Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manat ayrıldı
0
0
Vəsait paytaxtdakı abadlıq işləri üçün nəzərdə tutulub
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində abadlıq işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bu barədə Lent.az-a Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, Bakı şəhərində aparılan abadlıq işlərini sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 20 milyon manat məbləğində vəsait ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.