“Cins inəklərdən genefond kimi istifadə edirik” - MÜSAHİBƏ
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bu yaxınlarda dünya ölkələrinə qorxulu bir xəbərdarlıq yaymışdı. Xəbərdarlıqda deyilirdi ki, son 23 ildə ilk dəfə olaraq, dünyanın kənd təsərrüfatı ehtiyatlarında azalma qeydə alınıb.
Azərbaycan hökumətinin bu təhlükədən mümkün qədər ağrısız çıxmaq məqsədilə hazırladığı ərzaq proqramının icrasına başlayıb. Artıq iki ildir ki, həmin proqram çərçivəsində büdcə vəsaitləri hesabına xarici ölkələrdən Azərbaycana damazlıq inəklər gətirilir. Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq idarəsinin rəisi Çingiz Fərəcovun Lent.az-a müsahibəsi həmin proqramın icra vəziyyəti barədədir:
- 2009-cu ildə prezidentin İlham Əliyevin müvafiq fərmanı ilə “Aqrolizinq” Səhmdar Cəmiyyətinə 3 milyon manat vəsait ayrıldı ki, xaricdən damazlıq düyələr alınsın. Həmin cins inəklər güzəştlə, lizinq yolu ilə heyvandarlıq məhsulları istehsalçılarına satılır. Dövlət öz kəndlisini varlı görmək istəyir. Ona görə də çalışır ki, yerli heyvanlar daha məhsuldar olan damazlıq düyələrlə əvəzlənsin. Biz bu il xaricdən 902 baş damazlıq düyə gətirəcəyik. “Şvis”, “simmental” və “holştin-friz” cinslərindən olan bu heyvanların ilk iki növü Avstriyada daha çox yayılıb. Ona görə də hər iki cinsi Avstriyadan gətiririk. Sonuncu isə ən yüksək məhsuldarlığı Almaniyada verir. Bu səbəbdən “holştin-friz” cinslərini Almaniyadan gətirəcəyik. Bu işi təşkil etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının qərarı ilə mütəxəssislər qrupu mənim başçılığım ilə Avstriyada olub. Biz orada “şvis” və “simmental” cinsindən təxminən 225 başa qədər heyvan seçdik.
- Seçim nəyin əsasında aparılır?
- Yəni yüksək məhsuldar, eksteryeri nöqsansız olsun. Seçdiyimiz heyvanların çəkisi 600 kiloqramdan yuxarı olmamalıdır. “Şvis”, “simmental”, cinsləri həm ətlik, həm də südlük cinslərdir. Bu heyvanlara yaxşı baxanda gün ərzində 25 kiloqrama qədər süd verir. Həmçinin, yaxşı kökəldəndə bu cinslər 800 kiloqrama qədər ət verir. Ona görə də biz seçim zamanı hər şeyə ciddi fikir veririk. İndiyədək gətirdiyimiz düyələrin hamısı boğazdır. Lakin 5 aylıqdan yuxarı boğaz olan heyvanları seçmirik. Birinci partiyanı bu ilin martında, ikincini isə dünən gətirmişik. Birinci partiyada gətirilən heyvanların hamısı satılıb qurtarıb. İkinci partiyada gətirilən düyələri isə satmaq üçün nazir şəhər və rayon icra hakimiyyəti başçılarına məktub göndərərək bu heyvanların istehsalçılara satılmasına köməklik göstərilməsini xahiş edib.
- Satış şərtləri əvvəlki kimidir, yoxsa dəyişib?
- Xeyir, əvvəlki kimi gətirilən heyvanların qiymətinin 50 faizini dövlət ödəyəcək, qalan 50 faizinin isə həmin heyvanları alanlar ödəyəcək. Ancaq heyvanları alanlar ödənişin yarısını birinci ildə, digər yarısını isə 3 il ərzində tədricən ödəməlidir. Dünən gətirdiyimiz heyvanlar indi Gəncədə karantindədir. 30 gün karantində “Aqrolizinq”in Gəncədəki bazasında saxlandıqdan sonra kənd təsərrüfatı məhsulları istehsalçılarına təhvil veriləcək. Bu gün heyvanlar ilk dəfə olaraq, 4 saat müddətinə açıq havaya çıxarılıb. Bu bazada heyvanlara gündə üç dəfə yem, sonra isə yüksək keyfiyyətli yonca otu verilir.
- Bəs, nə üçün “holştin-friz” cinslərini axırıncı partiyada gətirirsiniz?
- Bu heyvanlar südlük cinsləridir və gün ərzində təxminən 35-40 kiloqram süd verir. Həmin heyvanlar xüsusi şəraitdə və daim nəzarət altında olmalı, intensiv yemlənməlidir. Çünki onlar çox süd verdiyinə görə, orqanizm zəifləyir. Üstəlik dəri nazik olduğundan xəstəliyə tez tutulur. Biz bu heyvanları həm də ona görə axırıncı partiyaya saxladıq ki, hava şəraiti bir qədər sərinləsin. Çünki sərin havada ağcaqanad olmur, heyvanların qızdırma xəstəliyinə tutulması riski azalır. Yəni bu məsələdə iqlim şəraiti mühüm rol oynayır. Ona görə də bu növ heyvanlar payız-qış mövsümündə gətirilir. Biz bu heyvanları yerli təsərrüfat sahiblərinə ona görə veririk ki, hər üç cinsdən olan inəklər 3 dəfə artıq süd verir. Biz bu cinslərdən genefond, damazlıq kimi istifadə edirik, biz bu heyvanların üstündə tir-tir əsirik ki, onlar ölməsin. Son iki partiyada gətirilən heyvanlardan ölən yoxdur.
- Deyilənə görə, heyvanlardan biri yolda ölüb. Bu, doğrudurmu?
- Biz o heyvanları Avstriyadan maşınlarla gətiririk. Bəli, yolda görünür, boğulma və ya tapdalanma nəticəsində heyvanlardan biri ölüb. Bunun isə günahı Azərbaycan tərəfində deyil. Çünki bu heyvanları Avstriya tərəfi gətirir və onlar bu heyvanı bizə təhvil verməyiblər. Biz yalnız Azərbaycana gətirilib Gəncədə təhvil verilən heyvanlara cavabdehik. Avstriyada heyvanlardan birinin yolda öldüyünü bilirlər və bunun əvəzində bizə bir baş heyvan veriləcək.
- Gəncəyə gətirilən heyvanlara nəzarət hansı səviyyədədir?
- Dünən nazir özü də Gəncəyə gəlmişdi. Nazir özü hər şeyə nəzarət edir, tapşırıqlarını verir. Bayram günləri olmasına baxmayaraq, bizim mütəxəssislərimiz 4 gün ərzində burada olacaq. Bu mütəxəssislər heyvanların zootexnik qaydada yemlənməsinə və baytarlıq tədbirlərinin aparılmasına ciddi nəzarət edəcək.
- Sonuncu mərhələdə neçə heyvan gətirilib?
- Dünən 215 baş heyvan gəlib. Ümumilikdə bu günə qədər xaricdən gətirilmiş cins inəklərin sayı isə 1200 başdır.
- Onların arasında tələf olanların sayı nə qədərdir?
- Əvvəla onu deyim ki, nə qədər canlı varsa, onların arasında ölüm olacaq. Son iki ildə xaricdən Azərbaycana gətirilən cins heyvanlar arasında tələfat faktları olsa da, çox deyil. Əksinə, indi artıq bizdə 1800 başa qədər cins heyvanlar var. Məsələn, ötən il gətirdiyimiz heyvanlardan 61-i ikinci dəfə doğub. Kimin nə deməsindən asılı olmayaraq, bu heyvanlar arasında kütləvi tələfat yoxdur. Düzdür, ayrı-ayrı vaxtlarda belə hallar olub və belə faktlar həmişə olacaq. Lakin biz çalışırıq ki, kütləvi tələfat hallarına yol verilməsin. Ona görə də biz mütəxəssislər gecə-gündüz buradayıq və ciddi nəzarət edirik.
- Xaricdən Azərbaycana, yaxud da Azərbaycandan xaricə qoyun cinslərinin də mübadiləsi nəzərdə tutulurmu?
- Hələlik xaricdən Azərbaycana qoyun cinsinin gətirilməsi nəzərdə tutulmur. Ancaq biz istəyirik ki, sınaq məqsədilə, seleksiya-damazlıq işləri aparmaq üçün Rusiyadan “romonov” cinsli qoyun gətirək. Lakin bu, elmi sınaq nöqteyi-nəzərdən lazımdır. Bizim hələlik xaricdən xüsusi olaraq, ətlik və başqa məqsədlər üçün qoyun almaq niyyətimiz yoxdur. Azərbaycanın özünün “Qala” və “Qarabağ” cinsli qoyunları yetərincədir. “Qarabağ” cinsli qoyunlarda piylənmənin bərabər şəkildə paylanması dadlı və ləziz ətin əmələ gəlməsinə kömək edir. Yaxud da “Qala” cinsli ana qoyunlar diri çəkidə 70, qoçlar isə 120 kiloqrama qədər ət verir. Elə “Qala” cinsli qoyunlar var ki, 30 kiloqrama qədər quyruğu var. Ona görə də biz yerli qoyun cinslərini qorumalıyıq. Prezidentin təsdiq etdiyi “Ərzaq təhlükəsizliyi proqramı”na əsasən, 2015-ci ildə Azərbaycanda 40 min ton qoyun əti istehsal olunmalıdır. Əminəm ki, biz bu məqsədə böyük müvəffəqiyyətlə yerinə yetirəcəyik. Kənd təsərrüfatı Nazirliyinin xüsusi proqramı var, bizə ciddi tələbkarlıq göstərilir və bu istiqamətdə böyük iş aparılır.
Elxan SALAHOV

1773