Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı qaydaları təsdiqlənib
06 may 2011 14:26 (UTC +04:00)

Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı qaydaları təsdiqlənib

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bura “Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası”, “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası”, “Fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzillərdə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası” və “Fövqəladə hallar orqanlarının başqa yerə daimi xidmətə keçirilmiş əməkdaşlarına və onların ailə üzvlərinə yeni xidmətkeçmə yerinə köçmə xərcinin və birdəfəlik kompensasiyaların miqdarı və ödənilməsi Qaydası" daxildir.

“Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası” aşağıdakı bəzi ödənişlərin hesablanması və ödənilməsi qaydasını müəyyən edir:

- fövqəladə hallar orqanlarında öz ixtisası üzrə xidmət edən “Elmlər doktoru” elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 50 manat, fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 30 manat məbləğində əlavələr müəyyən edilir;

- fövqəladə hallar orqanlarının xüsusi təyinatlı təhsil müəssisələrində əyani təhsil alan müdavimlərə dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan tələbələr üçün qanunvericiliklə müəyyən edilmiş məbləğdə təqaüd ödənilir;

- fövqəladə hallar orqanlarının əməkdaşları müvafiq iş ilində (iş illərində) əsas və əlavə əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, onlara həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas və əlavə əmək məzuniyyətinə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əmək münasibətində olan əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə uyğun vəzifə və xüsusi rütbəyə görə maaşı, fasiləsiz xidmət illərinə görə ödənilən haqq və məharət dərəcəsinə görə əlavə nəzərə alınmaqla hesablanır;

- fövqəladə hallar orqanlarında pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu qaydada nəzərdə tutulmuş hallardan başqa, səhhəti və ya əlil olması ilə bağlı xidmətinə xitam verilmiş əməkdaşlara rütbə və vəzifə maaşının 6 (altı) misli məbləğində birdəfəlik müavinət verilir;

- fövqəladə hallar orqanlarının əməkdaşlarına və ya onların ailə üzvlərinə əməkdaş xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olduqda (vəfat etdikdə), ailə üzvlərinə dövlət büdcəsinin vəsaiti hesabına onun aylıq pul təminatının (ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla) 70 (yetmiş) misli miqdarında birdəfəlik müavinət və qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə maddi zərər ödənilir. Eyni zamanda əməkdaş xidməti vəzifələrinin icrası ilə əlaqədar xidməti davam etdirməyə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda və ya xəstəliyə tutulduqda və əmlakına zərər vurulduqda, dövlət büdcəsinin vəsaiti hesabına ona aylıq pul təminatının (ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla) 50 (əlli) misli miqdarında birdəfəlik müavinət və qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə maddi zərər ödənilir.

Fövqəladə hallar orqanlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər formada zərər dəymiş əməkdaşlarına və ya onların ailə üzvlərinə birdəfəlik müavinətin müəyyən edilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

- fövqəladə hallar orqanları əməkdaşları həlak olduqda (vəfat etdikdə):

- ölüm haqqında şəhadətnamə;

- əməkdaşın ölümünün bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olduğu haqqında qanunvericiliklə müəyyən olunmuş formada müvafiq akt;

- ailə üzvlüyünü təsdiq edən müvafiq sənədin surəti;

- vərəsəlik hüququna malik ailə üzvünün ərizəsi.

Fövqəladə hallar orqanları əməkdaşları əlillik dərəcəsi aldıqda Tibbi Sosial Ekspert Komissiyasının əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) arayış, əməkdaşın əlilliyinin bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olduğu haqqında qanunvericiliklə müəyyən olunmuş formada müvafiq akt və əməkdaşın təqriri barədə sənədlər lazımdır.

“Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası” fövqəladə hallar orqanlarının xüsusi rütbəli əməkdaşlarının (bundan sonra - əməkdaşlar) xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması qaydasını müəyyən edir.

Fövqəladə hallar orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər daxil edilir:

- fövqəladə hallar orqanlarında xidmətə qəbul olunmuş əməkdaşlara vəzifəyə təyin olunduğu gündən başlayaraq, sonrakı xidmət müddəti;

- fövqəladə hallar orqanlarında sınaq müddəti;

- Fövqəladə Hallar Nazirliyinin xüsusi təhsil müəssisələrində və nazirliyin göndərişi ilə digər dövlətlərin xüsusi təhsil müəssisələrində əyani təhsil aldıqları, habelə ilkin, yenidən hazırlıq və ixtisasartırma kursları keçdikləri müddət;

- fövqəladə hallar orqanlarında xidmət keçərkən əməkhaqqının saxlanması şərtilə, əməkdaşların vəzifədən kənarlaşdırıldıqları müddət;

- təşkilati və ştat dəyişiklikləri ilə əlaqədar müəyyən edilmiş qaydada vəzifədən azad edilərək, fövqəladə hallar orqanının sərəncamında saxlanıldıqları müddət;

- qanunvericiliklə müəyyən edilmiş məzuniyyət müddəti;

- fövqəladə hallar orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına hüquq mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə qəbul edilmiş və bu orqanlardan işdən çıxdıqdan sonra fövqəladə hallar orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət;

- ali dövlət hakimiyyəti orqanlarından işdən çıxdıqdan sonra fövqəladə hallar orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət;

- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu vəzifələrində xidmət müddəti;

- xidmət illərinə görə haqq ödənilməklə, hüquq mühafizə orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin prokurorluq və məhkəmə hakimiyyəti orqanlarında, eləcə də Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi cinayətlərinin ibtidai araşdırılması orqanında işləmiş, bu orqanlarda işdən çıxdıqdan sonra fövqəladə hallar orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət;

- xarici ölkələrin hüquq mühafizə və məhkəmə hakimiyyəti orqanlarında xidmət keçmiş və həmin orqanlardan işdən çıxdıqdan sonra dövlətlərarası müqavilələrlə və digər beynəlxalq sənədlərlə tənzimləndiyi halda, Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmətini davam etdirməyə qəbul olunmuş əməkdaşların həmin orqanlarda işlədikləri müddət.

Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan fövqəladə hallar orqanlarında xidmətdən xaric olunmuş, sonradan xidmətə bərpa edilmiş əməkdaşların xaric olunduqları gündən xidmətə bərpa olunma haqqında əmrin imzalandığı günədək fövqəladə hallar orqanlarında xidmət keçmədikləri müddət fasiləsiz xidmət illərinə daxil edilir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərin həbsdə olduqları, azadlığı məhdudlaşdırıldığı və cəzaçəkmə müəssisələrində olduqları müddət fasiləsiz xidmət illərinə daxil edilir.

Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə hüquq mühafizə və hərbi orqanlarda qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması halları fövqəladə hallar orqanlarında xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır.

Fasiləsiz xidmət illərinə görə verilən əlavə haqq fövqəladə hallar orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə uyğun olaraq vəzifə və xüsusi rütbəyə görə maaşlarından hesablanaraq aşağıdakı məbləğlərdə ödənilir:

1 ildən 2 ilə qədər fasiləsiz xidmət illərinə görə - 5 faiz;

2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə - 10 faiz;

5 ildən 10 ilə qədər fasiləsiz xidmət illərinə görə - 15 faiz;

10 ildən 15 ilə qədər fasiləsiz xidmət illərinə görə - 20 faiz;

15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə - 25 faiz;

20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə - 30 faiz;

25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə - 40 faiz;

30 ildən yuxarı fasiləsiz xidmət illərinə görə - 50 faiz.

Təqvim ayı ərzində fasiləsiz xidmət illərinə görə haqqın məbləği artdığı, eyni zamanda, əməkdaşların vəzifə və rütbəyə görə maaşları dəyişdiyi təqdirdə, həmin ay üçün əlavə haqqın məbləği ayın təqvim günlərinə mütənasib şəkildə artırılaraq hesablanır. Fasiləsiz xidmət illərinə görə haqq fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada orta aylıq əməkhaqqı hesablanarkən nəzərə alınır.

“Fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzillərdə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası” fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzillərdə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının məbləğini və ödənilməsi qaydasını müəyyən edir.

Fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzillərdə yaşayan əməkdaşlara və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət keçdikləri dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün verilən pul kompensasiyası hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün müəyyən edilmiş pul kompensasiyası məbləğində ödənilir.

Fövqəladə hallar orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan əməkdaşlara və onların ailə üzvlərinə xidmət keçdikləri dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyası aşağıdakı sənədlər tələb olunmaqla ödənilir:

- əməkdaşın təqriri;

- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq şəhər, rayon ərazi idarələr tərəfindən əməkdaşın xidmət keçdiyi müvafiq fövqəladə hallar orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsinin olub-olmaması haqqında verilən arayış;

- xidmət yeri üzrə yaşayış sahəsi ilə təmin olunub-olunmaması haqqında arayış;

- mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd;

- əməkdaşın və ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti;

- əməkdaşın ailə üzvlərinin onun xidmət yerinə köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınması barədə arayış.

Fövqəladə hallar orqanı əməkdaşının ailə tərkibində dəyişiklik baş verdikdə, o, bu barədə rəhbərliyə məruzə etməli və pul kompensasiyası ilə bağlı müvafiq sənədləri təqdim etməlidir. Fövqəladə Hallar Nazirliyi tərəfindən xidməti yaşayış sahəsi ilə (digər yaşayış sahəsi ilə) təmin edilmiş əməkdaşlara mənzil kirayəsi üçün pul kompensasiyası ödənilmir.

“Fövqəladə hallar orqanlarının başqa yerə daimi xidmətə keçirilmiş əməkdaşlarına və onların ailə üzvlərinə yeni xidmətkeçmə yerinə köçmə xərcinin və birdəfəlik kompensasiyaların miqdarı və ödənilməsi Qaydası” fövqəladə hallar orqanlarının başqa yerə daimi xidmətə keçirilmiş əməkdaşlarına və onların ailə üzvlərinə yeni xidmətkeçmə yerinə köçmə xərcinin və birdəfəlik kompensasiyaların miqdarını və ödənilməsi qaydasını müəyyən edir.

Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar ödənilən köçmə xərcinin və birdəfəlik kompensasiyaların tərkibinə aşağıdakılar daxildir:

- əməkdaşa və onun ailə üzvlərinə yolda olma ilə əlaqədar ödənilən nəqliyyat xərci;

- yolda olma müddəti üçün gündəlik xərc;

- ev əşyalarının gətirilməsi üçün nəqliyyat xərci;

- əməkdaşa birdəfəlik kompensasiya;

- əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya.

3. Köçmə xərci və birdəfəlik kompensasiyalar (50 km-dən çox yol qət etmək şərtilə) bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə daimi xidmət yerinə getmək üçün aşağıda göstərilən yerdəyişmə və təyin olunma halları zamanı verilir:

- Fövqəladə Hallar Nazirliyinin bir orqanından başqa bir orqanına ştat vəzifəsinə təyin edilərkən;

- Fövqəladə Hallar Nazirliyinin orqanlarının daimi dislokasiya yeri dəyişilərkən;

- Fövqəladə Hallar Nazirliyinin orqanlarında xidmət keçmək üçün ştat vəzifəsinə yeni təyin olunmuş əməkdaş başqa yaşayış məntəqəsinə köçərkən.

Fövqəladə hallar orqanları əməkdaşlarına və onlarla birlikdə yaşayan ailə üzvlərinə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar verilən birdəfəlik kompensasiya yeni təyin olunduğu iş yerindəki vəzifə və xüsusi rütbə maaşlarından hesablanır. Xidməti yerdəyişmə və vəzifəyə təyin olunması ilə əlaqədar bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə getmək üçün 50 km-dən çox yol qət edərkən, əməkdaşa və ailə üzvlərinə bu Qaydaya uyğun müəyyən edilmiş normalar üzrə yola çəkilmiş faktiki xərc ödənilir.

Köçmə xərci və birdəfəlik kompensasiyalar aşağıdakı miqdarda ödənilir:

- əməkdaşa və onun ailə üzvlərinə nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmiryolu, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gedişin dəyəri miqdarında, nəqliyyatda sərnişinlərin dövlət icbari sığortası üzrə tədiyyələr, biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yataq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla;

- əməkdaşa yerdəyişmə və təyinolunma zamanı 50 km-dən çox məsafə qət edilərsə, birdəfəlik kompensasiya yeni təyin olunduğu vəzifə üzrə 1 aylıq vəzifə və xüsusi rütbə maaşı məbləğində;

- fövqəladə hallar orqanlarının dislokasiya yerinin dəyişdirilməsi ilə əlaqədar olan yerdəyişmə vaxtı əməkdaşa məsafədən asılı olmayaraq, 1 aylıq vəzifə və xüsusi rütbə maaşının 50 faizi məbləğində;

- ailə üzvlərinin hər birinə bütün hallarda əməkdaşın 1 aylıq vəzifə və xüsusi rütbə maaşının 25 faizi məbləğində;

- əməkdaşa 3000 kq-dək ev əşyalarını gətirmək üçün çəkdiyi faktiki xərc (yükün daşınması barədə qaimə təqdim edilməklə), müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində.

- Xidməti yerdəyişmə və təyinolunma ilə əlaqədar olaraq, bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə gələrkən, əməkdaşa yolda olduğu bir sutkalıq müddət üçün xidməti ezamiyyələr zamanı qanunvericiliklə müəyyən edilmiş gündəlik xərc normaları miqdarında vəsait ödənilir.

Köçmə xərci və birdəfəlik kompensasiya əməkdaşa aşağıdakı qaydada ödənilir:

- ştat vəzifəsinə təyin edilərkən xidməti yerdəyişmə zamanı təyinolunma barədə əmr əsasında yeni iş yerində;

Fövqəladə Hallar Nazirliyinin orqanının daimi dislokasiya yerinin dəyişilməsi zamanı müvafiq əmr əsasında orqanın yeni dislokasiya yerində.

Əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya yeni vəzifəyə təyin olunduğu gündən 1 il müddətində əməkdaşın ailəsi onun xidmət etdiyi yerə köçdükdə (əgər əməkdaş yeni xidmət yerində mənzillə təmin olunmayıbsa və yaxud uşaqları ali və orta-ixtisas təhsili müəssisələrinin əyani şöbəsində və ümumi orta təhsil məktəblərinin sonuncu siniflərində oxuyurlarsa, mənzillə təmin edildiyi və uşaqların təhsil müəssisələrini bitirdiyi gündən 1 il müddətində) ödənilir.

Birdəfəlik kompensasiyalar əməkdaşın himayəsində olan aşağıdakı ailə üzvlərinə verilir:

- yaşından və əmək qabiliyyətindən asılı olmayaraq arvadına (ərinə);

- əməkdaşın himayəsində olan uşaqlara;

- əməkdaşın pensiya yaşına çatmış və yaşından asılı olmayaraq I və II qrup əlil valideynlərinə.

Köçmə xərci və birdəfəlik kompensasiyalar əməkdaşın təqriri, təyin olma barədə əmr, ailə üzvlərinin köçüb gəlmələri və yeni ünvanda qeydiyyata alınmaları barədə arayış (və ya kirayə müqaviləsi) əsasında verilir.

- Köçmə xərci və birdəfəlik kompensasiyalar aşağıdakı şəxslərə ödənilmir:

- Fövqəladə Hallar Nazirliyinin təhsil müəssisəsinin əyani şöbəsini bitirdikdən sonra həmin müəssisənin ştat vəzifəsinə təyin olunan əməkdaşa;

- əməkdaşın xidmət etdiyi yerə müvəqqəti olaraq gələn ailə üzvlərinə.

- Əməkdaş yerdəyişmə və təyin olunmadan sonra xidmətə başlamaqdan imtina etdikdə, verilmiş köçmə xərci və birdəfəlik kompensasiya məbləği qaytarılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2492

Oxşar yazılar