Qobustan həbsxanasında monitorinq keçirilib
15 sentyabr 2011 15:24 (UTC +04:00)

Qobustan həbsxanasında monitorinq keçirilib

Ə.Nuriyevin Lent.az-a verdiyi məlumata görə, başçəkmə çərçivəsində müəssisənin bütün obyektlərinə, o cümlədən yaşayış korpuslarındakı məhkumların yaşadığı kameralara, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib. Eyni zamanda 24 nəfər məhkumla onların istəklərinə uyğun olaraq konfedisial söhbət aparılıb və hüquqi yardım göstərilib. Məhkumlarla söhbət zamanı bir sıra çatışmazlıqlar və əvvəllər baş vermiş pis rəftar halları barədə məlumat verilib.


Komitə üzvləri ilə söhbət zamanı bəzi məhkumlar pis rəftarla və bir sıra neqativ hallarla bağlı şikayətlərini çatdırıblar. Monitorinq zamanı sovet hakimiyyəti illərində tikilmiş digər CM-lərdə olduğu kimi Qobustan həbsxanasında da sıxlıq problemi müşahidə edilib. Cəzaçəkmə müəssisəsində zabit heyəti sırasında çoxsaylı vakansiyaların mövcud olması da problemlərdən biri kimi qeyd edilə bilər. Ötən başçəkmədən sonrakı müddətdə müəssisədə təmir abadlıq işləri görülüb. Eyni zamanda yeni mətbəx və səhiyyə hissəsində yeni avadanlıqları quraşdırılıb.


Məhkumların həbsxana rəhbərliyindən şikayətləri azalıb, məhkumlar və personal arasında münasibətlərdə yaxşılaşma hiss olunur.

Komitə üzvləri tərəfindən müəssisənin kitabxana fonduna pis rəftar və korrupsiyaya qarşı mübarizəyə dair kitablar verilib. Başçəkmə-monitorinqin nəticələri barədə rəy hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495

Oxşar yazılar