Qafar Cəbiyevin 60 yaşı tamam oldu
Bu gün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda görkəmli arxeoloq, tarixçi alim, istedadlı jurnalist, tarix elmləri doktoru Qafar Cəbiyevin anadan olmasının 60 illiyi münasibətilə yığıncaq keçirilib.
Q. Cəbiyev 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində kolxozçu ailəsində anadan olub. 1969-cu ildə Gəncə Pedaqoji Universitetinin tarix fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1973-1974-cü illərdə İsmayıllı rayonu Talıstan kənd orta məktəbində tarix müəllimi işləyib. 1974-1976-cı illərdə “Zəhmətkeş” rayon qəzetində məktublar şöbəsinin müdiri, 1980-1981-ci illərdə “Zəhmətkeş” qəzetində redaktor müavini vəzifələrində çalışıb.
1980-ci illərdə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Müntəzəm olaraq Qəbələ, Bakı və Ağsu-İsmayıllı arxeoloji ekspedisiyalarının apardığı çöl tədqiqatı işlərində iştirak edib. Uzun müddət Ağsu-İsmayıllı ekspedisiyası rəhbərinin müavini və Qəbələ arxeoloji ekspedisiyasının IV dəstəsinin rəisi olub.
1990-2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri olub. Həmin dövrdə eyni zamanda BDU-nun və Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının dosenti kimi pedaqoji fəaliyyətlə məşğul olub.
Hazırda Azərbaycan Müəllimləri İnstitutunun professorudur. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü edilib.
2003-cü ildən etibarən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsində (0.5 ştat vahidi) işləyir. Uzun illərdir ki, Qəbələ, Bakı, İsmayıllı, Ağsu və Kürdəmir ərazisindəki arxeoloji abidələrin öyrənilməsində iştirak edib.
“Arxeologiya və romantika”, “Azərbaycan keramikası”, “ Can Azərbaycan”, “Bura vətəndir”, “Girdman tarixi”, “Ağsu şəhəri orta əsrlərdə” kitablarının, habelə 150-dən çox elmi, 500-dən çox elmi-publisist məqalə müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır.
Yubiley tədbirində Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri Vəli Əliyev, İlyas Babayev, Geologiya İnstitutunun şöbə müdiri, professor Hikmət Məhəmmədov, ”Xalq qəzeti”-nin redaktoru Həsən Həsənov, qələm dostları Xalid Niyazov, Qulu Məhərrəmli, Araz Qurbanov, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli çıxış ediblər.

Oxşar yazılar

Sabah çimərliklərdə hava küləkli olacaq - XƏBƏRDARLIQ
2 iyul 2025 , 14:19
Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
2 iyul 2025 , 14:04
“Polis Günü” ilə bağlı təntənəli tədbir keçirildi -FOTOLENT -VİDEO
2 iyul 2025 , 12:54
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq - Sabahın HAVASI
2 iyul 2025 , 12:29
107 illik xidmət: Gecə-gündüz keşikdə
2 iyul 2025 , 12:04
Azərbaycanda Polis günüdür
2 iyul 2025 , 11:07
Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub - Baş Prokurorluq
2 iyul 2025 , 10:26