Azay Quliyev QHT rəhbərləri ilə görüşdü
QHT qanunvericiliyilə bağlı məsələlər bir daha müzakirə edildi
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin təşəbbüsünü nəzərə alaraq, QHT qanunvericiliyi məsələlərini müzakirə etmək üçün görüş keçirib. Lent.az-ın məlumatına görə, görüşdə Şura üzvləri və ölkənin aparıcı QHT-lərinin rəhbərləri, eləcə də media təmsilçiləri iştirak etdilər.
Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev görüşü açaraq deyib ki, bir qrup QHT rəhbərinin Şuraya müraciətini nəzərə alıb bu görüşü keçirməkdə məqsədimiz QHT qanunvericiliyilə bağlı məsələləri bir daha müzakirə etməkdir.
Milli Məclisdə QHT-lər haqqında qanuna əlavə və dəyişikliklər olaraq təklif edilmiş müddəalar tədbirdə geniş müzakirə edilib. Müzakirələrdə çıxış edən tanınmış QHT rəhbərləri Aslan İsmayılov, Çingiz Qənizadə, Azər Mehtiyev, Aydın Kərimov, Rauf Zeyni, Akif Nağı, Mirvari Qəhrəmanlı, Qubad İbadoğlu, Əlövsət Əliyev, Rəşid Hacılı, Əvəz Həsənov, Vahid Qazi, İlqar Məmmədov, İradə Cavadova, Rövşən Ağayev, Radə Abbas, Anar Məmmədli, Hafiz Həsənov, Emin Hüseynov, Eldar İsmayılov, Füzuli Rzaquliyev, İradə Rizazadə, Rauf Qarayev və başqaları əlavə və dəyişikliklərə münasibət bildirdilər. Qeyd edildi ki, QHT qanunvericiliyinə hər hansı bir dəyişiklik yalnız Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına və möhkəmlənməsinə xidmət edəcəyi halda məqbul sayıla bilər.
Görüş iştirakçıları irəli sürülmüş təkliflərin ümumiləşdirilərək Milli Məclisə çatdırılmasını Şura sədri, deputat Azay Quliyevdən xahiş etdilər.

704