Qanlı və qəddar tarixçə: vampirlər – mif, yoxsa reallıq? – ARAŞDIRMA
Vampirin tərifi
Vampirlər – əslində mifoloji və ya folklorda mövcud olan natəmiz ruh hesab olunur. Vampirlər haqda ilkin təsəvvürlər onların canlı olmayan, ölmüş, hazırda isə canlı insan və ya heyvan qanı ilə qidalanan varlıqlar olmasından ibarətdir. Həmçinin, vampirlər kino və ədəbiyyatın tez-tez müraciət elədiyi mövzudur. Folklorda bu termini əsəsən Şərqi Avropa xalqlarının əfsanələrindəki qaniçən varlıq üçün istifadə edirlər. Bəzi mədəniyyətlərdə isə insan olmayan vampirlər barədə də anlayışlar var – məsələn, uçan siçanlar, itlər, hörümçəklər. “Vampir” terminini eyni zamanda, canlıların qanını, həyatını və enerjisini soran vəhşi həşəratlara da aid edirlər.
Sözün etimologiyası
“Vampir” sözünün etimologiyası bu varlıqların özləri qədər qaranlıqdır. Bəzi mənbələrdə “vampir” sözünün türk mənşəli olduğu deyilir. Belə ki, tatar dilində “ubır”, yəni, “ifritə” ifadəsi var ki, tatarların inancına görə, həmin ifritənin məşğuliyyətlərindən biri də insanların qanını içmək olub. Həmçinin, qazax mifologiyasında “kempir” adlı ifritə var ki, qan içmək həvəsi ona da xasdır. Ümumiyyətlə, hətta ən qədim xalqların mədəniyyətlərində qan içən ölülər barədə miflər var. Şumer mifologiyasında “qaniçən akşarlar”, Babil mədəniyyətində “qansoran Lilu ruhları”, hind sanskritlərindəki “vetallar” (ölülərin bədəninə girib, onları dirildən və qan soran varlıqlar), çinlilərin “axsayan meyit” adlandırdıqları, insanın qanını deyil, enerjisini, həyat essensiyasını soran analoji vampir, qədim romalıların qaniçən ruhları – “Lamiyalar”, rumınların “Striqoi”, albanların “Ştriqaları”... Bu mifoloji varlıqların hamısının fövqəladə gücə sahib olmaq, gecə qaranlığını sevmək, qan içmək kimi keyfiyyətləri olub.
Vampirlər millətlərin folklorunda
Bəs, vampirlər necə yaranırdı? Avropa və slavyan mədəniyyətlərində vampirlərlə bağlı fərziyyələr belə idi: böyük günah, yəni intihar eləmiş insanlar, qara magiya ilə məşğul olan ifritə və cadugərlər vampirlərə çevrilirdilər. Həmçinin, dişləmə yolu ilə öz xüsusiyyətlərini günahsız qurbanlarına da ötürə bilirdilər. Təbii ki, vampir olmağın yolları bunlarla bitmirdi. Slavyan inanclarına görə, dişli və quyruqlu doğulan, müəyyən tarixlərdə mayası qoyulan uşaqlar, kilsədən uzaq düşənlər, dini ayinlərlə basdırılmayan ölülər vampirlərə çevrilməli idi. Slavyan xalqlarında hətta ölünün vampirə çevrilməsinin qarşısını almaq üçün xüsusi dəfn adətləri vardı: tabutun ağzına kəsən tərəfi meyitə sarı tuşlanmış oraq qoyurdular ki, ölü dirilib, qalxacağı halda, tabutdaca boğazı üzülsün.
Slavyanlar, məkanın yaxınlığında vampirin fırlandığını xəbər verən bəzi əlamətlərə də inanırdılar. Məsələn, təsərrüfatda buynuzlu dişi qoyun olması, qəbri açılmış ölünün dırnaq və saç uzatması, ağızın qanla dolması həndəvərdə qaniçən məxluqun fırlanmağından xəbər verir.
Vampirləri yayındırmağın, qorxutmağın yolları barədə də slavyanların ənənəvi inancları var. Məsələn, sarımsaq qoxusundan qaçan vampirlər... Buğda və ya yonqar görəndə onları mütləq saymağa başlayan və başı qatılan vampirlər... Slavyanlar “vampir epidemiyası” illərində basdırılan ölünün qəbrinə buğda və ya yonqar tökürdülər ki, diriləcək ölü, gün açılana qədər bunları saysın və başı qarışsın. Başı buğda saymağa qarışan vampiri qəfildən çıxmış gün işığı məhv etməli idi.
Slavyan ölkələri ilə əhatə olunmuş Rumıniya xalqının da vampirlər barədə təsəvvürləri oxşardır. Rumınlar vampirlərə “striqoi” deyir və onları müxtəlif növlərə bölürlər. Canlı “striqoi”lər, ölüb-dirilmiş “striqoi”lər, “moroy”lar, “prikoliç”lər…
Rumınların inancına görə, üçüncü döş, quyruq və ya əlavə saçla doğulanlar, vaxtından əvvəl dünyaya gələnlər, yolundan qara pişik keçmiş və duz yeməyən hamilə qadınların körpələri, nikahdankənar uşaqlar, qeyri-təbii ölümlə dünyasını dəyişənlər, bir də xaç suyuna salınmadan ölən adamlar mütləq vampirə çevrilməli idilər. Bu siyahıya ailənin yeddini qızı və ya yeddinci oğlu da daxil idi.
Bəs, vampiri necə tanıyır və ya harada görə bilirdilər? Müxtəlif millətlərin rəvayətlərinə görə, vampirləri adətən onlar ev heyvanlarına, ailə üzvlərinə hücum edən, ev əşyalarını ora-bura səpələyən vaxt görə bilirmişlər. Həmçinin, inanca görə, vampirlər xüsusilə Müqəddəs Georgi günündə (qriqoryan təqviminə görə mayın 6-da) fəallaşırlar. Qədim zamanlarda xristianlar kilsədə vampirlərdən qorunmaq üçün bura gələnlərə sarımsaq paylayır və onu yeməyənlərdən şübhələnirmişlər. Eyni zamanda ölmüş körpənin qəbrini üç il, cavan adamın qəbrini beş il, yaşlı adamın qəbrini isə yeddi il sonra açıb yoxlayırmışlar ki, ölünün vampir kimi dirilib-dirilmədiyini bilsinlər. Vampirlərdən qorunma yollarının biri də evin divarlarına, heyvanların dərilərinə sarımsaq sürtmək imiş.
Vampir olduğu ehtimal edilən adamı insanlar özlərini müdafiə etmək məqsədi ilə öldürür, başının kəsir, ağzına sarımsaq qoyur, bədəninə isə ucu yonulmuş odun batırırdılar.
Qaraçıların ilkin vətəni Hindistanda vampir xüsusiyyətlərinə malik mifoloji şəxsiyyət olub – Bhut və ya Phet. O, vaxtından əvvəl ölmüş insanın ruhu idi. Bu ruh gecələr üstündən bağırsaqlar asır, əlində kəllə çanağı gəzdirir, diriləri öldürüb, qanını bu çanağa doldurub, içirdi. Hindli inancına görə, əxlaqsız həyat tərzi sürənlər, intihar edənlər və daha betər günah işlədənlər öləndən sonra vampirə çevrilirdilər.
Qaraçı mədəniyyətində isə vampirlərə sadəcə “mullo” (ölü, mərhum) deyirlər. Başqa xalqların vampirlərindən fərqli olaraq, qaraçıların “mullo”ları hər adamın qanını sormurdu. Onlar öz ölümlərinə səbəb olmuş, onlar öləndən sonra əşyalarını adətin tələb elədiyi kimi yandırmayıb, özü sahib çıxmış şəxslərin, ya da, onların yasını saxlamayan qohumların qanını içmək üçün dirilib gəlirlər. Qaraçı vampirlərin başqa vampirlərdən daha bir fərqi var – onlar dirilib, gələndən sonra sadə insan kimi həyat sürə bilərlər. Qadın “mullo”lar hətta ərə gedə və heç nə olmamış kimi, həyatlarına davam edə də bilər. Amma bu, “mullo” qadınla evlənmiş kişilərin sonu deməkdir: qaraçı inanclarına görə, “mullo”ların daha bir özəlliyi onların seksual doymazlığıdır.
Qaraçı folklorunda vampirlik, daha doğrusu, “mullo”luğun əlamətləri bir barmağın kəm olması, ya da istənilən bədən əzasının artıqlığı, dovşandodaqlılıq, tünd mavi gözlər idi. Həmçinin, yaşadığı müddətdə heç kimin öldüyünü görmədən dünyasını dəyişənlər, basdırılmadan meyitləri şişənlər də “mullo” olurdular. Qaraçı mədəniyyətində vampirlərlə bağlı daha bir fərq, təkcə insanın deyil, heyvanların, bitkilərin və əşyaların da “mullo”lara çevrilə bilməsidir. İtlər, pişiklər, bel, kərki, evdə həddən artıq uzun müddət saxlanmış boranı və ya yemiş də “mullo” ola, səs sala və üzərinə qan gələ bilərdi.
Qaraçılar vampirlərdən qorunmaq üçün, “mullo” olduğundan şübhələndikləri adamı öldürür, bədəninə polad iynələr batırır, ağzına, gözlərinə və qulağına polad parçası qoyur, məzarına paya sancır, ya da qaynar su tökürdülər.
Tarixdə vampir vahiməsi
18-ci əsrdə Şərqi Avropada kütləvi vampir vahiməsi başlamışdı. Qara camaatdan başlamış, dövlət qulluğunda çalışanlara qədər hamı kütləvi şəkildə vampir ovuna çıxırdı. Hər şey vampirlə bağlı iki hadisədən sonra başladı. Şərqi Prussiya və Hamburq monarxiyasında vampirlərlə bağlı iki şikayət hökumət tərəfindən sənədləşdiriləndən sonra, insanlar vampir ovuna çıxdılar. Qəribə vərdişləri, əlamətləri olanların vampir olmasından şübhələnir, ölülərin qəbirlərini açır, meyitləri murdarlayırdılar.
Nəhayət, Avstriya imperatriçəsi Mariya Tereza öz şəxsi həkimini bu ölkələrə göndərdi. Doktor Cerard van Svieten vampirlərin mövcud olmadığını sübut etdikdən sonra “vampir epidemiyası”na son qoyuldusa da, məsələ artıq ədəbiyyat və incəsənətin dəbdə olan mövzusuna çevrilmişdi. Üstəlik, söhbət İngiltərəyə və ingilis kralına da çatmış və növbəti vampir həyəcanı orada başlamışdı.
Müasir zamanda vampir faktları
Vampirlərə inam bu gün də var. Son əlli ildə baş vermiş müxtəlif faktlara baxaq.
1970-ci ildə Londonda gəzən şayiələrə görə, Haygeyt məzarlığında bir vampir insan ovuna çıxıbmış. Həmin illərdə bu qəbiristanlıq ölkənin müxtəlif yerlərindən gələn “vampir ovçuları” ilə dolu olurmuş.
2002-ci ildə Afrika ölkələrindən olan Malavidə xalq qubernator Erik Çivayı onun vampirlərlə əlaqədə olduğunu iddia edərək, daşqalaq eləmişdi.
2004-cü ilin fevralında mərhum Tom Petrin qohumları onun dirilib, vampirə çevrilməyindən şübhələnirdilər. Onlar mərhumun qəbrini açaraq, meyitin ürəyini çıxardılar, meyiti yandıraraq külünü suya qataraq, içmək üçün bütün qohumlarına payladılar.
2005-ci ilin yanvarında İngiltərədə xalq insanları dişləyərək, dişini qanlarına batıran məxluqlar sarıdan qorxuya düşmüşdü. Polislər isə bu söhbətin sadəcə şəhər əfsanəsi olduğunu iddia etdilər.
Hüquq vampirlər barədə nə deyir?
Hüquq tarixində qurbanının qanını içən bir neçə cinayətkarın məsuliyyətə cəlb olunduğu məhkəmələr var. 1971-ci ildə İngiltərədə, Şimali Uels şəhərciyində baş tutmuş məhkəmədə müttəhim Alan Dreykə qan içmək qadağan olunub. Almaniyada, Düsseldorf yaxınlığında gəzişərək, yolunun üstünə çıxan insanları öldürüb, qanını içən Peter Kürten və Riçard Trenton Çeyzin qalmaqallı məhkəmə işləri də buna misal ola bilər. 1974-cü ildə İngilis polisi 30 yaşlı işıqçı Helmut Meyi oğurlayıb, onun damarlarını kəsərək, qanını içən 24 yaşlı Valter Lokku həbs eləmişdi. Həmin ildən etibarən, uzun müddət ingilis polisi qəbiristanlıqlara nəzarət edirdi ki, oxşar ehtiraslara sahib olanlar təzə basdırılmış ölünü qəbirdən çıxarıb, qanını içməsinlər.
Tibb vampirlər barədə nə deyir?
Tibb belə hesab edir ki, “vampirlik” adlı xəstəlik yoxdur. “Vampir” deyilən mifoloji varlıq isə öz əlamətlərinə görə iki xəstəliyə – quduzluq və porfiriyaya yaxındır. Quduzlaşmış heyvan və quduz heyvanın dişləyərək, xəstəliyini ötürdüyü insanların bədənində isti qana tələbat yaranır. Həmçinin quduzlaşmış heyvan və insanlarda fövqəladə güc müşahidə olunur, ağızlarının kənarında qanlı köpük əmələ gəlir. Belə heyvan və insanlar öləndən sonra, dırnaqları və saçları xeyli uzanır.
Porfiriya xəstəliyinin də əlamətləri vampirliyə yaxındır. İnsest (qan qohumlarının cinsi əlaqəsi) nəticəsində və ya irsən keçdiyi güman olunan porifiriya xəstələrində orqanizm qanın əsas komponentini – qırmızı hissəciklərini istehsal edə bilmir. Bunun nəticəsində qan və hüceyrələrdə piqment mübadiləsi korlanır. Gün işığında hemoqlobin parçalanır və barmaqlar burulmağa başlayır. Porifiriya xəstələrinin hemoqlobinin ağ hissələri toksin cisimlərinə çevrilir ki, bunlar da dərialtı hüceyrələri yeyib-bitirir. Buna görə də gün işığına çıxan porfiriya xəstələrinin dərisi nazilərək çatlamağa başlayır. Simptomlardan daha biri də porfiriyalı xəstələrin dişlərinin tədricən qızarmasıdır. Buna görə də porifiriyalı xəstələrin vampirlərə yaxın olduğunu deməyə əsas var. Amma mütləq qeyd etməliyik ki, bu xəstəlik yalnız iyirminci əsrin əvvəllərinə qədər sağalmaz xəstəlik hesab olunurdu. Yəqin ki, “vampir məsələsi”nin iyirminci əsrdə “soyuması” da belə xəstələrin kütləvi şəkildə azalması ilə bağlıdır.
Psixologiya vampirlər barədə
Psixoloq Murad İsayev:
- Psixologiyada “energetik vampirlər” deyilən müəyyən insanlar var ki, onlar nəinki qan içmək, hətta insanı öldürməkdən daha ağır formada mənfi təsirlər göstərirlər. Ümumiyyətlə, bu anlayışın haradan ortaya çıxdığını qeyd etmək istəyirəm.
“Vampir” anlayışına daha geniş şəkildə Avropada 17-18-ci əsrlərdə rast gəlirik. Vlad Malesku adı ilə yaşayıb, “Qraf Drakula” ləqəbi ilə məşhurlaşmış şəxs barədə məlumatlar var. Bu insan fenomenal gücə sahib insan kimi tanınırmış. Psixologiya belə hesab edir ki, həmin şəxsin ciddi psixoloji problemləri yaranıb, o ağır manyakal depressiv psixoz vəziyyətində olub. Vlad Malesku həmçinin sevdiyi qadın tərəfindən atılmış və bir çox səbəbdən həbs olunub. Bu hadisələrdən sonra o, insanlardan, xüsusilə də qadınlardan intiqam almaq istəyib. Bu məqsədlə gecə şəhərə çıxaraq, qadınları evinə gətirib, onlara müəyyən işgəncələr verirmiş, sonda dişləyərək, öldürürmüş. Əməlləri ortaya çıxdıqdan sonra onun qan içən olduğunu, günəşdən qorxduğunu, hətta uçduğunu belə iddia edənlər olub. Təbii ki, bunların hamısı bu şəxs haqqında ətraflı məlumatın olmaması ilə bağlıdır. O vaxt “manyakal depressiv psixoz vəziyyəti” adlı sindrom məlum deyildi. Buna görə də, onun insanlara verdiyi işgəncələri vampir olması, insan qanı ilə qidalanması ilə bağlayırdılar.
Vampirlər heç də filmlərdə olduğu kimi fenomenal güc sahibi deyillər. Əksinə, psixoloji çatışmazlıq ucbatından, şəxsiyyətinin manyakal şəkildə deqradasiyaya uğradan insanlara “vampir” deyilə bilər.
Lakin yuxarıda qeyd etdiyim kimi, insanların enerjisini alan “manipulyatorlar” mövcuddur ki, insanlar onlardan ayrıldıqdan sonra dəhşətli yorğunluq, baş ağrısı və aclıq hiss edirlər. Bəs, kimlərin bu təsirə düşmə ehtimalı çoxdur? Psixoloji və fizioloji olaraq, özlərini qorumayan insanlar, daha dəqiq deyilsə, idmandan və ciddi mütaliələrdən qaçanlar enerji oğurlayan vampirlərə tuş gələ bilərlər. “Enerji vampirləri” cazibədar səs tembrinə sahib olan, xoş geyinən insanlar olurlar.
Vampirlər və incəsənət
Bütün mifoloji məxluqlar kimi, vampirlər də ədəbiyyat və incəsənətin daima dəbdə olan mövzusudur. Belə bir ehtimal var ki, vampir mövzusunu qərb ədəbiyyatına ilk dəfə gətirmiş yazıçı Lord Bayrondur (“Gəyur” 1813). Bunun ardınca Meri Şelli məşhur “Frankinşteyn” romanının yazdı. Qərb yazarları təkcə romanlarla kifayətlənmir, vampirlər barədə poemalar, silsilə hekayətlər də yazırdılar. On doqquzuncu əsr Qərb ədəbiyyatı vampir əfsanələri ilə dolu idi ki, onlardan da ən məşhuru “Drakula” romanı idi.
“Drakula”nın süjetini 1897-ci ildə irland yazıçısı Brem Stoker yaratmışdı. Geniş yayılmış qənaətə görə, Stokerin romanının prototipi real şəxs – İrlandiyanın Valaxiya knyazlığının hakimi Vlad Sepeş və ya Vlad Malesku idi. Başlanğıc necə olur-olsun, “Drakula”nın axırı çox uğurlu və maraqlı oldu. Dünya ədəbiyyatı roman qəhrəmanının “oğullarını”, “qızlarını”, “rəqiblərini” yaradaraq, onu əvəzolunmaz personaj kimi dünya kinosuna təqdim etdi.
“Drakula” (2000) filminə görə, Drakula dünyadakı birinci vampirdir. Filmdəki interpretasiyaya görə, Drakula xəyanətkar İudanın cəhənnəmdən belə qovularaq, bədəninə qayıtmış ruhudur. İuda yaşamaq üçün insan qanı içməlidir. Onun Tanrı işığından qorxmasının səbəbi də elə budur. Ədəbiyyat (Piter Uots, Stefani Mayer, L. C. Smit, Şarlin Xarris), xüsusilə kinematoqraf (“Vampirin gündəlikləri”, “Vampirlə müsahibə”, “Əsl qan” və s) insanlara vampirlər, onların həyatı, əlamətləri, vampirlərlə mübarizə barədə saysız hesabsız nümunələr təqdim edib.
Hazırladı: Günel M.

3126