Qabiliyyət imtahanları necə olacaq?
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ümumi iclas keçirilib.
Komissiyanın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, qabiliyyət imtahanlarının təşkili və keçirilməsi metodikasını təkmilləşdirmək, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində müzakirələr aparmaq məqsədilə keçirilən tədbirdə ötən tədris ilində keçirilmiş qabiliyyət imtahanlarının yekunları barədə statistik məlumatlar iştirakçılara təqdim olunub. TQDK-nın sədri Məleykə Abbaszadə seminarı növbəti tədris ilində keçiriləcək qəbul imtahanlarına hazırlıqla bağlı genişmiqyaslı işlərin aparıldığını söyləyib. O həmçinin bu ilki imtahan prosesinə cəlb olunmuş ekspertlərin, ayrı-ayrı mütəxəssislərin, müşahidəçilərin hesabatlarının, rəy və təkliflərinin təhlil edildiyini, ənənəvi elmi-statistik araşdırmalar aparıldığını deyib.
Seminarda Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndələri çıxış edərək keçən ilin yekunları və öz təklifləri barədə məlumat veriblər. Həmçinin TQDK-nın Naxçıvan və Gəncə regional bölmələri ilə canlı bağlantı yaradılaraq istiqamətlər üzrə Naxçıvan Dövlət Universitetindən və Gəncə Dövlət Universitetindən dəvət edilmiş ekspertlərinin rəy və təklifləri dinlənilib.
TQDK sədri bildirib ki, 2011/2012-ci tədris ilində keçiriləcək qabiliyyət imtahanlarına hazırlıq prosesinin başlanması məqsədilə istiqamətlər üzrə elmi-metodiki seminarlar davamlı xarakter daşıyacaq. Bu seminarlarda qabiliyyət tələb edən ixtisasların istiqamətlərinə uyğun 5 kitabça-vəsaitlər dekabr ayınadək nəşr ediləcək.
Xatırladaq ki, dünən keçirilən iclasda TQDK-nın ekspertləri və mütəxəssisləri, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılan Bakı şəhərindəki 9 ali təhsil müəssisəsinin, internet bağlantısı vasitəsilə bölgələrdəki 5 (Gəncə şəhəri üzrə 3, Naxçıvan şəhəri üzrə 2) ali təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər.

1278