Medianın yeni sahəsi: İnternet televiziya və radiosu
Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 10 internet televiziya və radio fəaliyyət göstərir. İnternet televiziya və radioların fəaliyyətə başlaması üçün heç bir maneə olmadığından yaxın illərdə bu sahədə Azərbaycanda 1998-ci ildə yaşanan “qəzet bumu”nun təkrar olunacağı istisna edilmir.
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov APA-ya bildirib ki, hazırda son illərin məhsulu olan internet televiziyaları Avropada 25-30 milyon adam izləyir: “Bu yeni jurnalistika növü Azərbaycana da gəlib. Azərbaycanda 10-a yaxın internet televiziya və radio fəaliyyət göstərir. Onların dinləyiciləri 100 min nəfərə yaxındır. Bununla bərabər Azərbaycanda blogerlik də geniş vüsət alıb. Azərbaycanda 1000-ə yaxın insanın şəxsi bloqu var”.
Ə.Amaşov bildirib ki, internetdə fəaliyyət göstərən sosial şəbəkələr kimi, televiziya və radiolara da heç bir nəzarət mexanizmi yoxdur. Şura sədrinin sözlərinə görə, belə tənzimləmə mexanizmləri Avropada da mövcud deyil: “Bu televiziya və radioların fəaliyyəti üçün dünyanın heç bir yerində heç nə tələb olunmur. Əvvəlcə bu televiziyalar yaranmalı, fəaliyyət göstərməli, sonra isə onlarla bağlı qanunvericilik aktları hazırlanmalıdır. Hələ ki, tezdir. Hər bir insan internet üzərində özünün radio və televiziyasını yarada bilər. Çox güman ki, bu televiziya və radiolar inkişaf etdikcə cəmiyyətlə müəyyən problemləri üzə çıxacaq, bu problemlər çoxaldıqca onların həlli ilə bağlı müəyyən normativ aktlar olacaq. Artıq bəzi ekspertlər də düşünürlər ki, medianın bu sahəsinin tənzimlənməsi üçün müəyyən qanunvericilik aktları labüddür. Hələlik bu söhbətlər nəzəriyyə xarakteri daşıyır. Belə fikirlər də var ki, həmin televiziyaların fəaliyyəti qanunla deyil, etik kodekslə tənzimlənməlidir. Həmin televiziya və radiolar informasiyanı toplamaq, yaymaqla bağlı qaydalar hazırlamalıdır. Avropanın bir sıra ölkələrində bunlar mövcuddur”.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli isə APA-ya bildirib ki, internetdə yayımlanan televiziya və radiolarla bağlı MTRŞ-da hər hansı bir məlumat yoxdur. Çünki qanunvericilikdə bununla bağlı məsələ açıqdır: “Mən dəfələrlə demişəm, istər internetdə, istər kabel şəbəkəsində, istərsə də efirdə yayımlanmasından asılı olmayaraq, televiziya xüsusi fəaliyyət sahəsidir. Xüsusi fəaliyyət sahəsi olduğundan onu bu və ya digər şəkildə tənzimləmək lazımdır. Mövcud qanunvericilikdə bu məsələni tənzimləmək üçün hər hansı müddəa olmadığından biz bu televiziyaların fəaliyyətinə nəzarət etmirik. Amma hesab edirəm ki, bu, çox ciddi məsələdir. Gələcəkdə bu məsələni tənzimləməsinə ehtiyac olacaq”.
N. Məhərrəmlinin sözlərinə görə, qanunvericilikdə internet televiziya və radioların fəaliyyətinin tənzimlənməsi ilə bağlı müvafiq bəndlərin daxil edilməsi üçün MTRŞ dəfələrlə məsələ qaldırıb: “Bu, bizim səlahiyyətimizə aid olan məsələ deyil ki, biz hər dəfə bu məsələni qaldıraq və sonra da cavab olmasın. Bununla bağlı nə qərar veriləcəksə, MTRŞ da o qərara uyğun işini quracaq. Əgər bu, televiziyadırsa, ona nəzarəti də MTRŞ həyat keçirməlidir, baxmayaraq ki, bu televiziyalar internetdə yayımlanır. Peyklə və ya efirdə yayımlanan televiziyalarla bu, eyni şeydir. Amma söhbət ondan gedir ki, hazırda bu internet televiziyaları sırf televiziya kimi deyil, əsasən, həvəskar televiziyalar kimi fəaliyyət göstərir. Televiziya olması üçün onların gün ərzində davamlı şəkildə efirləri, verilişləri, abonentləri, yəni bir nizamlama mexanizmi olmalıdır. Bunlar çox ciddi məsələlərdir və böyük maliyyə vəsaiti lazımdır. Bu məsələ hələ ki, Azərbaycanda gündəmdədir. Amma xarici ölkələrdə internet televiziyaları yox dərəcəsindədir. İnsanlar buna getmirlər, nəticəsi yüksək olmur. Dünyada efir televiziyası, kabel televiziyası, peyk televiziyaları əsas baxılan televiziyalardır”.
Media eksperti Ələsgər Məmmədli isə APA-ya bildirib ki, internet televiziya və radiolar adi internet saytları kimi fəaliyyət göstərir: “Bu televiziyalar sadəcə qeydiyyatdan keçmiş hər hansı domen adında fəaliyyət göstər bilir. Bunların qeydiyyatı üçün də şəxsiyyət vəsiqəsi və qeydiyyat üçün lazım olan pulun ödənilməsi kifayətdir. Faktiki olaraq bunlar radio, televiziya yaradıcılığı deyil, internet üzərindən informasiyanın ötürülməsidir. Xüsusən sosial şəbəkələr üzərində də video görüntülərin paylaşması mümkündür. Bloqlar üzərində də bunlar var. Yəqin ki, biz tezliklə informasiyanın həm görüntülü, həm də səsli çoxsaylı ötürülməsinin şahidi olacağıq. Çünki müasir texnikalar çox inkişaf edib. Müasir texnikalar imkan verir ki, istənilən şəxs hətta mobil telefon vasitəsilə ilə informasiyanı həm görüntülü, həm də səsli ötürə bilsin”.
Ə.Məmmədli deyib ki, hazırda Amerika və Avropada da internet televiziyalar ilə bağlı yüksək inkişaf gedir. Həmin ölkələrdə hətta adi təşkilatlar belə informasiyanı bu yolla ötürür.
Ekspert internet televiziya və radiolara MTRŞ-nın nəzarət etməli olması ilə bağlı səslənən fikirləri məqbul hesab etməyib: “MTRŞ ölkədə mövcud olan televiziya və radiolara tam nəzarət edə bilirmi? İlk əvvəl bunun araşdırmaq lazımdır. Teleməkanda çoxlu pozuntu var ki, biz bunu görürük, amma bunlara müdaxilə edilmir. “KİV haqqında” qanunda nəzərdə tutulan kütləvi informasiya azadlığından sui-istifadə halları, yəni şəxsi həyata müdaxilə, dövlət sirlərinin yayılması, qanunla qorunan digər sirlərin yayılması baş versə, asayişin pozulmasına çağırışlar olsa, bunların harada yayılmasından asılı olmayaraq, nəzarət ediləcək. İndiki qanunvericilik buna yol verir. “KİV haqqında” qanuna əsasən, internet də KİV sayılır. Qanunun 60-cı maddəsinə görə, həmin hallara görə məsuliyyət nəzərdə tutulur. Bu sahənin lisenziyalaşdırılması da absurd səslənir. Lisenziyalar qıt olan tezliklərə verilir. Azərbaycanın 9 milyon əhalisinin hamısı sayt aça bilər. Buna görə də belə lisenziyalaşdırma mənasızdır”.
Ekspert bildirib ki, internet televiziya və radiolarının sayının hədsiz çox olacağını düşünmək doğru olmazdı: “Bu, o qədər də asan proses deyil. Səsli və görüntülü informasiyaların yerləşdirilməsi ən azı 5 min dollar vəsait istəyir. Deməli, bu məbləğdə pulu olmayanlar prosesdən kənar qalacaq. Bu informasiyaların davamlı şəkildə yayılması da xeyli böyük maliyyə vəsaiti tələb edir. Azərbaycanda 3700-dən artıq qəzet qeydiyyatdadır. Amma faktiki 30 qəzet çıxır. İnternetdə də belədir. Ola bilsin ki, internet üzərində 10 minlərlə sayt yaradılsın, son nəticədə cəmiyyət tərəfindən dəstəklənib qalanlar yaşayacaq. Bu, bir bazar münasibətidir. Kim daha yaxşı məhsul verəcəksə, onun istehlakçısı da daha çox olacaq”.

1289