“Eurovision” müsabiqəsi Bayraq Meydanında tikilən “Kristal Palas”da keçiriləcək
09 sentyabr 2011 13:10 (UTC +04:00)

“Eurovision” müsabiqəsi Bayraq Meydanında tikilən “Kristal Palas”da keçiriləcək

APA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, müsabiqənin keçirilməsi üçün əsas məkan kimi bu kompleks nəzərdə tutulub: “İnanıram ki, kompleks vaxtında tikiləcək. Çünki kompleksi inşa edən Avropanın nüfuzlu “Alpine” və İsveçrənin “Nüssli AG” şirkətləri arasında müqavilə imzalanıb. Əgər belə nüfuzlu təşkilatlar kompleksin tikintisini öz öhdələrinə götürüblərsə, yəqin ki, onu layiqincə yerinə yetirirlər”.

Nazir bu komplekslə yanaşı, müsabiqənin keçiriləcəyi məkanla bağlı alternativ variantın olduğunu da deyib: “Tiflis prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi də tam təmir olunub. Düzdür, müsabiqənin burada keçirilməsi üçün hələlik tam şərait yoxdur. Orada mətbuat üçün yerlər, vip zallar tikilməlidir. Ora ehtiyat variant kimi gündəmdədir”.

A. Rəhumov deyib ki, “Eurovision” müsabiqəsi ilə bağlı tam dəqiq məlumatı yalnız İctimai Televiziya verə bilər: “Dəqiq rəqəmlər İTV ilə Avropa Yayım Birliyi ilə imzalanan müqavilədə əksini tapıb. Mənim məlumatına görə “Eurovision” müsabiqəsi üçün tikiləcək kompleksə 25 minə qədər oturacaq nəzərdə tutulub. Bu, bütün tələblərə cavab verən saray olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1458

Oxşar yazılar

Sabah  çimərliklərdə hava   necə olacaq? - PROQNOZ

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir

Bakıda kuryerlər "Wolt"u boykot edir

7 iyul 2025 , 15:13
Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

7 iyul 2025 , 15:10
Bakıya  yağış,   rayonlara  leysan yağacaq  - Sabahın havası

Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası

7 iyul 2025 , 12:55
Bu həftə gözlənilən maqnit qasırğalarının  PROQNOZU

Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU

7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı

Magistraturaya ixtisas seçimi başladı

7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq  BÜRC

İyul ayında hər şeydə şanslı olacaq BÜRC

7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

7 iyul 2025 , 08:29