Toy
Deyirlər ki, statistika rəqəmlərin dili ilə yalan danışmaq sənətidir. Bu fikrə birmənalı yanaşmaq olmaz. Amma hər halda, statistik araşdırmalar həqiqəti tam görməyimizə kömək etməsə belə, vəziyyətlə bağlı ciddi təsəvvür yaradır. Toylara və toy biznesinə bir az statistik yanaşaq. Bu gün toylar şənlikdən çox biznesdir. Buna şübhə yoxdur. Restoranın və toyun sahibləri bu biznesin tərəfləridir.
Hazırda insanları toylarla, dolayısıyla bu əcaib bizneslə bağlı ən çox narahat edən israfçılıqdır. İsrafçılığı restoran toylarıyla əlaqələndirmək daha doğru olar. Çadır toylarının sıradan çıxması restoran toylarının əhatəsini genişləndirib. 90-cı illərdən vüsət alan bu proses 2000-ci ildən demək olar ki bütün ölkəni əhatə edib. Dərd bir deyil, iki deyil. Dərdin böyüyü odur ki, dəbdəbəli toy yarışına imkanı olmayanlar da qoşulub. Canı çıxır, malı batır, pulu tükənir, borca düşür, insanı insanlıqdan çıxaran nələr desəniz baş verir. Amma dəbdəbə yarışı kasıbın canından çıxmır ki, çıxmır. Yadıma bilirsiniz nə düşür, tanış bir ailədəki toyqabağı mərəkə. Bahalı gəlin paltarının kirayəyə götürülməsi az qala toyun ixtisara düşməsi ilə nəticələnəcəkdi. Qız bu paltara bir neçə saat üçün 1200 manat vermək istəyir, oğlan isə qız evini inandırmağa çalışırdı ki, buna imkanı yoxdur. Gələcək gəlin bu paltarı ona görə geyinmək istəmirdi ki, ya ürəyi belə istəyir, ya dəb belədir və s. Ona görə bu paltar qız üçün həyati əhəmiyyət daşıyırdı ki, ətrafda bunu göstərmək üçün insanlar vardı və onlar uzun müddət bu paltarı müzakirə edəcəkdilər.
Mənasız geyim yarışından mənasız yemək yarışına keçək və bəzi rəqəmlərə diqqət edək. Mütəxəssislər deyirlər ki, bugünkü Azərbaycan toylarında orta hesabla 30-35 növ qəlyanaltıdan və 10 növ isti yeməkdən istifadə olunur. Hələ onu demirik ki, bu nemətlərin nə qədəri köhnə, nə qədəri təzədir. Köhnə-təzə məsələsi o qədər vacibdir ki, bu vacibliyin zirvə nöqtəsi insan həyatıdır.
Toyların sayına baxsaq, görərik ki, Azərbaycanda on il qabaq ildə orta hesabla 40 min nikah kəsilirdisə, indi bunun sayı 80 minə çatıb. Qurulan ailələrin və toyların hesablamasını aparanda bir ildə toylara çəkilən xərcin 700-800 milyon manat və ya 1 milyard dollar etdiyi ortaya çıxır. Bunun təxminən yarıya qədərinin israfçılığa getdiyi də danılmaz faktdır. Bu məbləğlə hansı rayonları bir il saxlamaq olar, ondan heç danışmayaq.
Sual: israfçılığa yol vermədən normal toy mərasimi keçirmək olmazmı? İqtisadçılar birmənalı şəkildə “olar” deyirlər. Bəzi rayonların təcrübəsi də bunu təsdiqləyir. Bu gün rayonlarda 300 nəfərlik toy mərasiminin keçirildiyi yeri 1200 manata icarəyə götürmək mümkündür. Toya ən çoxu 3500 manat xərclənsə, adambaşına 11 manat 70 qəpik düşür. Bütövlükdə 5000 manat xərc çəkməklə toy mərasimini həyata keçirmək və xoşbəxt də olmaq olar. Paytaxtdakı şadlıq evlərinə baxanda isə bir nəfərə xidmətin qiyməti 15-20 manatdan 250 manata qədərdir. Daha bahalı toylarda isə bu məbləğ həddindən artıq ola bilər.
Toylarda əsas xərc nəyə çəkilir, bunu da hamımız bilirik: içki və müğənniyə. Hazırda musiqiçilərə bir neçə yüz manatla 20 min manat arasında pul xərclənir. Nə oxuduqları, necə oxuduqları və ya oxuyub-oxumadıqları isə əksəriyyəti qətiyyən maraqlandırmır. Yaxın Türkiyədən dəvət olunan müğənnilərin toy aparması 5000 manatla 145 min manat arasında dəyişir. Toy edəndə, yaxud toy haqqında düşünəndə bir az da sərhədlərdən kənara çıxmaq olmazmı? Bu addımı atsaq görərik ki, Amerikada toy orta hesabla 20 min dollara başa gəlir. Burada orta aylıq əmək haqqı 3500 dollar, minimum əmək haqqı isə 1500 dollardır. Deməli, əmək haqqının daha yüksək olduğu Amerikada toylar daha ucuz başa gəlir.
Azərbaycandakı bahalı toyların xərci 100 min dolları belə ötüb keçir. Bu məbləğlə Amerikanın ən yaxşı universitetində oxumaq olar. 20 min dollarla Kaliforniya universitetində, 30 min dollarla Britaniyanın müxtəlif ali məktəblərində iqtisadçı və ya hüquqşünas təhsili almaq olar. İli 4-5 min avroya Çexiyada, 10-15 min avroya isə Şimali Kiprdə iqtisadi təhsil almaq olar.
Sual: ucuzluq əhvalı korlayırmı?
Cavab: heç də yox.
Sual: azərbaycanlılar övladına toy edir, yoxsa cibinə və canına toy tutur?
Cavab: kim hansı cavabı istəyir versin
Sual: bir günlük toya 100 min dollar xərc çəkmək daha sərfəlidir, yoxsa Amerikada təhsil almaq?
Cavab: əlbəttə ikincisi. İkinci həm də maddi cəhətdən təmin olunmuş bir ömür deməkdir.
Qənaət: deməli, xoşbəxtliyi satın almaq olar. Amma baxır necə.

1137