Uzunmüddətli görüş, qoşa çarpayı, 16 saniyəlik elektrik kəsintisi
Bakı İstintaq Təcridxanasına baxış keçirildi
Bu gün yenicə istifadəyə verilmiş II Zabrat ərazisində yerləşən Bakı İstintaq Təcridxanasına baxış keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə baş prokurorun birinci müavini Rüstəm Usubov, hərbi prokuror Xanlar Vəliyev, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov, Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət İctimai Komitənin üzvləri, o cümlədən hüquq müdafiəçiləri və KİV nümayəndələri iştirak edib.
Qonaqlara məlumat verilib ki, 120 il əvvəl inşa edilən və dövrün tələblərinə cavab verməyən Bayıldakı 1 saylı və Şüvəlandakı 3 saylı istintaq təcridxanalarının əvəzinə Zabrat qəsəbəsində (II Zabrat) inşa olunan Bakı istintaq Təcridxanasının tikintisinə 2008-ci ilin aprelində başlanılıb. Təcridxananın tikintisinə 600-dən çox işçi qüvvəsi cəlb olunub. Zabrat-Kürdəxanı şosesindən müəssisəyə qədər ümumi sahəsi 27 650 kvadratmetr olan yeni yol çəkilib.
Qonaqlar binanın baş planı ilə də tanış olub. Təcridxananın yenicə təyin olunmuş rəisi Elxan Sadıqov bildirib ki, təcridxana rejim korpuslarından, inzibati binadan, karantin otağından, qısa və uzunmüddətli görüş otaqlarından, istintaq bölməsindən, təsərrüfat-məişət xidməti işlərində saxlanılan məhkumlar üçün nəzərdə tutulan korpuslardan ibarətdir.
Burada saxlanma limiti 2500 nəfərdir. Müəssisədə 1, 2, 4 və 6 nəfərlik 576 kamera var. Bütün korpuslar xüsusi keçidlə mərkəzi korpusa bağlanıb.
Təcridxananın yerləşdiyi ərazinin yaxınlığında Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə üçün yeni inzibati binanın inşası planlaşdırılır. Təcridxanada saxlanılan və abır cinayət törətməkdə təqsirləndirilən şəxslər Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə üçün yeni inzibati binasına xüsusi salınmış tunel vasitəsilə aparılacaq.
Burada görüş üçün kabinetlər, məişət şəraiti olan (televizor, mətbəx, qoşa çarpayı və s.) otaqlar və uzunmüddətli görüşlər üçün mətbəx yerləşir. Qısamüddətli görüşlərin vaxtı 4 saat, uzunmüddətli görüşlərin vaxtı isə 4 gün nəzərdə tutulub. Uzunmüddətli görüşlər üçün nəzərdə tutulmuş otaqların sayı 4-dür.
Birinci və ikinci mərtəbələrdə 28, üçüncü mərtəbədə 13 kamera var. Bütün korpuslar veb-kameralar vasitəsilə idarəetmə mərkəzindən nəzarətdə saxlanılır. Veb-kameraların lentə aldığı materiallar 2 aydan sonra avtomatik olaraq silinir. Lakin həmin müddəti 1 il 6 aya qədər uzatmaq mümkündür.
İstintaq təcridxanasının tibb-sanitariya hissəsi ikimərtəbəli binada yerləşir. Burada həkim kabinetləri, cərrahi əməliyyat otağı, laboratoriyalar, aptek və digər yardımçı otaqlar var. 14 kamera-palatalarda 60 təqsirləndirilən şəxsin stasionar müalicəsi üçün şərait vardır. Bu binanın birinci mərtəbəsində 24, ikinci mərtəbəsində 25 palata yerləşir.
Təcridxananın fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 210 kilovoltluq yeraltı elektrik xətti çəkilib, transformator yarımstansiyaları, 3 generator quraşdırılıb, su və qaz təchizatı sistemi qurulub. Burada elektrik enerjisinin kəsilmə müddəti maksimum 16 saniyə ola bilər.
Müəssisə ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bir neçə korpusun tikintisi bu ilin sonunadək tam yekunlaşacaqdır.
Təcridxana ilə tanışlıqdan sonra Respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, hərbi prokuror Xanlar Vəliyev, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov, Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət İctimai Komitənin üzvləri müəssisə ilə bağlı fikirlərini bildiriblər. Onlar belə bir təcridxananın istifadəyə verilməsini irəliyə addım kimi qiymətləndirərək bunu təqdir etdiklərini deyiblər.
Pərvin ABBASOV

1142