Ağdamda məktəbli qıza cinsi zorakılıqda  şübhəli bilinənlər saxlanıldı
10 sentyabr 2025 11:09 (UTC +04:00)

Ağdamda məktəbli qıza cinsi zorakılıqda şübhəli bilinənlər saxlanıldı

1

Ağdamda 16 yaşlı məktəbli qıza qarşı bir qrup şəxsin zorakılıq etməsi iddia olunur.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində qeydə alınıb. Faktla bağlı zərərçəkən yeniyetmə ailəsinə məlumat verib. Ailəsi isə yerli hüquq-mühafizə orqanlarına məlumat verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Ağdamda 16 yaşlı qızın cinsi zorakılığa məruz qalması ilə bağlı rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 452

Oxşar yazılar