"Barselona" Levandovskinin yerinə  hücumçu tapdı
26 aprel 2025 18:20 (UTC +04:00)

"Barselona" Levandovskinin yerinə hücumçu tapdı

"Barselona" "Atletiko Madrid"in 25 yaşlı hücumçusu Julian Alvareslə maraqlanır.

Lent.az xarici mediaya istinadla bildirir ki, argentinalı futbolçu “Atletiko”ya keçməklə düzgün addım atdığını düşündüyü üçün “blauqranalar”a transferi həyata keçirmək problemli olacaq. Üstəlik, Alvares kluba və şəhərə tam uyğunlaşıb. “Döşək ustaları” da 25 yaşlı futbolçunu gələcək idman layihələri üçün ən dəyərli oyunçu hesab edirlər.

Alvares bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 27 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.

Qeyd olunur ki, “Barselona” Alvaresi yayda klubu tərk edəcəyi gözlənilən Levandovskinin əvəzləyici kimi görür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645

Oxşar yazılar