Qadınların qənimi
Döş vəzisi və uşaqlıq boynu xərçəngindən qorunmağın yolları müzakirə olunub
Bu gün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən ACTİUR Reproduktiv Sağlamlıq/Ailə Planlaşdırılması layihəsi, Milli Məclisin Sosial siyasət komitəsi və onun tərəfdaşı olan “Lider” Qadınlar İctimai Birliyi və Demokratik İnkişaf İctimai Birliyinin təşkilatçılığıyla “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında qanun, Azərbaycanda döş vəzi və uşaqlıq boynu xərçənginin vəziyyəti” mövzusunda Dəyirmi Masa keçirilib.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, tədbirdə bu gün dünyada 20 milyon insanın xərçəng xəstəliyindən əziyyət çəkdiyi, hər il bu xəstələrin sayının 10-15 milyon artması ehtimalının olduğu bildirilib.
Xərçəng xəstələrinin 60 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Azərbaycan hökumətinin Reproduktiv Sağlamlıq üzrə Milli Strategiyası döş vəzisi və uşaq boyu xərçənginin müayinəsi, erkən diaqnozunun qoyulması və qarşısının alınması üçün Milli Proqramın hazırlanmasını və tətbiqini özündə əks etdirir.
Millət vəkili Gültəkin Hacıbəyli deyib ki, onkoloji xəstəliklərlə bərabər, bu gün dünyada Hepatit B, Hepatit C kimi xəstəliklərin geniş yayılması təhlükəsi var. Səbəb bu xəstəliklər barədə ictimaiyyətdə geniş məlumatın olmamasıdır. O, bu tədbirin keçirilməsində məqsədlərinin kütləvi informasiya vasitələrinin də yardımıyla cəmiyyətin məlumatlandırılması olduğunu qeyd edib.
Gültəkin Hacıbyəli bildirib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layhəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılarkən surroqat ana və süni mayalanma ilə bağlı maddələr etiraz doğurub və faktiki bu qanunun əhəmiyyəti həmin maddələrin kölgəsində itirib: “Əslində “Reprodluktiv sağlamlıq haqqında” qanunun əsas məqsədi ana və uşaqları qorumaq, xəstəlikləri ilk mərhələdə müayinə etmək və qarşısını almaqdır”.
ACTİUR Reproduktiv Sağlamlıq/Ailə Planlaşdırılması layihəsinin direktoiu Mavjuda Babamuradova nəzərə çatdırıb ki, hər il dünyada xərçəngdən 300 min ölüm qeydə alınır. O da uşaqlıq boyu xərçənginin məhz ilkin mərhələdə qarşısının alınmasının effektiv olduğtunu, 3-cü və 4-cü mərhələdə müalicənin ciddi effekt vermədiyini qeyd edib.
Mavjuda Babamuradova döş vəzisi xərçəngi ilə bağlı vəziyyətə də toxunub və hazırda Avropada belə xəstələrin sayının artdığını xatırladıb. Onun sözlərinə görə, dünyada hər 16 qadından birinin döş vəzisi xərçənginə tululması riski var və döş vəzisi xərçəngi riskindən qorunmağın da ən effektiv yolunu müayinə zamanı ilkin mərhələdə onun aşkarlanmasıdır. Bu mərhələdə müalicə daha effektiv olur.
Milli Onkologiya Mərkəzinin baş həkimi İdrak Kavzımov hər il dünyada qadınlar arasında 1 milyon döş vəzisi xərçənginin qeydə alındığını söyləyib. Yaxın gələcəkdə bu rəqəmin 1,5 milyona qədər artacağı gözlənilir.
1999-cu ildə Azərbaycanda qadınlar arasında bu xəstəlikdən ölüm faizi 30,4 faiz olub. 2008-ci ildə bu rəqəm 37 faizə çatıb. 40 yaşdan sonra döş vəzisi xərçənginə tutulma riski artır.
Həkim ABŞ və Avropa ilə müqayisədə Azərbaycanda döş vəzisi xərçənginin daha çox qeydə alındığını, ölümlərin də daha çox olduğunu dilə gətirib: Səbəb odur ki, Azərbaycanda qadınların çoxu bu xəstəliyin 3-cü, yaxud 4-cü mərhələsində həkimə müraciət edirlər. O zaman da müalicə effektli olmur. Məsələn, 2003-cü ildə 44 faizə qədər qadın bu xəstəliyin 3-cü və 4-cü mərhələsində həkimə müraciət edib.
Qeyd edək ki, qadınlar arasında xəstəliklərlə bağlı ölümlərin 17 faizini döş vəzisi xərçəngi təşkil edir. İkinci yerdə uşaqluq boynu xərçəngi gəlir.
İdrak Kavzımov hər 100 min qadının 15-25 nəfərinin uşaqlıq boynu xərçəngindən əziyyət çəkdiyini bildirib. Azərbaycanda da xəstəlik səbəbindən baş verən qadın ölümləri arasında uşaqlıq boynu xərçəngi ikinci yerdə gəlir. 2008-ci ildə bu rəqəm 15,2 faiz olub.
Azərbaycanda uşaqlıq boynu xərçənginə tutulanların 50 faizi həyatını itirir. Avropada isə bu göstərici 12 faizdir: “Azərbaycanda uşaqlıq boynu xərçənginə tutulanlar arasında ölüm faizinin yüksək olmasının da səbəbi qadınlarımızın xəstəliyin 3-cü və 4-cü mərhələlərində həkimə müraciət etmələridir. 2008-ci ildə 50 faizdən çox xəstə 3-cü və 4-cü mərhələdə müraciət ediblər. Xəstəliyi ilkin mərhələdə üzə çıxarmaq üçün skirinq diaqnostikası, yəni əhalinin kütləvi yoxlanılmasını həyata keçirmək lazımdır. Başqa sözlə, xəstəliyin proflatikası əsasdır”.
Ramiz

1098