Məktəb direktorlarını nazir təyin edəcək
“Orta məktəblərin özünün nizamnaməsinin hazırlanması prosesi 2-3 aya qədər vaxt aparacaq”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun müdiri Firudin Həmzəyev Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında 13 yanvar 2011-ci il tarixli qərarının icrası ilə əlaqədar təhsil nazirinin xüsusi əmr imzalayacağı gözlənilir. Bundan sonra hər bir məktəb özünün nizamnaməsini hazırlayıb, Pedaqoji Şurada müzakirə etməlidir.
Firudin Həmzəyev deyib ki, məktəblərin nizamnaməsi müzakirə olunduqdan sonra Pedaqoji Şura tərəfindən təsdiq edilməlidir. Növbəti mərhələdə sənəd qeydiyyata alınmaq üçün Rayon Təhsil şöbələrinə (paytaxt məktəbləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə) təqdim olunmalıdır.
Xatırladaq ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra “Təhsil haqqında” ilk qanun 1992-ci ildə qəbul olunub. Bundan iki il sonra – 1994-cü ildə Nazirlər Kabineti “Ümumtəhsil məktəblərinin nizamnaməsi”nin təsdiq edilməsi haqqında qərar qəbul edib. Həmin qərar 2009-cu ilin iyununadək – “Təhsil haqqında” yeni qanun qəbul olunanadək qüvvədə olub. Bu qanunun qüvvəyə minməsindən təxminən 1 il yarım sonra Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında 13 yanvar 2011-ci il tarixdə yeni qərarı imzalanıb.
Nazirlər Kabinetinin yeni təsdiq etdiyi əsasnamədə əvvəlki ilə müqayisədə bir necə mühüm fərq diqqəti cəlb edir. Məsələn, yeni əsasnamədə qeyd olunur ki, ümumtəhsil məktəblərində təhsilalanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Sənədin 5.4 maddəsinə əsasən isə ümumtəhsil məktəbinə direktoru Təhsil Nazirliyi təyin edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri deyir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi yeni əsasnamə ilə əvvəlki arasında fərqlər olsa da, prinsip etibarilə məzmun eynidir. Onun sözlərinə görə, təlim-tərbiyə prosesinin təşkili əvvəl olduğu kimi, məktəbin direktorunun funksiyalarına aiddir: “Belədə ciddi prinsipial fərqlər yoxdur. Amma vəzifələrdə, tapşırıqlarda müəyyən dəyişikliklər var. Bu dəyişikliklər isə əsasən məktəblərin üzərinə düşən funksiyaların daha aydın şəkildə göstərilməsidir”.
Firudin Həmzəyev bildirir ki, 1992-ci ildə qəbul olunmuş “Təhsil haqqında” qanuna əsasən, məktəb direktorlarını kollektiv özü seçirdi. Lakin sonradan bu qaydalarda iki dəfə düzəliş edilib. Həmin düzəlişlərin birində məktəb direktorlarının Rayon Təhsil şöbələri tərəfindən seçilməsi, digərində isə Təhsil Nazirliyi tərəfindən təyin olunması nəzərdə tutulurdu. Anacaq hər iki dəyişiklikdə direktorların kim tərəfindən və seçim, yoxsa təyinat yolu ilə müəyyən edilməsi konkret göstərilmədiyindən bu məsələ Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində həll olunurdu.
Elxan SALAHOV

1138