Çanaqlı heyvanların erası başa çatır
Şimal Buzlu okeanının suları çanaqlı heyvanlar üçün cəhənnəmə çevrilir.
Lent.az-ın verdiyi xəbərə görə, “Daily Telegraph” qəzetində bununla bağlı aparılan araşdırmanın nəticələri dərc olunub.
Barselonada “Sabahın okeanları” mövzusunda keçirilən konfransda çıxış edən Fransanın Milli Elmlər Araşdırma Mərkəzinin professoru Jean-Pierre Gattuso deyib ki, araşdırma Norveç və şimal qütbü arasındakı Svalbard dənizində aparılıb.
Məsələ ondadır ki, sənaye obyektlərindən havaya atılan karbondioksid okean və dəniz sularıyla kimyəvi reaksiyaya girir. Ancaq soyuq su bu reaksiyanı daha da sürətləndirir. Qlobal istiləşmə nəticəsində də Şimal Buzlu okean əriyir, havaya atılan karbondioksidin reaksiyaya girəcəyi soyuq suyun miqdarı çoxalır. Bu reaksiya nəticəsində yaranan kimyəvi tərkib isə aşındırıcı xarakterə malikdir.
Professoru Jean-Pierre Gattuso bildirib ki, 10 il sonra Şimal Buzlu okeanının sularının 10 faizi çanaqlı heyvanların çanağını əridəcək dərəcəyə çatacaq. 2050-ci ildə bu okeanın sularının 50 faizində çanaqlı heyvanlar qalmayacaq. 2100-cü ildə Şimal Buzlu okeanın sularında ümumiyyətlə, çanaqlı heyvan tapılmayacaq.
Alim vurğulayıb ki, Şimal Buzlu okeanında baş verən bu proses məhdud xarakter daşımayacaq, ekosistemdə və qida zəncirində ciddi boşluq yaradacaq. Jean-Pierre Gattuso okeanlarda karbondioksit qazının həll olunması səviyyəsini texnoloji müdaxilələrlə azaltmağın mümkün olmadığını qeyd edib. Onun sözlərinə görə, bəşəriyyət faiciədən qaçmaq istəyirsə, atmosferə atılan karbondioksitin miqdarını azaltmaq üçün təcili dünya dövlətləri hərəkətə keçməlidirlər.

1475