Bakının dərdi var, Bakı xəstədir...
Və ya qaşınmanın sağalma yolları haqqında
Əziz oxucu, fikir vermisinizsə, neçə illərdir paytaxtın mərkəzindəki binaların üz divarları qaşınır. Sözsüz ki, qaşıyanların məqsədi arxitektur binaların divarlarını ağardaraq, xarici görkəmini gözəlləşdirməkdir. Müşahidələr göstərir ki, qaşınma effekt verir – mərkəzdəki binalar ağarır, təmizlənir. Amma “sağalma” dövrü çox çəkmir. Çünki yersiz və həddindən artıq çox yağan yağışlar, düşməncəsinə əsən küləklər yenidən binaları bozardır. Buna baxmayaraq, həkim rolunda çıxış edən yerli icra hakimiyyətləri “şpateli” ələ alıb düşür “xəstə” binaların canına – qaşınma yenidən başlayır.
Mənə hərdən elə gəlir ki, bu qaşınma heç vaxt bitməyəcək. Düzdür, icra orqanlarının bu əzmkarlığı alqışlanandır, amma bu qədər də yox da - lap ağ oldu ki. Avropalılar tarixi arxitektur binalarını olduğu vəziyyətdə saxlayır ki, gələn qonaqlar onların ölkələrinin tarixini hiss etsin. Biz isə vaxtı ikən İçərişəhəri müxtəlif səfirlik binaları və ofislərin inşası üçün açıq elan etdik, indi isə girəcəkdə şlaqbaum quraşdırıb, divarları qaşımağa başlamışıq. İnanın ki, bu yolla ağ günə çıxmaq mümkün deyil.
Digər tərəfdən, niyə axı məhz mərkəzdəki binalar bu qədər qaşınır? Yoxsa Əhmədlidə, Günəşlidə, “Vosmoy”da qaşımağa yer tapılmayıb? Məntiqlə, bu suallara bir neçə cavab gəlir ağlıma. Ya bu icra hakimiyyəti orqanları bir könüldən min könülə vurulub paytaxtın mərkəzinə, ya da mərkəzdəki binaları daha qocaman olduğuna görə daha çox “qaşınma” tutur. Amma icra orqanlarının səmimiyyətinə inana bilmirəm, vallah! Çünki sevilən yer bu qədər qaşınmaz. Əminəm ki, burada 100 faiz başqa səbəblər var. Avtomatik ağlınıza gələn “təmir zamanı qənaət edilən pul yenidən qaşınmanı stimullaşdırır”, “rəhbərlik tərifini qazanırlar” fikirləri daha ağlabatandır.
Yəqin razılaşarsınız ki, binalara qarşı bu boyda məhəbbət sahibi olan iş icraçıları zibili də vaxtında yığışdırar, liftlərə də xarab qalmağa imkan verməz və bir çox başqa faydalı işlər görərdi. Başqa bir misal - siqaret çəkən bir Bakı sakini kimi məni çoxdan narahat edən məsələlərdən biri küçələrimizdə yetərli qədər zibil qutularının olmamasıdır. Sonra da deyirlər ki, şəhəri zibilləməyin, Bakını sevin (bəlkə siqaret kötüklərini cibimə yığıb, aparıb evdə zibil qutusuna atmalıyam?!). Nə isə düz gəlmir – fikirlərim, gördüklərim və eşitdiklərim.
Amma tam əminəm ki, həkimə demək lazımdır başqa resept yazsın, çünki çətin bu qaşınma qurtarsın...
Bakının tezliklə sağalması arzusu ilə,
Vüqar M.Mustafayev

810