Göygöldə yük maşını divara çırpıldı,  ölən   var
01 noyabr 2026 13:57 (UTC +04:00)

Göygöldə yük maşını divara çırpıldı, ölən var

0

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Hovo" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza zamanı sürücü - Göyçay rayon sakini 1968-ci il təvəllüdlü Əhliman Qəfərov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar