Lənkəranda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumata görə, hadisə rayonun Separadi kəndində baş verib.
Kənd sakini, 1993-cü il təvəllüdlü Əhəd Sərxan oğlu Əkbərlinin meyiti yaşadığı evin həyətindəki yarımtikilidə asılmış vəziyyətdə tapılıb.
Ə.Əkbərlinin evdə tək yaşadığı bildirilir. Məlumata görə, bir neçə gündən onun nişanı olacaqmış.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.