Türkiyədə azyaşlıya işgəncə verən dayə saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Fateh qəsəbəsində qeydə alınıb. Əcnəbi baxıcının azyaşlıya qarşı göstərdiyi şiddət evin müşahidə kamerasına həkk olunub.
Görüntülərdə qadının körpəni vurduğu və boğmağa çalışdığı görünür.
Videonun yayılmasından sonra polislər həmin baxıcının kimliyini müəyyən ediblər. Məftunə adlı qadın saxlanılaraq, məsuliyyətə cəlb olunub.