Hamımız mutantlaşırıq...
İngiltərədə aparılan araşdırmalar hər insanın hüceyrələrinin genində ən azı 100 mutasiya baş verdiyini aşkarlayıb
İngiltərədə “Wellcome Trust Sanger” İnstitutunda 70 il ərzində aparılan araşdırmalar sensasion nəticəni ortaya qoyub. Lent.az-ın verdiyi məlumata görə, araşdırmanın nəticələri “Current Biology” elmi bülletenində dərc olunub.
İnstitutda ən müasir texnologiyalardan istifadə olunub və uzaq qohum olan iki çinlinin gen xəritəsi çıxarılıb. Genetik xəritələrin müqayisəsi zamanı məlum olub ki, 200-ə qədər mütasiya halı var.
Araşdırmada iştirak edən professor Cozef Nadeau bildirib ki, mutasiya dəyişiklikləri insanın ətraf mühitə uyğunlaşmasından qaynaqlanır, bədən bir növ özünü mühitə uyğun dəyişdirir.
Ancaq bəzi hüceyrələrdəki genetik mutasiyalar insanların xərçəngə meylli olmasına, digər xəstəliklərə qarşı müqavimətinin azalmasına da yol açır. Alimlər hesab edirlər ki, genetik dəyişiklikləri öyrənmək gələcəkdə həkimlərin insanları bir çox ağır xəstəliklərdən müalicə etməsinə imkan yaradacaq.

Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46