarını yudurdurdu. Axşam elə yorğun olurdum ki, səhəri dərsə hazırlıqsız gedirdim. Məktəbdə də müəlliməm nar çubuğu ilə döyürdü ki, niyə oxumayıbsan? Sonra anamgil gördü ki, oxuya bilmirəm. Məktəbdən çıxartdılar. Hərdən bağda tək olanda özümü elə aparıram ki, guya müəlliməyəm, ağaclara dərs keçirəm. Budaqlarını çubuqla vurub, dərs oxumayanları döyürəm (gülür). (Sonra bir az fikrə gedib) Görəsən, mən ərə getməsəm, yenə müəllimə ola bilərəm?”
Qız elə həvəslə üzümə baxdı ki, nitqim qurudu nəsə deməyə. Yazdıqlarım kimlər üçünsə gülməli görünə bilər. Amma həqiqətdir. Bu kəndlərdəki istənilən toya gedib, gəlinin və oradakı gənc ailəli qadınların yaşını soruşa bilərsiniz. Halbuki Azərbaycan qanunvericiliyinə görə, 18 yaşından kiçik qızların ailə qurması qadağandır. Bu qadağanı qüvvədə saxlayan qanunlar və qanun pozuntusunun yaratdığı cinayət məsuliyyəti var.
Qanunlar necə işləyir? Adətən qanunlardan danışanda korrupsiya, söz azadlığı, əmək hüququ, büdcə şəffaflığı kimi sahələrə boylanırıq. Sanki qanun anlayışı bu cür sanballı məsələlərə aiddir. Suala cavab axtarım deyərkən bəlkə də çoxumuzun yadına 12 yaşında barmağına üzük taxılıb məktəbdən çıxarılan, 15 yaşında başına fata keçirilib gəlin köçürülən, 16 yaşında ana olan qızcığazlar düşmür. Görəsən, xınalı-zurnalı “xeyir” işin arxasındakı qanunlardan gəlinin, toyun nəmərini hesablayan qayınatanın, bəyin əlindəki şabaşları qamarlayan tamadanın, gəlinin qır-qızılını müzakirə edən qonşuların, bir mahnı üstündə on il küsülü qalan qohumların xəbəri varmı? Deyək ki, bunlar bilmir. Bəs başdakı masada əyləşən “kənd soveti”, bələdiyyə sədri, məktəb direktorunun da erkən nikahla bağlı məlumatı yoxdur? Mən Azərbaycanın əl çatmayan, ün yetməyən ucqar dağ kəndlərindən danışmıram. Bakıdan cəmi iki saat yarım uzaqlıqda yerləşən iki qonşu rayondan yazır, adlarını hallandırmamaq üçün qeyd etmirəm. Onsuz da dəyişən yalnız adlar olur. Toy və qanun pozuntusu isə olduğu kimi təkrarlanır. Dünən Fatmanın, bu gün isə Nisanın cinayəti törədilir.
Azərbaycanda erkən nikah faktlarını Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də təsdiq edir. Bu barədə qurumun Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev məlumat verdi: “Erkən nikahın araşdırılması məqsədilə ölkə üzrə ictimai sorğular keçirdik. Sadə vətəndaşların, media və QHT nümayəndələrinin, eləcə də din xadimlərinin iştirak etdiyi sorğu nəticəsində məlum oldu ki, Azərbaycanda erkən nikah ən az Qərb zonasında, ən çox isə Aran bölgəsi və Cənub regionunda baş verir. Apardığımız sorğularda bu problemin yaranma səbəbi kimi din faktoru da göstərildi. Hətta erkən nikahın islama uyğun olduğunu iddia edən din xadimləri də vardı. Həmçinin təhsil də önəmli səbəblərdən biri kimi qeyd olundu. Belə ki, qızının ailədən uzaqda oxumasına icazə verməyən valideynlər deyirdilər ki, onsuz da ali təhsil almayacaq, heç olmasa ailə qursun. Sorğunun nəticəsi əsasında UNİCEF-lə birgə cənub zonası üçün tədbirlər planı hazırladıq. Layihəyə əsasən, QHT və rayon icra nümayəndələrindən, din xadimlərindən ibarət nəzarət qrupları yaradıldı. Bir kənddə toy olanda yerli sakinlərin xəbəri olur. Əgər erkən nikahdırsa, bu barədə rayon icra hakimiyyətlərinə məlumat verilir. Həmin ailəyə təsir göstərilir, bunun hüquqi və ictimai məsuliyyəti izah edilir. Nəticədə erkən nikahın qarşısı alınır. Bu bizim pilot layihəmizdir. Əgər uğurlu nəticə verərsə, ölkənin digər regionlarında da tətbiq edilməsi nəzərdə tutulub”.
QANUN VAĞZALI
(16 yaşına çatmayan qızlarla cinsi əlaqədə olmaq qanunla qadağandır)
Məsələyə münasibət bildirən Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev erkən nikahı qadağan edən qanunlardan danışdı: “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-cu maddəsində dəyişiklik oldu. Qızların nikah yaşı 17-dən 18 yaşa qaldırıldı. Hazırkı qanunverciliyə görə, 18 yaşından kiçik qızlar və oğlanlar nikaha daxil ola bilməzlər. Yalnız müstəsna hallarda yaş həddi icra hakimiyyəti tərəfindən 1 il azaldıla bilər. Digər tərəfdən, AR Cinayət Məcəlləsinin 152-ci maddəsində qeyd edilib ki, 16 yaşına çatmayan qızlarla cinsi əlaqədə olmaq və ya seksual xarakterli hərəkətlər etmək qadağandır və 3 il müddətinədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Hətta ailə qurmaq adı ilə azyaşlı qızlarla cinsi əlaqədə olmaq cinayət məsuliyyəti yaradır. CM-nin 153-cü maddəsinə əsasən, 14 yaşına çatmayan şəxslə zor tətbiq etmədən, könüllü şəkildə cinsi əlaqədə olmaq da cinayət məsuliyyəti yaradır”.
Hüquqşünas Şəmsəddin Əliyev isə nikah yaşına çatmayan qızların ailə qurmaq məqsədilə qaçırılmasının da cinayət əməli olduğunu bildirdi: “Cinayət Məcəlləmizin 144-cü maddəsinə görə, hətta evlənmək məqsədilə qız qaçırmaq adam oğurlamaqdır. Odur ki, istintaqın nəticəsindən asılı olaraq qız qaçıran da adam oğurlayan kimi 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. Digər tərəfdən, Ailə Məcəlləsinin 9-cu maddəsi nikahın bağlanma şərtlərini açıqlayır. Qanunun sonrakı şərhində deyilir ki, nikah hər iki tərəfin qarşılıqlı razılığı ilə yaş həddinə çatan şəxslər arasında bağlanılır. Burada da yaş həddi qeyd edilir. Bu, qanunla qorunan hallardır”.
Bir sözlə, Azərbaycan qanunvericiliyində erkən nikahın qarşısını alan və qadağan edən qanunlar var. Bəs bu qanunlar necə işləyir?
QANUNLAR NECƏ İŞLƏYİR?
(Erkən nikahla bağlı qanunların işləməməsinin səbəbi...)
Bu sualı politoloq Rövşən İbrahimov belə cavablandırdı: “Azyaşlı qızların evləndirilməsi dəhşətdir. Qanun sosial həqiqəti mütləq əks etdirməlidir.
Əks halda o qanun deyil. Cəmiyyət erkən nikahı qəbul edir. Xüsusən də bəzi rayonlarda əhali hələ də müasir cəmiyyət strukturunun parçası olmayıb və ənənəvi cəmiyyət qaydalarına görə yaşayırlar. Həmin ərazilərdə qanunlar deyil, qarşılıqlı münasibətləri əks etdirən adətlər hakimdir. Hazırda hakim olan adət qızların erkən yaşda evləndirilməsidir, evləndirməsələr, onda evdə qalacaqlar. Demək ki, qanun işləmir”.
Hüquqşünas Nazir Quliyev isə qanunda əlavə və dəyişikliklərin edilməsinin zəruriliyindən danışdı: “Erkən nikahla bağlı qüvvədə olan qanunlar normalda işləmir. İşləsəydi, bu qədər çoxsaylı faktlar olmazdı. Əslində 18 yaşından kiçik qadınlar doğum evinə gedərkən tibb müəssisələri polis orqanlarına bu barədə məlumat verməlidirlər. Amma təcrübə göstərir ki, doğum evləri vaxtlı-vaxtında bunu etmir və faktların gizli qalmasına səbəb olurlar. Digər tərəfdən, təhsil müəssisələri də erkən nikahla mübarizə aparmalıdırlar. Dərsə getməyən azyaşlı ilə məktəblər nə dərəcədə maraqlanır? Erkən nikah faktı varsa, hüquq-mühafizə orqanlarına məlumat verirlərmi? Qanunda boşluqlar da var. Xüsusən də valideyn məsuliyyətini artıran və sərtləşdirən əlavə və dəyişikliklərə ehtiyac var. Qızını erkən yaşda ərə verən valideyn hiss etməlidir ki, onu bu əməlinə görə hansısa hüquqi məsuliyyət gözləyir. Ata-ana görür ki, heç bir məsuliyyət gözləmir, buna görə də ictimai qınağa tuş gəlmir. Fikirləşir ki, niyə də qızını erkən ərə verməsin? Erkən nikah cinayət məsuliyyəti yaradan haldır. Lakin kütləviləşdiyi üçün adiləşib. Odur ki, bu problemə qarşı mübarizədə artıq fərdi yanaşmaya keçilməlidir”.
Hüquqşünas Şəmsəddin Əliyev də qanunda boşluq olduğunu qeyd etdi: “Qanunların işləməməsinin bir səbəbi də qanunvericilikdəki boşluqlardır. Erkən nikah faktı varsa, bununla bağlı qızın özü və ya başqa bir şəxs tərəfindən prokurorluğa şikayət edilməlidir. Müraciət olmursa, prokurorluq bu işə müdaxilə etmir. Fakt var, amma şikayət yoxdursa, nə etmək lazımdır? Deməli, qanunla qadağan olan hal üçün məsuliyyət nəzərdə tutulmayıb. 18 yaşdan kiçik qızların nikaha daxil olmasını qanun qadağan edir. Amma bu qadağanı pozanın məsuliyyətə cəlb edilməsi qeyd olunmayıb. Bu, qanunda boşluqdur”.
ERKƏN NİKAHIN “YETKİNLƏŞMİŞ” FƏSADLARI
(Erkən ailələrdə cinsi zorakılıq)
Erkən nikahla bağlı qanunların işləməməsi hansı fəsadlara yol açır? Sualımızı “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova cavablandırdı: “Bizim təşkilatımıza müraciət edənlərin sırasında erkən nikah qurbanları da var. Erkən nikah uşaq hüquqlarının pozulması üçün ciddi zəmindir. Bununla onların təhsil və müstəqil qərar vermək hüquqları da pozulur. Erkən nikaha sövq edilən azyaşlı qızlar barəsində ya valideynləri, ya da başqa şəxslər qərar verir. Uşaq bir alış-satış obyektinə çevrilir. Digər tərəfdən, erkən nikah qızların sağlamlığına və hormonal inkişafına da mənfi təsir göstərir, onların uşaq yaşlarında, vaxtından əvvəl cinsi münasibətə məruz qalmalarına səbəb olur. Azyaşlı qızın seksual tərbiyə məsələsi olmadığından onunla istənilən formada davranıla bilər. Bu da cinsi zorakılığın bir növüdür. 13-14 yaşlı qızlar nişanlanan kimi məktəbdən çıxarıb evdə otuzdururlar. Beləcə təhsil almaq hüquqları da pozulur. Bu yaşda ailə quran qızlar erkən hamiləlik yaşayırlar. Doğum evinin erkən nikah faktı ilə bağlı polis orqanlarına məlumat verməməsi üçün çox zaman uşaqları elə ev şəraitində dünyaya gətirirlər. Bu halda ana və uşağın həyatı təhlükəyə atılır, ölüm halları da baş verir. Digər tərəfdən, erkən ailə quran qızlarla dövlət nikahı bağlanmır. Bu da gələcəkdə boşanma hallarında qadının hüquqlarının təmin olunmasında çətinlik yaradır”.
XINALI İNTİHARLAR
(Erkən yaşda qızlar cinsi həyata hazır olmur)
Erkən yaşda qızların ailə qurmaları qanunlara zidd olmaqla yanaşı, tibbi baxımdan da müsbət qarşılanmır. Bu barədə Bakı şəhəri, 1 saylı Doğum evinin Qadın məsləhətxanasının həkimi Şəhla Nəsibovanın fikirləri ilə tanış olduq: “14-15 yaşında qızlar nə fiziki, nə də psixoloji cəhətdən cinsi həyata hazır olmurlar. Onların bədənlərində 18 yaşına qədər formalaşma prosesi gedir. Azyaşlı qızlar uşaq dünyaya gətirmək üçün də hazır deyillər. Bəzən 14-16 yaşında qızlar ailə qurduqdan sonra hamilə qalmırlar. Bu onların fiziki cəhətdən hazır olmadıqları üçündür. Yanlış olaraq həmin qızları müalicə etdirirlər. Halbuki onların müalicəyə deyil, bədənlərinin formalaşması üçün sadəcə zamana ehtiyacları var. Lakin 14-15 yaşında ailə qurub, övlad dünyaya gətirən qızlar da var. Bu, hər kəsin orqanizmindən asılıdır. Qeyd etdiyim kimi, azyaşlı qızlar psixoloji cəhətdən də ailə həyatına hazır olmurlar. Son zamanlar boşanmaların sayının artması da bununla bağlıdır. Hətta ailə həyatına hazır olmayan bəzi qızların toydan sonra intihar halları da baş verir”.
İSLAM ERKƏN NİKAHA SÖVQ EDİR?
(Yetkinlik yaşına çatmayan qızların cinsi əlaqədə olması haram sayılır)
Cəmiyyətimizdə erkən nikahla bağlı qanunların işləməməsinin bir səbəbi kimi də din göstərilir. Hətta erkən nikahı islamın buyurduğunu iddia edənlər də var. Bəs həqiqətdə necədir? Doğrudanmı dinimiz erkən nikahı qəbul edir? Sualımızı “Mənəvi Saflıq” İctimai Birliyinin sədri, ilahiyyatçı Elşən Mustafaoğlu cavablandırdı: “İslama görə, ailə həyatının qurulması həddi-buluğa yetişdikdə doğru hesab edilir. Yetkinlik yaşına çatmayan şəxslərin ər-arvad münasibəti, cinsi əlaqədə olması haram sayılır. Şərtlərdən biri hər iki tərəfin yetkin olmaları, digəri də tərəflərin qarşılıqlı razılığıdır. Heç bir şəxs, o cümlədən də valideyn öz övladını zorla ərə verə, yaxud evləndirə bilməz! Amma yetkinlik məsələsinin özü ilə bağlı dünyada müxtəlif yanaşmalar var. Məsələn, bəzi Avropa ölkələrində yetkinlik yaşı 16, bizim qanunvericiliyimizə görə isə 18-dir. Odur ki, bu məsələ əslində cəmiyyətə, toplumdakı insanların fizioloji-psixoloji durumuna bağlıdır. Hər halda erkən nikah - həddi-buluğa çatmadan evlənmə islam tərəfindən qəbul olunmur. Bu işdə islamı günahlandırmaq məlumatsızlıqdan, ya da qərəzdən irəli gəlir”.
Ekspertlərin fikrincə, erkən nikahla bağlı qanunların işləməməsinin başqa bir səbəbi isə dini nikahların bağlanmasıdır. Bəzi valideynlər yalnız dini nikahla kifayətlənərək dövlət qanunlarına əməl etmir, qızlarını kiçik yaşda nikaha vadar edirlər. Odur ki, Nazir Quliyev bu kimi halların qarşısının alınması üçün din xadimlərinin də rolunun əhəmiyyətindən danışdı: “Erkən nikahla bağlı qanunlara əməl edilməsi üçün din xadimlərindən də istifadə edilməlidir. Bəzi ailələr dövlət nikahını əhəmiyyətsiz hesab edərək dini kəbinlə kifayətlənirlər. Halbuki biz dini deyil, dünyəvi dövlətdə yaşayırıq. Hüquqlarımızı qoruyan və müdafiə edən dövlət qanunlarımızdır. Din xadimləri bu barədə də vətəndaşlara məlumat verməlidir”.
QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ NƏ DÜŞÜNÜR?
(Yalnız dövlət nikahı olan şəxslərin dini kəbini kəsilə bilər)
Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) də münasibətini öyrəndik. İdarənin Qazilər Şurasını üzvü, Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə bildirdi ki, dini mövqeyindən asılı olmayaraq, hər bir vətəndaş dövlət qanunlarına əməl etməlidir: “Qazilər Şurası fətva qəbul edib ki, dövlət nikahı olmadan heç kimə dini kəbin kəsilməsin. Buna da QMİ tərəfindən güclü nəzarət var. Hansı axund bu qərara əməl etməsə, məsuliyyət daşıyır. Yalnız attestasiyadan keçən axundlar kəbin kəsə bilərlər. İdarəmiz iki ildir axundların və mollaların attestasiyasını aparır. Attestasiyadan keçməyən, yəni kəbin kəsmək hüquq olmayan axundun kəbin kəsdiyi hallar olub. Bu fakt aşkar olunan kimi QMİ-nin qərarı ilə həmin şəxs axundluqdan çıxarılıb”.
QANUNLARIN İŞLƏK OLMASI ÜÇÜN NƏ ETMƏLİ?
(Təkliflər, iradlar, məsləhətlər...)
Bu kimi tədbirlərə baxmayaraq, Azərbaycanda erkən nikahla bağlı qanunların işləməsində problem var. Politoloq Rövşən İbrahimov çıxış yolunu maariflənmədə və təhsildə görür: “Erkən nikahla bağlı qanunlar işləmirsə, bunun qarşısını cəzalandırmaqla almaq olmaz. Erkən nikahın fəsadları təhsillə, maarifləndirilmə ilə başa salınmalıdır. Sosial həqiqət odur ki, insanlar cahildirlər. Həyat prioritetləri tezliklə qızları ərə verməkdir. Bununla iqtisadi cəhətdən rahatlamaq, yeni qohum əlaqələri qurmaq, ictimai rəyin mənfi təsirindən azad olmaq istəyirlər. Erkən nikahın cəmiyyət üçün çox fəsadı var”.
Hüquqşünas Nazir Quliyev isə problemin həllini bu cür izah etdi: “Erkən nikahla bağlı qanunların işləməsi üçün Ailə Məcəlləsində valideyn məsuliyyəti ilə bağlı normalar artırılmalıdır. Qanunvericiliyimizdə bununla bağlı çox boşluq var. Uşaq müdafiə sistemi, icra hakimiyyətində işləyən komissiyaların rolu güclənməlidir. Bu qurumlar vaxtında hadisəyə müdaxilə etməlidirlər. Əgər azyaşlı qızın toyunda bələdiyyə, icra hakimiyyətinin nümayəndəsi və ya başqa məsul şəxslər iştirak edirsə, deməli, problemin həlli hələ mümkün deyil. Bizim “qaynar xətti”mizə bir qız zəng edərək bildirmişdi ki, rəfiqəsini valideynləri məcburən erkən yaşda ərə verirlər. Biz məsələyə müdaxilə etdik və toyun təxirə salınmasına nail olduq. Ailələrlə ciddi iş aparılmalı, bu sahədə QHT-lərin rolu gücləndirilməlidir. Ailə Məcəlləsinin 64-cü maddəsində şəxsi valideynlik hüququndan məhrum edən səbəblər göstərilib. Məsələn, alimenti ödəmədikdə, valideyn hüququndan sui-istifadə etdikdə və s. Bu səbəblərin sırasına erkən nikahla bağlı da əlavələr edilməlidir. Əslində qanunun icra mexanizmi onun qəbul edilən anından başlamalıdır. Boşluqlar müxtəlif sui-istifadəyə yol açır. Hər bir qanunun arxasında mexanizmlər, strukturlar dayanmalıdır. Bunlar təmin edilməsə, qanun işlək olmur. Lakin bu imkanlar təmin edilərsə, mövcud qanunlarla da nəyəsə nail olmaq mümkündür”.
Bu da son, ya da sonun başlanğıcı. Araşdırmamızı belə ümumiləşdirə bilərik. Azərbaycan qanunvericiliyində erkən nikahı qadağan edən qanunlar var. Lakin onlar yetərincə işləmir. Bunun üçün qanunların təkmilləşdirilməsinə, hüquqi məsuliyyəti təmin edən əlavə və dəyişikliklərə, ictimai maarifləndirməyə, icra mexanizmlərinə və yazıda qeyd edilən digər zəruri tədbirlərə ehtiyac var. Yalnız o zaman 15 yaşlı qızlar toya deyil, imtahana hazırlaşacaq, vağzalını yox, məktəb zəngini həyəcanla gözləyəcəklər. Bunun üçünsə bütün şərtlər kompleks şəkildə həyata keçirilməlidir. Məsələn, tək təhsillə də problem həll olan deyil. Mən toyda oğlu 12 yaşlı qıza nişanlı olan, öz qızını isə 16 yaşında gəlin köçürən bir müəllimlə də həmsöhbət oldum. Erkən nikahın qanunsuz olduğunu bilsə də, bunun kənd yeri üçün keçərli olmadığını dedi: “Tutaq ki mən qızımı 21 yaşına qədər evdə saxladım. Bəs camaat adama nə deyər? Hamı 15-16 yaşında ərə versin, tək mən 21 yaşına qədər saxlayım? Niyə qonum-qonşudan geri qalım? Deməzlər ki, filankəsin evində ərə getməmiş qızı var?”
Kişi elə qəzəblə və sözünə əminliklə soruşdu ki, mübahisə etməyin mənasız olduğunu anladım. Hətta mən qadın haqlarından danışanda kənardakı balaca gəlinlər bir-birilərinə təəccüblə baxıb gülürdülər ki, bu nə deyir? Qucaqlarındakı körpə qızlara daha çox yazığım gəldi. Qadınların yalnız ərə getmək üçün doğulduğu kəndlərdə toylar balaca qızların ər tapmaları üçün fürsətdir. Odur ki, yaşlarından böyük görsənməyə çalışaraq üz-gözlərini kosmetika ilə bəzəyir, uşaq bədənlərinə böyük ölçülü, daşlı-qaşlı paltarları geyinir, mümkün qədər çox iş görüb daha qoçaq olduqlarını nümayiş etdirməyə çalışırlar. Çünki oğlan anaları zirək və qoçaq gəlinlərə üstünlük verirlər. Bu şərtlərin olduğu yerlərdə qızlar istəsələr də, ərə getməkdən başqa xəyal qura bilməzlər. Seçim isə bu qədər bəsitdir: Ya ərə gedəcəksən, ya da...ərə gedəcəksən!
Könül CƏFƏRLİ
Yazı Amerika Hüquqşünaslar Assosiasiyası və Media Hüququ İnstitutunun elan etdiyi müsabiqəyə təqdim edilir

2796