Mətbuat Şurası parlament seçkisini işıqlandıran KİV-lərin monitorinqini başa çatdırıb
12 noyabr 2010 13:30 (UTC +04:00)

Mətbuat Şurası parlament seçkisini işıqlandıran KİV-lərin monitorinqini başa çatdırıb

Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Parlament seçkisinin işıqlandırılmasında KİV-lərin rolu: media monitorinqi başlıca amil kimi” layihəsi üzrə apardığı monitorinqin dördüncü həftəsinə yekun vurub.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, monitorinq “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na əsasən keçirilib, eyni zamanda KİV materiallarındakı hüquqi pozuntu faktlarına nəzər salınıb.

Seçki ilə bağlı konkret təbliğat plakatları monitorinqin tədqiqat predmetinə daxil edilməyib. Monitorinq ölkənin müntəzəm yayımlanan 60-dək gündəlik və həftəlik qəzetində aparılıb. KİV-lərdə 31 oktyabr - 7 noyabr tarixləri aralığında 3225 material işıq üzü görüb. Bu, monitorinqin ilk həftəsi ilə müqayisədə 265, ikinci həftəsi ilə müqayisədə isə 215, üçüncü həftəsi ilə müqayisədə isə 188 rəqəm çoxdur. 3225 materialdan 2875-i gündəlik qəzetlərin, 350-si həftəlik qəzetlərin payına düşür. Hesabat həftəsi ərzində seçki ilə bağlı materialların ümumi materiallarla faiz nisbətində irəliləmə əvvəlki həftələrlə müqayisədə daha çox olub. Əvvəlki həftələr ərzində göstərici müvafiq olaraq 29,3 faiz, 33,4 faiz və 39,9 faiz olubsa, bu dəfə 48,9 faizə çatıb.

Monitorinqi aparılan qəzetlərin seçki ilə bağlı materiallarında “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın pozulmasına dair həftə ərzində 154 fakt qeydə alınıb. Ötən 3 hesabat həftəsində bu rəqəm müvafiq surətdə 141, 147 və 158 olub. Maraqlı cəhət monitorinqin sonuncu həftəsində pozuntu faktlarının sayında kəskin olmasa da, azalmanın müşahidə olunmasıdır. 154 pozuntu faktından 139-u gündəlik, 15-i həftəlik qəzetlərin payına düşür.

Seçki ilə bağlı materiallarda qanun pozuntularına da rast gəlinir. Monitorinq zamanı yazıların diffamasiya baxımından məhkəmə perspektivinin olub-olmaması araşdırılıb, söz və mətbuat azadlığının prinsipləri geniş şəkildə əsas götürülərək bir çox məqalələrin ölkənin mövcud qanunvericiliyi ilə ziddiyyət təşkil edən tərəfləri nəzərdən keçirilib. Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququ da diqqətə alınaraq mülki və cinayət hüququ baxımından müəyyən edilən pozuntular seçilib. Bu xüsusiyyətlər nəzərə alınaraq 22 materialda hüquqi nöqteyi-nəzərdən pozuntu olduğu ehtimalı müəyyən edilib. Həmin rəqəm ilk hesabat həftəsində 12 olduğu halda, ikincidə 16, üçüncüdə 19 olub. Lakin bu həftədə də diffamasiya hallarında azalma baş verib. İlk hesabat həftəsində bununla bağlı 7, ikincidə 11, üçüncüdə 10 rəqəmi qeydə alınıbsa, dördüncü hesabat həftəsinə olan göstərici 9-dur. 22 materialdan digər 13-də isə cinayət məsuliyyəti yaratmayan, lakin mülki qanunvericiliyə və “Kütləvi informasiya vasitələri haqqında” qanuna zidd olan, bəzi şəxslərin mənafeyinə, işgüzar nüfuzuna, şəxsi həyatına toxunan ifadələr var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701

Oxşar yazılar