Əsgər kələkləri - ARAŞDIRMA
Bütün zamanlarda aktual və tənbəl əsgərlərin pənah yeri olan hərbçi bəhanələri
Hərbi xidmətdə olanlar yaxşı bilir ki, hərəsi bir bölgədən olan, müxtəlif mühitlərdə tərbiyə almış və fərqli dünyagörüşlü əsgərlərin psixologiyasını öyrənmək, onları idarə etmək və bu əsgərləri hərbi şəraritə alışdırmaq çox çətindir. Əsgəri hərbi xidmətə tam alışdıranda isə onun xidmət müddəti başa çatır və ordudan tərxis olunur.
Bəzən bir neçə ayın əsgərləri elə kələk və variantlardan istifadə edirlər ki, onlardan nəinki taqım və bölük komandirləri, hətta uzun müddət orduda xidmət edən şəxslər belə baş açamaqda çətinlik çəkirlər. İş o yerə çatıb ki, müasir dövrün uşaqları müasir vasitələrdən istifadə etməklə öz komandirlərinin başına istənilən oyun gətirə bilirlər. Onlar bəzən bu “dəcəllikləri” ilə həm özlərini, həm də komandir heyətini zərbə altında qoyurlar.
Həmsöhbət olduğumuz zabitlər də əsgərlərin bəzən ağlagəlməz metodlardan istifadə etdiklərini deyirlər. Hansı ki, onların hansısa məqsədlə istifadə etdiyi bu metodları ən peşəkar hərbçilər belə anlaya bilmirlər.
Məsələn, furajkanın günlüyü şax qalsın deyə, əsgərlər onu tikiş yerindən sökərək günlüyün içinə eyni ölçüdə karton və ya bərk material qoyur. Pulu oğurlanmaması üçün paltarın müxtəlif hissəslərində, boyunluqda, şalvarın kəmər yeri və s.kəsərək ora tikir və s.
Qeyd edək ki, keçmiş sovet ordusundan bir sıra problemlər miras olaraq Azərbaycan ordusuna da ötürülüb. Ordunun NATO standartlarına uyğunlaşmasına, nəsillərin bir birini əvəzləməsinə baxmayaraq, bu miraslar hələ də öz varlığını qoruyub saxlayır. Bəzən də yeni-yeni, Azərbaycan ordusuna məxsus “milli variantlar” meydana çıxır.
Sovet ordusundan miras olaraq xidmətə yeni başlayan gənc əsgərlərin sınaq məqsədilə döyülməsi, incidilməsi, xəbərçi olub-olmadığının bu yolla öyrənilməsi və s. hələ də tətbiq olunur. Dünyagörüşü müxtəlif olan əsgərlərin bu sınaqları bəzən işgəncələrlə əvəzlənir. Kimisi döyülüb incidilsə də səsini çıxarmır, kimisi isə məcburiyyət qarşısında qalaraq, yuxarı komandirlərə şikayət etməli olurlar.
Əsgərlər arasında münaqişələr çox zaman hansısa birinin sifətində və ya bədənində qaralma, cızılma və s. kimi ləkələrlə nəticələnir. Şübhəsiz ki, bu xəsarətlər cavabdeh zabitlər tərəfindən tez aşkarlanır və həmin əsgər sorğu-suala tutulur. Əsgərlərin ifadələrinə baxsaq, ümumilikdə Azərbaycan ordusunda bu cür zədələrin “qaranlıqda çarpayıya dəymə”, “odun doğrayanda səhv” və s. kimi səbəblərdən “baş verdiyini” görərik. Hətta iş o yerə çatıb ki, uzun illərdir kütləvi hal almış bu “təsadüfü zədələrlə” zabitləri aldatmaq olmur. Bəzən həqiqətdə baş verən bu cür zədələri də əsgərlərin uydurması kimi qəbul edirlər.
Sifətdəki zədə və qaralmaları gizlətmək üçün əsgərlər primitiv tibbi metodlardan istifadə edirlər. Dərhal ləkənin üzərinə diş məcunu yaxılır və az keçməmiş məcun qaralmanı götürür. Çəkilmədiyi halda isə əsgərlər iynə ilə həmin hissəni deşərək qara qanı çıxarırlar. Bundan sonra həmin əsgərin döyüldüyünü sübut etmək çox çətin olur.
Xidmət müddətində əsgərlərin əsas problemi gecə və ya soyuq havalarda xidmətə çıxmaqdır. Gecə “naryad”ına çıxmaq istəməyən əsgərlər bu məqsədlə müxtəlif kələklərdən istifadə edirlər. Bu variantlardan birincisi xəstə olmaqdır. Yəni əsgər nə isə eləməlidir ki, xəstələnsin və xidmətə çıxmasın.
Xəstə olmaq, bir müddət tibb məntəqəsində gün keçirmək, xidmətə çıxmamaq üçün əsgərlər çox zaman qəndin üzərinə bir neçə damcı yod tökərək onu udur. Nəticədə “xəstələnən” əsgərin hərarəti yüksəlir. Hətta tibb məntəqəsində belə onun hərarətinin niyə, hansı səbəbdən qalxdığını təyin etmək olmur.
Əsgərlər bəzən bu məqsədlə azacıq təbaşir və ya əhəng tozunu bir stəkan suya qarışdıraraq içirlər. Sonuncu təhlükəli metod olsa da əsgərlər bundan istifadə edərək sayəsində bir neçə gün ya naryada çıxmır, ya da gününü “sançast”da keçirir.
Əsgər “xəstəlikləri” sırasında “zəhərlənmələr” də əsas yeri tutur. Könlü istirahət etmək istəyən əsgər bu məqsədlə bir stəkan duzlu su içir. Nəticədə bütün yediklərin qaytarır, hərarəti yüksəlir və dərhal tibb məntəqəsinə göndərilir.
Ayağını çəkmədə saxlamaq istəməyən şəhər uşaqları isə çəkələk geyinmək üçün başqa bir kələkdən istifadə edir. Bunun üçün ayağın çeçələ barmağının arasına qanqal tikanı və ya qılpın otunu batırıb bir müddət saxlayırlar. Nəticədə ayaq barmaqlarının arasında qanaxma və ya çirklənmə yaranır. Bundan sonra məcburiyyət qarşısında qalan həkim həmin əsgərin müalicə dövründə çəkələklə gəzməsinə icazə verir.
Botinka geyməmək və bir müddət hospitalda yatmaq üçün ən çox istifadə edilən metodlardan biri də ayaq dərisinin altına donuz tükü yeritməkdir. Bir müddət dərinin altında qalan donuz tükü uzanır və infeksiya verir. Yeriyə bilməyən əsgər dərhal hospitalizasiya edilir. Əsgərlər bəzən dabanlarını botinkanı boğaz hissəsi ilə sürtərək yara etməykdən də çəkinmirlər.
Xidmət dövründə ev üçün darıxan əsgərlərin, övladı üçün darıxan valideynlərin birgə kələk epizodlarına da rastlaşmaq mümkündür. Məsələn, oğlunu məzuniyyətə gətirmək istəyən valideynlər bunun üçün müxtəlif metodlara əl atır. Bunların arasında ən populyarı isə “valideynin vəfat etməsi” olur. Məsələn, kənddə, yaxun qohum-əqrəbada vəfat edən varsa, hərbi hissəyə məktub göndərilir ki, filan əsgərin anası, anası və ya yaxın kimi isə vəfat edib. “Qara məktub” və əsgərin göz yaşları önündə dayana bilməyən komandir məzuniyyət kağızını yazıb, əsgəri həmin gün yola salır.
Telekanallardan birində hərbi veriliş aparıcısı deyir ki, hərbi hissədə çəkiliş zamanı Kürdəmirdən bir əsgər atasının rəhmətə getdiyini, anası və bacısının tək qaldığını söyləyərək jurnalistlərdən mümkünsə onun məzuniyyətinə icazə almalarını xahiş edir. Əsgərin yazıq görkəminə baxan jurnalistlər onu verilişin ssenarisinə uyğun olaraq anası ilə görüşdürmək qərarına gəlirlər. Odur ki, əsgəri götürüb Kürdəmirə, evlərinə aparırlar. Əsgəri qapının ağzında qarşılayan bir kişi “köpəyoğlu, sən yenə gəldin?” deyir. Jurnalistlərə həqiqəti açan kişinin sözlərindən məlum olur ki, sən demə, bu əsgər “atasının ölümü” də daxil olmaqla, müxtəlif bəhanələrlə bir neçə dəfə evdə olub.
Müxtəlifliyi ilə seçilən əsgər kələklərinə hər il yeniləri əlavə olunur. Məsələn, böyük hərbi hissələrdə yeməkxanaya naryad çıxmaq istəməyən əsgərlər özlərində süni ürəkbulanma yaradırlar. Bunun üçün soyuq və isti su qarışığına 1-2 çay qaşığı duz qataraq içir və ya yağın üzərinə bir az yod çəkərək onu udurlar. Nəticədə ürəkbulanması yaranır və həmin əsgər dərhal yeməkxana “naryadından” azad edilir.
Əldə etdiyimiz məlumatlara görə, son vaxtlar orduda xidmətə yeni başlayan bəzi “çoxbilmiş” əsgərlər öncədən namaz qılmağı öyrənir. Bununla da xidmət dövründə onu “dindar olması” səbəbiilə natəmiz əraziləri təmizləməyə göndərmirlər.
Rəşad Süleymanov

1778