İnsanlar haqqında 29 maraqlı fakt
10 sentyabr 2009 14:30 (UTC +04:00)

İnsanlar haqqında 29 maraqlı fakt

İnsanların hər gün rastlaşdığı və yaşadığı bəzi faktlar var kı, çoxları onlara əhəmiyyət vermir. Lakin bu faktlarla yaxından tanış olsaq, onların nə qədər maraqlı və önəmli olduğunu anlayarıq. Lent.az insan həyatında olan 29 ən maraqlı və önəmli faktı sizlərə təqdim edir.

1. İnsanların boyu səhərlər axşamkından 1 sm daha uca olur. Bunun səbəbi gün ərzində oynaqların yığılmasıdır.

2. Evdə olan tozların böyük bir hissəsi ölü dəri qatını təşkil edir.

3. Əldəki şəhadət barmağı digər barmaqlara nisbətən daha həssasdır.

4. İnsan orqanizmi 1 saniyə ərzində 15 milyon eritrosit (qırmızı qan hissəcikləri) yaradır və öldürür.

5. Həddindən artıq qidalanma eşitmə qabiliyyətini ağırlaşdırır.

6. İnsan yemək vaxtı yeməyi təxminən 295 dəfə udur.

7. Kainatda bu vaxta qədər ölənlərin sayı yaşayanların sayından azdır.

8. Yatdığınız otaq nə qədər soyuq olarsa, səfeh yuxular görmək ehtimalınız çoxdur.

9. Həşəratların dişləməsi ən çox ayaqlarda təsadüf edir.

10. Əgər 1 milyon insan eyni vaxtda hoppanarsa, yaranan qüvvət 500 ton TNT-ə bərabər olar.

11. Qadınlar kişilərlə müqayisədə gözlərini 2 dəfə artıq qırpırlar.

12. İnsan orqanizmi üçün gün ərzində 2 dəfə 4 saatlıq yuxu tam 8 saatlıq yuxudan daha faydalıdır.

13. Saqqalın uzanmağı orta hesabla ildə 140 mm təşkil edir.

14. Kişi saçlarının diametri qadın saçlarının diametrini 2 dəfə üstələyir.

15. Digər barmaqlara nisbətdə orta barmaqdakı dırnaq daha tez uzanır.

16. Statistikaya görə, insan hamam otağına gün ərzində 6 dəfə gedir.

17. Dadbilmə reseptorların (həssas sinir toxumalarının qıcıqlanmanı qavrayan ucları) yaşama müddəti 10 gündür.

18. Ən cavan valideynlər 1910-cu ildə Çində olub. Onların 8 və 9 yaşları var idi.

19. Ən çox tanınmış böyrək daşının çəkisi 1.36 kq-a bərabər idi.

20. Sağ əllə yazan şəxslər yeməyi ağızın sağ tərəfində çeynəyirlər, amma solaxay şəxslər yeməyi ağızın sol tərəfində çeynəyirlər.

21. Dünyada hər 7 saniyədə bir körpə doğulur.

22. Əgər susuzluğunuz dayanarsa, məsləhət olardı bir qədər də su içəsiniz, o zaman qurudulmuş orqanizm (susuzluq mexanizmi) tam olaraq sönəcək.

23. Gülüş - hormonal qərginlik dərəcəsini aşağı salır və immun sistemini gücləndirir.

24. 6 yaşlı uşaqlar gün ərzində orta hesabla 300 dəfə gülürlər. Böyüklər isə gün ərzində 15-100 dəfə gülür.

25. Deyirlər ki, əgər balıqqulağını qulağımıza yaxın tutsaq o zaman orada okeanın səsini eşidəcəyik. Bu fikir səhvdir! Əslində, bu okeanın səsini yox, qulaqda olan damarlardan axan qanın səsidir.

26. Siqareti tərgitmək istəyən şəxs əvvəl yatdığı vaxtdan 1 saat az yatmalıdır.

27. 4 yaşlı uşaq orta hesabla gün ərzində 437 sual verir.

28. İnsan orqanizmindəki damarların uzunluğu 100 000 km-dir.

29. İnsan dərisinin üst qatında yaşayan canlı orqanizmlər dünyada yaşayan insanlardan daha çoxdur.

Kimyə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 953

Oxşar yazılar