“Barselona” kubokun sahibi  oldu
27 aprel 2025 02:50 (UTC +04:00)

“Barselona” kubokun sahibi oldu

Bu gün İspaniya Kral Kubokunun final matçı keçirilib.

Lent.az xəbər verir ki, həlledici görüşdə “Barselona” “Real”la qarşılaşıb.

Oyunda hesabı kataloniyalılar açıblar. Pedri komandasını önə çıxarıb. İkinci yarıda madridlilər ardıcıl iki qol vurublar. Öncə Kilian Mbappe, ardınca Orelyan Çuameni fərqlənib. Matçın sonlarında Ferran Torres oyunu əlavə vaxta daşıyıb.

Əlavə vaxtın ikinci hissəsində Jül Kundenin vurduğu qol həlledici olub. Bununla da, “Barselona” İspaniya Kubokunun qalibi adına yiyələnib. 

İspaniya Kral Kuboku
Final

"Barselona" - "Real" 3:2

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822

Oxşar yazılar