Etibar Babayev: “İyirminci əsrdə yaranan “sehrli qutu”yla zarafat fəsadsız ötüşməz” - MÜSAHİBƏ - FOTO
İstər yaradıcı, istərsə də texniki potensialına görə burada imkanlar genişdi. Ana televiziyanın kadrların hazırlığı və ixtisaslaşması yönündə baza rolunu oynayacağına, bu işə sanballı töhfə verəcəyinə ümid bəsləyənlər çoxdu. Hər halda rektor Etibar Babayev Akademiyanın çətinliklərlə, eniş-yoxuşla başlanan yolununun sonuna nikbin nəzərlərlə baxmağa çalışır. Özü demişkən, bir neçə ay öncə təsis olunan qurum ilk addımlarını atır, hələlik cəmi üç nəfərlik heyət onlar üçün ayrılmış otaqları auditoriyalara çevirməklə, dərslərin keçirilməsi üçün müvafiq hazırlıq işlər görməklə məşğuldu. Şübhəsiz, bu sırada dərslərin necə aparılacağı və kimlərin pedaqoji fəaliyyətə cəlb olunacağı sualı da durur. Akademiyanın rektoru dünya təcrübəsinə söykənmədən, tanınmış əcnəbi peşəkarlardan yararlanmadan uğurlu nəticə əldə etməyin mümkünsüzlüyünü düşünür. Və bunlar texniki avadanlıqdan bəhrələnmə, rejissor, operator peşəsiylə bağlı incəliklərin mənimsənilməsində özünü daha çox göstərəcək. “Aparıcıların, reportyorların dili məsələsinə gəlincə, yerli mütəxəssisləri kənardan gələnlə əvəz etmək olmaz. Bu, özəllikdi, onu bizimkilərdən savayı kiminsə bacaracağı ağlasığmazdı” - Etibar Babayev Lent.az-a müsahibəsində belə deyir...
- Ən azı təfəkkürlə bağlı məqama görə, dil həssas yanaşma tələb edir. Təbii ki, özgə millətin nümayəndəsi, yad təfəkkürün daşıyıcısı bizim aparıcıya, jurnalistə bu dili öyrədə bilməz. Amma ötən əsrin ortalarındakı pafoslu və bu gün özəl radio və televiziya kanallarını “bəzəyən” dili də yaxın buraxmaq olmaz. Əlbəttə, mən bir zamanlar mövcud olmuş və müəyyən axsamalara baxmayaraq, Azərbaycan televiziyasının bu gün də yaşayan təcrübəsini inkar etmək fikrindən uzağam...
- Doğru qeyd elədiz. Müqayisədə AzTV-nin aparıcıları daha səviyyəli, hazırlıqlıdı. Keçmişin stereotipləri dağılsa belə, burada müəyyən çərçivələr daxilində qaydalara əməl olunur. Efir sərbəstliyi dili bərbad hala salmaq, məsuliyyətsiz ifadələr işlətmək kimi anlaşılmır. Bu, xüsusilə informasiya yönlü verilişlərdə özünü daha qabarıq şəkildə büruzə verir. Səhərlər efirə gedən yarı informativ, yarı əyləncəli proqram barəsində də eyni sözləri deyə bilərik. Təəssüf ki, teleməkanın digər analoji proqramlarına həmin qiyməti verməyə çətinlik çəkirəm. Efir parazit sözlər, ifadələrlə korlanır. Zövqsüzlük, bayağılıq qarşısıalınmaz qüvvəyə dönüb hər yanı işğal etməkdədir. Bununla mübarizə aparmaq çətin olsa da, lazımdı. Ən böyük auditoriyanın - teleradionun insanlara təsir gücünü unutmamalıyıq. Vaxtilə, televiziya rejim üçün ideologiya vasitəsiydi, rupor rolunu oynayırdı. Əlbəttə, indi onun təyinatı dəyişib, əvvəlki deyil. Buna baxmayaraq, kütləni yönləndirmə qüvvəsinə malik olduğunu dana bilmərik. Çünki televiziyanın güc və imkanı tükənməyib. Bu isə o deməkdi ki, iyirminci əsrdə yaranan “sehrli qutu”yla zarafat fəsadsız ötüşməz.
- Aparıcılar, proqramların digər heyət üzvləri hazırladıqları məhsulun ən geniş auditoriya qarşısına çıxarıldığını, ekranın bu üzündə saysız-hesabsız tamaşaçı və dinləyici əyləşdiyini unudurlar, məsuliyyətsizlik baş alıb gedir. Sizcə neyləmək lazımdı? Akademiya bu məsələylə bağlı hansı mövqeyi tutub?
- Akademiya yalnız toxunduğunuz məqam deyil, efir məkanındakı bütün problemlərlə bağlı narahatlıq keçirir. Bizim qətiyyətli mövqe tutduğumuzu indidən söyləmək tezdi. Bunu zaman göstərəcək. Hərçənd, mübarizə tədbirləri aparmağın çətinliyi və bəlkə də mümkünsüzlüyü qənaətində olanlar çoxdu və onların sıraları genişlənir. Amma mən fərqli yanaşmanın tərəfdarıyam. Mübarizə, müqavimət lazımdı. Əgər biz nöqsanlardan xilas olmağa maraqlıyıqsa, deməli, onu açıq-aşkar etiraf etməkdən çəkinməməliyik. Və təbii ki, bununla kifayətlənməyib, səhvlərimizi düzəltmək işin ən vacib tərəfidi. Doğrudu, əslində akademiyanın bəlli təyinatı var, bilavasitə mübarizə tədbirləri aparmaq bizim vəzifəmiz deyil, səlahiyyət çərçivəsindən uzaq məsələdi. Amma ən azı peşəkar kadrlar hazırlayacaq, ixtisaslaşdıracaq qurum olaraq, proseslərdən kənarda qala bilmərik. Axı, burada televiziyaya bağlı insanlar təhsil alacaq, təcrübə keçəcək. Deməli, onların harada, hansı mühitdə çalışması əhəmiyyətli məsələdi. Və problemlərdən qurtulmağın, normal mühiti yaratmağın yolusa keyfiyyət dəyişikliyindən, inkişafdan keçir. Başqa variant, təcrübə yoxdu. Təhsilin səviyyəsi qalxmasa, peşəkarlıq birinci vəzifə kimi qarşıya qoyulmasa, müsbət nəticə gözləməyə dəyməz. Bax, akademiya məhz bu zərurətdən yaranıb...
- Qurumun fəaliyyətə başlaması cəmiyyətdə birmənalı qarşılanmadı. Jurnalist, rejissor, operator və sair ixtisaslar üzrə kadrlar hazırlayan Bakı Dövlət Universiteti və Mədəniyyət və İncəsənət Universitetilə Televiziya Akademiyasının işinin üst-üstə düşdüyünü söyləyənlər oldu...
- İlk baxışda bu qurumların fəaliyyətlərilə bir-birini təkrarlayacağını düşünmək olar. Necə ki, belələri var və mən onların fikrinə hörmətlə yanaşıram. Amma məsələyə aydın nəzər salanda, başqa şey görürük. Adlarını çəkdiyiniz təhsil müəssisələri geniş profillidi. Hətta mənim də bir vaxtlar məzunu olduğum, konkret sahəni əhatə edən Mədəniyyət və İncəsənət Universitetində “darlıq” olduğunu söyləyə bilmərik. Orada mədəniyyət aləmi bütünlüklə nəzərə alınıb. Teatr, kino, musiqi, təsviri sənət və sair üzrə mütəxəssislər hazırlanır. Bir sözlə, miqyas böyükdü. Burdasa sahə daha yığcam, vəzifə konkretdi: yalnız televiziya kadrları yetişdirmək. Özü də unutmayaq, ali məktəb statusunda fəaliyyət göstərmək akademiya üçün gələcək məqsədlərə daxildi. Hazırda Teleradio Akademiyası indi olan yox, yaxın gələcəkdə olası, arzuladığımız işin birinci mərhələsindədi, hazırlıq və ixtisaslaşma məsələsinə daha çox diqqət yönəldir. Yalnız təxirəsalınmaz vəzifə olduğuna görə deyil, eyni zamanda mövcud imkanlar baxımından bu addımı atırıq. Axı, obrazlı çıxsa da, akademiyanı yeni doğulmuş körpəyə bənzədə bilərik. Körpə birdən-birə ayaq açıb yerimir, iməkləməkdən başlayır. Fikirlərimi bir qədər də dərinləşdirmək istərdim. Akademiyada bu gün peşəkar hazırlığını təkmilləşdirənlər Azərbaycan televiziyasında iş başında olanlardı. Hələlik “Xəbərlər”də (informasiya studiyası nəzərdə tutulur – S.E.) çalışanlardan başlamışıq. Xəbərlərin çatdırılma xüsusiyyətləri, efir mədəniyyəti, etik qaydaları aşılamaqla, onlarda peşəkarlıq səviyyəsinin artmasına nail olmaq niyyətindəyik. Gələcəkdə tam mənada ali məktəbə çevriləcək akademiyada jurnalist, rejissor, operator, efir mühəndisi, montajçı, işıq üzrə rəssam, səs rejissoru, qrimçi və başqa peşələrin mütəxəssisləri hazırlanacaq. Ən əhəmiyyətli və ürəkaçan məqam ondan ibarətdir ki, burada təhsil alacaq tələbələr dünyanın nüfuzlu teleradio şirkətlərində təcrübə keçəcəklər. Və seçilən tələbələrin sonradan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində, onun nəzdindəki “İdman Azərbaycan” və “Mədəniyyət” kanallarında işə düzəlmək, kadr kimi özünü sınaqdan çıxarmaq imkanı olacaq. Bir məsələnisə az qala unutmuşdum. Həmin vacib məqam bayaq dediyimiz universitetlərlə ciddi fərqimizi əyaniləşdirir. Teleakademiyada təhsil alanlar AzTV bazasından yararlanmaqla formalaşa biləcəkləri halda, məsələn, BDU-nun tələbəsi bu imkandan məhrumdu. Onlar təcrübə əldə etmək üçün müxtəlif teleşirkətlərə göndərilirlər ki, bunun lazımi effekt verdiyini söyləmək çətindi. Məncə, əlavə şərhə ehtiyac qalmır.
- Azərbaycanda televiziyanın qırx illik fəaliyyəti bilavasitə gözləriniz qarşısında baş verib. Hələ dəyişməyən, həllini tapmayan əsas məsələlər sizcə hansılardı? Siyahı çoxmu uzundu?
- (Gülə-gülə) Siyahının nə uzunluqda olduğunu ölçməmişəm, amma mövcudluğunu bilirəm. Əgər qabaqlar texniki imkanlar bu günlə müqayisədə kasad idisə, əvəzində böyük məsuliyyət hissi vardı. Təsəvvür eləyin, bütün verilişlərin efirə canlı yayımlanmağı nə deməkdi. Özü də güclü nəzarət mexanizminin mövcud olduğu şəraitdə. Bununla belə, jurnalistlər, aparıcılar usanmadan çalışırdılar. Mənim gənclik illərimdə hansısa verilişin studiyadan kənar məkandan efirə çıxması nailiyyət sayılırdı. İndi belə şeylərlə kimi təəccübləndirə bilərsən? Deməyim odur ki, texniki tərəqqi göz qabağındadı. AzTV-nin bu sarıdan heç bir problemi qalmayıb. Əsas çatışmazlıq kadrlarla bağlıdı. Televiziya mürəkkəb və sintetik sahədi. Burada yalnız peşəkar jurnalistin olması azlıq edir. Gərək rejissor, operator, montajçı, bir sözlə bütün yaradıcı və texniki heyət eyni hazırlıq səviyyəsinə cavab versin. Yoxsa, geniş imkanlara malik o kamera, işıq, səsyazma, montaj avadanlığı kimə lazımdı? Üstəlik, texnikanın dilini bilənlərin özünün də yaradıcı fantaziyası olmalıdı. Məsələnin inzibati tərəfinin, prodüser qolunun peşəkarlığı da nəzərdən qaçmamalıdı. Bunlardan hansınınsa axsaması arzuolunmaz nəticələrdən yaxa qurtarmağa imkan verməyəcək. Bizim hər birimizin gündəlik efiri istənilən qədər izləmək imkanımız var. İndi reallığa özünüz baxın, nəyin çatışıb-çatışmadığı, nəyə diqqət yetirməyin vacibliyi onda tam aydın olar...
- Söhbətimizin sonunda bayaqdan gözümdən yayınmayan bir cəhətinizlə bağlı soruşmaq istərdim: Teleakademiyanın rəhbəri fəaliyyətində necə, solaxaylıqdan sığortalanıb?
- (Diqqətlə sol əlinə baxıb, gülür) Bu, sadəcə uşaqlığımdan məni tərk etməyən yeganə cəhətdi. Qalan məsələlərdə əksəriyyətdən fərqliliyim yadıma gəlmir. Ən asası, sol əllə yazmağıma baxmayın, düşüncəm, fikrim, əməlim sağ əllilər kimidi... Bir də insanın kamilliyi, bütövlüyü üçün məncə nəinki həm sağ, həm də sol əlin, eyni zamanda beyninin hər iki yarımkürəsinin eyni səviyyədə işləməsi gərəkdi...
Seymur Elsevər
[email protected]

1249