Ət bazarını Türkiyə qarışdırıb?
Kənd Təsərrüfatı Nazirliyi: “Türkiyəli biznesmenlərin Azərbaycan bazarlarından heyvan alması barədə məlumatlar yalandır”
Son iki ayda Azərbaycanda ət və ət məhsullarının qiyməti əhəmiyyətli dərəcədə bahalaşıb. Əvvəlcə istehlak bazarında, satış mərkəzlərində müşahidə olunan bu bahalaşma bir qədər sonra rəsmi və qeyri-rəsmi statistik hesablamalarda da əksini tapdı. Belə ki, İqtisadi tədqiqatlar Mərkəzi ölkənin 22 regionunda apardığı statistik müşahidələrdən sonra avqust ayında sümüklü mal ətinin əvvəlki ayla müqayisədə 8,41 faiz bahalaşdığını açıqladı. Rəsmi statistika ilə məşğul olan Dövlət Statistika Komitəsi ötən ay bahalan məhsullar arasında mal ətini ilk sıralarda göstərib.
Lent.az ət və ət məhsullarının gözlənilmədən bahalaşmasının səbəblərini öyrənmək üçün kiçik araşdırma aparıb. Bəri başdan deyək ki, son bir neçə ildə az qala hər mövsümdə bütün növ ərzaq məhsullarının qiymətində ciddi artımlar baş versə də, ət məhsullarının qiyməti demək olar sabit qalıb. Hətta müəyyən dövr ərzində bazarlarda ət məhsullarının qiymətində ucuzlaşma da baş verib. İstehlak bazarındakı bahalaşmanın ət məhsullarına ciddi təsir göstərməməsi isə bir qayda olaraq, ölkədə heyvandarlığın inkişafı, ölkədə ət istehsalının çoxalması ilə əlaqələndirilirdi.
İndi isə fərqli vəziyyət yaranıb. İyul ayının ortalarından etibarən Azərbaycanda ət və ət məhsullarının, xüsusən də mal ətinin qiymətində sürətli bahalaşma müşahidə olunur. Bakının ət bazarlarında satılan mal ətinin qiyməti orta hesabla 1 manat - 1 manat 50 qəpik artıb. Bazarlarda ət satışı ilə məşğul olan satıcılar deyirlər ki, əvvəllər mal ətinin hər kiloqramını 6 manata satırdılarsa, indi ən aşağı qiymət 7 manatdır.
“Səkkizinci kilometr” bazarındakı ət satışı mərkəzindəki satıcılar bu məsələdən danışarkən yem qıtlığının, yonca otunun baha olmasını da önə çəkirlər: “Yem yoxdur, ot bahadır, ona görə də ətin qiyməti qalxır. Bütün bunlar heyvandarlıqla məşğul olanların xərclərinin artmasına səbəb olur. Nəticədə biz də əti baha alırıq”.
Ramiz adlı satıcı isə son bir neçə ayda ətlik məqsədilə heyvandarlıqla məşğul olanların azaldığı qənaətindədir. Onun fikrincə, yem məhsullarının bahalaşması üzündən heyvandarlıqla məşğul olmaq çətinləşir. Bu səbəbdən də ölkədə ət qıtlığı yaranır və bu proses getdikcə daha da dərinləşir. Həmçinin ət və ət məhsullarının bahalaşması da davam edəcək.
Bununla belə, satıcılar ətin bahalaşmasını təkcə yem məhsullarının qıtlığı və heyvandarlığa marağın azalması ilə əlaqələndirirlər. Bazarlarda rəyini soruşduğumuz satıcıların ümumi rəyi belədir ki, son vaxtlar Azərbaycanda ətin birdən-birə bahalaşmasına səbəb türklərdir. Daha doğrusu, Türkiyə bazarlarında ət məhsullarına tələbatın artması Azərbaycanda qiymətlərin bahalaşması gətirib çıxarır. Satıcılar deyirlər ki, bir neçə ayə əvvəl Türkiyədə ət böhranı yarandıqdan sonra qardaş ölkənin hökuməti iş adamlarına xaricdən heyvan gətirməsi üçün mümkün şəraiti yaradıb. Bundan sonra Türkiyədə ət biznes ilə məşğul olan iş adamlarının bir qismi gözünü Azərbaycan bazarlarına dikib.
Uzun müddətdir Bakıda ət biznesi ilə məşğul olan Mahir Əsədov da bu fikri bölüşür. Ölkənin müxtəlif regionlarından, xüsusilə də Bərdə və Beyləqanda fərdi təsərrüfatlardan satın aldığı diri heyvanları “Səkkizinci kilometr” bazarındakı tacirlərə satmaqla dolanan müsahibimiz indi rayonlarda da vəziyyətin ağırlaşdığı qənaətindədir. Mahir Əsədov söyləyir ki, bir neçə ay əvvəl Türkiyədəki ət böhranından sonra Azərbaycandan qardaş ölkəyə diri heyvan ixracı kəskin surətdə artıb. Onun sözlərinə görə, türkiyəli ət biznesmenləri bir neçə ay ərzində Azərbaycanın təkcə iri bazarlarında deyil, fərdi təsərrüfatlarda satıla bilən heyvanları da alıb apara bilib: “Onlar bir müddət Bakıda və bölgələrdəki iri bazarlarda dolaşdılar. Bazarlarda heyvan azaldıqdan sonra kəndlərə düşüb ayrı-ayrı adamlardan heyvanları hətta bir az bahasına aldılar. İndi kənd yerlərində ətlik heyvan demək olar ki, qalmayıb, onları da hər kəs özü kəsb satır ki, xeyri də özü götürsün”.
Mahir Əsədov hesab edir ki, türkiyəli biznesmenlərin Azərbaycan bazarlarına müştəri gözü ilə baxması heyvandarlıqla məşğul olanları da hərəkətə gətirib. Belə ki, fermerlər ət məhsullarına tələbatın artdığını görüb diri heyvanların satış qiymətini qaldırırlar. Bu isə bazarlarda ətin bahalaşmasına gətirib çıxarır.
Kənd Təsərrüfatı Nazirliyində isə hesab edirlər ki, mal ətinin qiymətinin artırılması üçün heç bir əsas yoxdur. Nazirliyin şöbə müdiri Çingiz Fərəcov Lent.az-a bildirib ki, hazırda Azərbaycanda kifayət qədər mal-qara var və belə bir şəraitdə mal əti orta hesabla 5-6 manata satılmalıdır.
“İndi bazarlarda 7 manata dana əti yoxdur, axı. Ancaq dana əti ilə yaşlı heyvan ətini bir-birindən fərqləndirmək lazımdır. Bizdə dana əti həmişə 6 manata olub, yaşlı heyvan əti 5-6 manatdır. Quzu əti isə heç dəyişməyib. Kimlərsə mal ətinin kiloqramını 6-7 manata satırsa, bu, yalnız süni qiymət artımıdır” – deyə, nazirlik rəsmisi qeyd edib.
O ki qaldı Azərbaycanda diri heyvanların Türkiyəyə daşınmasına, Çingiz Fərəcov bunu da təkzib edir. Onun sözlərinə görə, Türkiyə özünün ətə olan tələbatını ödəmək üçün başqa xarici ölkələrdən ət idxal edir. Azərbaycandan isə heç bir ölkəyə heyvan əti ixrac olunmur: “Türkiyəli biznesmenlərin Azərbaycan bazarlarından heyvan alması barədə məlumatlar yalandır. Çünki Azərbaycanda o qədər heyvan da yoxdur ki, həm daxili bazarda işlənsin, həm də Türkiyəyə getsin. Belə şeylərə inanmaq lazım deyil”.
Elxan SALAHOV

883