Məşhur televiziya aktyoru Ceyhun Mengiroğlu barədə gündəmə gələn iddialar böyük səs-küy yaradıb. İddiaya görə, aktyor müxtəlif banklardan 5 milyon lirə kredit, 1,5 milyon lirə kredit kartı borcu və “investisiya edəcəyəm” deyərək bazardan da 10 milyon lirəyə yaxın borc alıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Mengiroğlunun borclardan sonra həyat yoldaşı Sena Mengiroğlu ilə birlikdə Baliyə getdiyi iddia edilir.
Sosial mediada cütlüyün tez-tez tətil fotoları paylaşdığı, hətta iki həftə əvvəl birgə görüntülərinin yayımlandığı qeyd olunur.
Məlumatlara görə, borc sahibləri uzun müddətdir Ceyhun Mengiroğluna çata bilmir. Aktyorun qeydiyyatda olan ünvanında tapılmadığı və telefonunun da bağlı olduğu bildirilir.
Sena Mengiroğlunun açıqlaması
İddialara görə, həmin şəxslər bu dəfə də aktyorun həyat yoldaşı Sena Mengiroğlu ilə əlaqə saxlayıb. Lakin onun telefonda “Biz ayrıldıq. Ceyhunun harada olduğunu bilmirəm. Məni bir daha axtarmayın” dediyi bildirilir.
Ceyhun Mengiroğlunun televiziya karyerası
Borclar və Bali iddiaları ilə gündəmə gələn Ceyhun Mengiroğlu bir çox məşhur serialda rol alıb.
2022 – Yasak Elma dizisində Ekin Önder
2021 – İkimizin Sırrı serialında Emir Karahun
2020 – Maria ile Mustafada Görkem
2019 – Payitaht Abdülhamiddə Mehmet Celaleddin
2017 – Rüya dizisində Bulut Giray
2016 – Paramparça dizisində Deniz/Ceyhun
2015 – Adı Mutluluk
İddiaları hələ ki aktyor və ya rəsmi tərəflər təsdiqləməyib.