İmişli rayonunda ölümlə nəticələn yol qəzası olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün rayonun Oruclu kəndində qeydə alınıb. 1970-ci il təvəllüdlü Fərahim Əmirov idarə etdiyi “MTZ-80” markalı traktorla hərəkətdə olarkən idarəetməni itirərək su arxına aşıb. Nəticədə Fərahim Orucov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı İmişli RPŞ-də araşdırma aparılır.