Sumqayıtda 700 işsizə iş verilib
27 sentyabr 2010 11:54 (UTC +04:00)

Sumqayıtda 700 işsizə iş verilib

Bu ilin 8 ayı ərzində şəhər Sumqayıt Şəhər Məşğulluq Mərkəzi tərəfindən 700 nəfər işlə təmin edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Lent.az-a bildiriblər ki, prezidentin 15 may 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq strategiyasının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı (2007-2010-cu illər)”nın icrasını sürətləndirmək məqsədilə müvafiq tədbirlər ötən 8 ayda da davam etdirilib. Artıq Dövlət Proqramı üzrə müddəaların yerinə yetirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin və Baş Məşğulluq İdarəsinin tapşırıq və tövsiyələrinə uyğun Sumqayıt şəhərində əhalinin məşğulluğunun gücləndirilməsi istiqamətində bir sıra aktiv tədbirlərin görülməsinə nail olunub. Belə ki, şəhər üzrə 2010-cu ilin ötən dövrü ərzində 9075 nəfər işaxtaran qeydiyyatda olub, onlardan işsiz vətəndaşların sayı 610-dur.

İcra Hakimiyyətində bildirirlər ki, hər ay şəhər üzrə orta hesabla 400-470 nəfər Məşğulluq Mərkəzinə müraciət edir. Onlardan təxminən 280-300 nəfər işsiz kimi qeydiyyata düşür. Bu ilin geridə qalan dövrü ərzində 700 nəfər işlə təmin edilib, 210 nəfər peşə kurslarına cəlb olunub. Həmçinin “Əmək birjası” tərəfindən 550-yə yaxın vətəndaş müvəqqəti işlərə göndərilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728

Oxşar yazılar