Yeraltı səltənətdə həyat eksperimenti
İlk dəfə Vaşinqton metrosundan istifadə edəcəyimi eşidən qonşudakı tanış oğlan xatırlatdı ki, metro üçün hər bir sərnişinin ÖZÜNÜN gediş kartı olmalıdır. Bu xəbərdarlığa əhəmiyyət vermədim. Bakıda da belədir, - deyə. Bakıda da hər bir sərnişinin öz kartı olmalıdır. Amma bəzən kartını unudursan və ya heç kartın yoxdur, kiməsə xahiş edir və ya 20 qəpiyini ödəyib bir başqasının kartı ilə keçirsən. Burda qeyri-adi nə var ki?
Sən demə, Vaşinqton metrosunda bu üsul yaramırmış. Baxmayaraq ki, hər şey sanki bizdəki kimidir. Girişdə metro kartını turniketə yaxınlaşdırırsan və... qapı açılır. Bizdəki kimi...
Çıxışda yenə də turniket, yenə kart tələbi! Bu dəfə artıq Amerikadakı kimi...
Anlamıram, daha doğrusu, anlaya bilmirəm. Mən girişdə kartımı turniketə toxundurmuşam, deməli, pul ödəmişəm, bəs çıxışda niyə təkrar etməliyəm? Elə bu əhvalla bələdçiyə yaxınlaşıram. O da kartı turniketə yaxınlaşdırmağı məsləhət görür:
- Əgər burdan çıxmaq istəyirsinizsə, pul ödəməlisiniz...
Kartı yenidən əsəbi şəkildə turniketin “ağzına” sürtüb Amerikanın bu yeraltı səltənətini tərk edirəm. Ürəyimdə hələ bir deyinirəm də: “Metro düzəldiblər, rəngi yox, bəzəyi yox, memarlığı zəif... Hayıf deyil öz metro stansiyalarımız?”
Və sonra öyrənirəm ki, Vaşinqton metrosuna girərkən kartı ona görə göstərirsən ki, səni sərnişin kimi qeydə alsınlar. Bu halda kartdan pul çıxılmır. Metronu tərk edəndə kartı ona görə göstərirsən ki, gəldiyin məsafənin uzunluğunu hesablayıb pul çıxsınlar. Sadə, maraqlı və Azərbaycanlı ağlı ilə qəribə məntiqdir, elə deyilmi? Necə yəni məsafə?
Bəli-bəli, Tağı Əhmədovun qulağından iraq, burda yol pulu getdiyin stansiyadan, daha doğrusu, məsafədən asılıdır. Məsələn, mən 13 stansiya getdim və kartımdan 2 dollar 75 sent çıxdılar. Bu rəqəm, getdiyin məsafədən asılı olaraq, 6 dollara qədər arta bilər. Amerika həyat tərzi və əmək haqqı ilə müqayisədə dəhşətli rəqəm deyil. Amma hər halda Azərbaycandan təzə gələn adam üçün psixoloji problemdir. Hayıf deyil Bakı metrosu, 15 qəpiyini at və nə qədər istəyirsən gəz!
Vaşinqtonda metro Bakıdan təxminən on il sonra tikilib. Bu şəhərdə metro 1976-cı ildə istifadəyə verilib. Bu, onunla bağlı deyil ki, Vaşinqton Bakıdan bu qədər geri qalıb. Sadəcə metro adətən o şəhərlərdə tikilir ki, şəhər əhalisinin sayı milyonu keçmiş olsun. Vaşinqton özü (şəhər ətrafını nəzərə almasaq) bu gün də həmin göstəriciyə çatmayıb. Görünür, bu şəhərin ictimai əhəmiyyəti nəzərə alınaraq Nyu-Yorkdan sonra burda da metro tikmək qərarına gəliblər. İndi Vaşinqton metrosunun 86 stansiyası var. Yeraltı səltənətin uzunluğu isə 170 kilometrdən artıqdır.
Vaşinqtonun metro stansiyaları bizimkilər kimi dərində deyil. Yalnız şəhərin mərkəzi hissələrində tunel dərinliklərə gedib çıxır, şəhər ətrafında isə o qədər dayaz olur ki, çox yerdə metro çölə - açıq havaya çıxır.
Bir də Vaşinqton metrosu, daha doğrusu metro stansiyaları bizimki kimi gözəl və dəbdəbəli deyil. Düzdür, Vaşinqton metrosunu romantik sayırlar. Amma mən burda romantikadan çox darıxdırıcılıq gördüm. Yarıqaranlıq zirzəmi təsiri oyadır stansiyalar. Amma cavanlar üçün romantik guşə sayıla bilər və yəqin ki, sayılır da. Yarıqaranlıq stansiyalarda bir-birinin boynuna sarılan cavanlar görmək qeyri-adi hal deyil. Di gəl ki, Amerika cavanları elə açıq havada, küçədə də bir-birinin boynuna sarılırlar. Bunun üçün metro stansiyasını yarıqaranlıq etməyə ehtiyac yoxdur...
Vaşinqton metrosunda bərbəzək, gözəllik deyilən şey də yoxdur. Reklam şitləri də bizdəki kimi bol deyil. Bizim metro stansiyaları isə bir özgə aləmdir. Ən azı memarlıq baxımından... Görünür, bu da sovet dövrü ilə əlaqədardır. Axı sovet hökuməti hər şeydə bir monumentallıq axtarırdı. Ona görə də metro stansiyalarını tikəndə monumentallığa, gözəlliyə xüsusi əhəmiyyət verirdi. Bu ənənə o vaxtdan qalıb, mənim fikrimcə. Və bəlkə də belə olması daha yaxşıdır.
Bir də bizdə metro bir növ strateji obyekt sayılır, elə sovet dövründən. Amma Amerikalılar adi nəqliyyat vasitəsi kimi baxırlar metroya. Görünür, bu məsələ də metro stansiyalarını qeyri-monumental yaratmağa öz təsirini göstərib.
Vaşinqton metrosu paytaxt ətrafındakı iki ştatdan keçir. Virciniya və Mərilənd ştatlarının ərazisini əhatə eləyir. Ətraf yerlərdən Vaşinqtona işə gələnlər öz maşınları ilə metro stansiyasına qədər gəlir, maşını stansiyanın yanında qoyub mərkəzə metro ilə gəlirlər. Bu da şəhərin tıxaclarında vaxt itirməmək üçündür. Metro stansiyalarının yanında maşın saxlamaq üçün isə dayanacaq problemi yoxdur, bizdən fərqli olaraq. Maşını səhər qoy get işə, axşam gəl götür və qayıt evinə. Metro stansiyalarının yanında geniş dayanacaqlar tikildiyindən narahatlıq üçün əsas qalmır. Yəni burda maşını səndən xəbərsiz cərimə meydançasına aparmaq ənənəsi yoxdur...
O ki qaldı küçələrdə tıxaclara...Burda da tıxaclar olur. Amma bizim tıxaclar hara, bunlarınkı hara? Hamı sakitcə maşınını idarə eləyir. Kiminsə qabağına keçmək, kiməsə siqnal vermək yoxdur deyə, əsəbiləşmək də yoxdur. Amerikalılar soyuqqanlı və səbirlidirlər, bizdən fərqli olaraq.
Amma deyəsən, Amerikalılar həddindən artıq soyuqqanlılıq nümayiş etdirirlər. Hərə öz işi ilə məşğul olur (yenə də bizlərdən fərqli olaraq). Ətrafda baş verənlərə o qədər biganədirlər ki, bəzən üç addımlıqda nə baş verdiyinin fərqinə varmırlar. Metroda, yaxud stansiya ətrafında bu biganəlik özünü daha çox göstərir.
2007-ci ilin yanvarında “Vaşinqton Post” qəzetinin əməkdaşları maraqlı bir eksperiment keçiriblər. Səhər adamların işə getdiyi vaxt ABŞ-ın, bəlkə də dünyanın ən məşhur skripka ustalarından biri sayılan Coşua Belli ən mühüm nazirliklərin yerləşdiyi metro stansiyalarından birinin keçidində oturdublar. Məşhur skripkaçı adi paltarda – cins şalvar, jaket və beysbol... O, yeraltı keçiddə 45 dəqiqə ərzində Bax, Şubert, Kreysler və s. kimi dahi bəstəkarların əsərlərini ifa edib. Özü də dünya şöhrətli Stradivarinin dəyəri 3,5 milyon dollar olan skripkası ilə!
Bu müddətdə onun yanından minlərlə Vaşinqton sakini biganəliklə keçib, yalnız 6 nəfər dayanıb bir anlıq musiqini dinləyib, 20 nəfər ayaq saxlamasa da, skripkaçının qarşısında qoyulmuş papağa pul atıb keçib. Böyük skripkaçının 45 dəqiqə ərzində “qazancı” cəmi 32 dollar olub. Halbuki iki gün əvvəl Bostonda konsert verən skripkaçının konsertinə heç də hamı düşə bilməyib. Biletin orta qiyməti isə 100 dollar olub...
“Vaşinqton Post” qəzeti bu eksperimenti keçirməklə insanlarda zövqlər, maraqlar və dərketmə instinktini yoxlamaq istəyib. Öyrənmək istəyiblər ki, insanlar qeyri-adi şəraitdə istedadı görə bilirmi? Onu qiymətləndirməyi bacarırmı? Qeyri-adi şəraitdə gözəlliyi duymaq olurmu?
Eksperiment sübut edib ki, müasir həyat tempi o qədər sürətlənib ki, insan gözəlliyi duymağa vaxt tapmır, ətrafa biganədir, qeyri-adi şəraitdə istedadı görə bilmir. İnsan ömrü boyu qaçır, qovur və bu qaçaqaçlar dünyasında həyatın özünü itirir...
Bu, təəssüf ki, hər yerdə belədir: Vaşinqton metrosunda da, Bakı metrosunda da...
Müsəllim Həsənov,
Vaşinqton.

1125