Azərbaycanda vərəmlə mübarizə üçün Tədbirlər Proqramı təsdiqləndi
30 noyabr 2010 15:55 (UTC +04:00)

Azərbaycanda vərəmlə mübarizə üçün Tədbirlər Proqramı təsdiqləndi

Nazirlər Kabineti “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nı təsdiq edib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanlarına Tədbirlər Proqramının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Tədbirlər Proqramında qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada hər il 9 milyon insan vərəm xəstəliyinə tutulur və 1,8 milyon insan bu xəstəlikdən vəfat edir. Müalicə olunmayan bir vərəm xəstəsi 1 ildə 10-15 insanı yoluxdurur. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir. Son illər vərəmin daha ağır, dərmanlara davamlı (rezistent) formalarının çoxalması epidemioloji vəziyyətin bir qədər ağırlaşmasına səbəb olub. ÜST bu xəstəliyin sürətlə artmasını nəzərə alaraq, bu problemin qarşısının alınması məqsədi ilə bütün ölkələrin diqqətini vərəm xəstəliyi ilə mübarizənin yeni strategiyaya uyğun aparılmasına cəlb edib.

Azərbaycan Respublikasında vərəm xəstəliyi ilə mübarizə məqsədi ilə vərəmin Azərbaycanda bir sıra normativ sənədlər hazırlanıb və ÜST tərəfindən tövsiyə edilən strategiyalar qəbul edilib. Hazırda respublikada vərəm xəstəliyi ilə mübarizə aparan vərəm əleyhinə tibb müəssisələri şəbəkəsi mövcuddur. Son illər ərzində bu müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində müəyyən işlər görülüb. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Referens laboratoriyası tikilərək istifadəyə verilib. Bütün respublika ərazisində ÜST-ün strategiyasına uyğun olaraq qısamüddətli müalicə proqramı (DOTS) tətbiq edilir. Xəstələrin ambulator müalicəsini təmin etmək məqsədi ilə nəzarət altında dərman preparatlarının qəbulu (DOT) kabinetlərinin şəbəkəsi yaradılıb. Son 2 ildə vərəmin dərmana davamlı formalarının müalicəsinə başlanılıb. Lakin buna baxmayaraq, respublikada vərəmin epidemioloji vəziyyəti gərgin olaraq qalır. Respublikada 11 min nəfərə yaxın xəstə var və hər il 4-5 min yeni vərəmli xəstə aşkar olunur.

Bu xəstəliklə bağlı problemlərin köklü surətdə həlli məqsədi ilə vərəm əleyhinə tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, diaqnostik laboratoriyaların müasir avadanlıq və reaktivlərlə təchiz edilməsi, xəstələrin müalicəsi üçün onların spesifik dərman preparatları ilə təmin edilməsi, bu sahə üçün kadrların hazırlanması və əhali arasında geniş maarifləndirmə işlərinin aparılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər:

Sıra
№-si

Tədbirin adı

İcraçılar

İcra müddəti (illər üzrə)

1

2

3

4

1. Tədbirlər Proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlər

1.1.

Vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinin ÜST-ün vərəmlə mübarizə  strategiyasına uyğun olaraq  təkmilləşdirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011

 

1.2.

Vərəm xəstələrinin vahid elektron registri və məlumat bazasının yaradılması

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

2011

 2.  Vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi

2.1.

 

 

 

 

 

Rayonlararası vərəm əleyhinə tibb müəssisələrinin və vərəm sanatoriyalarının təmiri, tikintisi və təchizatı:
- Bakı şəhər 1 nömrəli vərəm əleyhinə dispanser
- Gəncə,
- Salyan
- Yevlax
- İmişli
- Şəki xəstəxana və şöbələri

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

 

 

 

2011

2012
2013
2011

 

 

Prof. Qindes adına Respublika uşaq  və yeniyetmələr  üçün sümük-vərəm xəstələri sanatoriyası

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

 

2012

 

2 nömrəli vərəm əleyhinə sanatoriya

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2012

2.2.

Vərəmin dərmana davamlı formalarının diaqnostikası məqsədi ilə mikrobioloji  müayinələrin aparılması üçün  
Naxçıvan MR, Gəncə, Quba, Zaqatala, Masallı şəhər və rayonlarında laboratoriyanın yaradılması  və avadanlıqla təchiz edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

 

 

 

2011

2.3.

Vərəm əleyhinə müəssisələrin  müasir rentgen-flüoroqrafiya aparatları ilə təchizatı:

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

 

 

 

rəqəmli rentgen qurğuları ilə:
-Elmi-Tədqiqat  Ağciyər Xəstəlikləri İnstitutu
 - Sumqayıt
- Gəncə
-  Yevlax
- Şəki şöbələri
səyyar flüoroqraflar ilə:
- Naxçıvan MR, Gəncə şəhəri
Elmi-Tədqiqat  Ağciyər Xəstəlikləri İnstitutu

 

 

2011

2012
2014
2011

 

2012

3. Vərəmin profilaktikası, diaqnostikası və müalicəsi

3.1.

Uşaq və yeniyetmələr arasında vərəm xəstəliyinin profilaktikası məqsədi ilə tibb müəssisələrinin   tuberkulinlə təminatı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

mütəmadi

3.2.

Mikrobioloji laboratoriyaların  zəruri reaktiv və ləvazimatlarla təchizatı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

mütəmadi

3.3.

Vərəm  əleyhinə tibb müəssisələrinin dərman preparatları  ilə davamlı təminatı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

mütəmadi

3.4.

Vərəmin diaqnostikası və müalicəsi üzrə klinik protokol-ların hazırlanması və tətbiqi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

 

3.5.

Referens laboratoriyasında və Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsinin laboratoriyasında dərmanlara davamlı vərəmin erkən diaqnostikasını təmin edən molekulyar-genetik metodların tətbiq edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

 

2011-2012

 

4. Kadr hazırlığı

4.1.

Vərəmin  profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması (o cümlədən xarici ölkələrdə)

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

4.2.

Vərəmlə mübarizə üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

4.3.

İlkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün vərəmin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkili

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

4.4.

 

 

 

Səhiyyə Nazirliyi sistemində və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində vərəm əleyhinə mübarizə sahəsində çalışan mütəxəssislər üçün təlim proqramlarının hazırlanması və tətbiqi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

2011-2012

4.5.

Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsinin bazasında Penitensiar Xidmətin əməkdaşları üçün regional təlim mərkəzinin yaradılması

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

 

2013

 

5. Vərəmlə mübarizəyə dair maarifləndirmə

 

5.1.

Vərəmlə mübarizəyə dair populyar ədəbiyyatın,  bukletlərin, vərəqələrin, plakatların çap edilməsi 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015

 

5.2.

Kütləvi informasiya vasitələri ilə vərəmin profilaktikasına dair məlumatların verilməsi 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, kütləvi informasiya vasitələri

2011-2015

 


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1403

Oxşar yazılar