Mətbuat Şurası və digər qurumlar ofisdən çıxarılmayacaq
0
0
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) sədri Kərəm Həsənov Mətbuat Şurası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Ədalət Partiyası, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi və digər qurumların yerləşdikləri binadan çıxarılması barədə məlumatları təkzib edib.
K. Həsənov APA-ya açıqlamasında deyib ki, adları çəkilən qurumların yerləşdikləri binadan çıxarılması nəzərdə tutulmayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl ASDP-nin həmsədri Araz Əlizadə APA-ya açıqlamasında DƏİEDK-nin nümayəndələrinin ona partiyanın və digər qurumların yerləşdiyi binanın Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə veriləcəyi barədə məlumat verdiklərini bildirib. A. Əlizadə deyib ki, komitə təmsilçiləri bu barədə Nazirlər Kabinetinin qərarı olduğunu, adıçəkilən qurumların İbrahimpaşa Dadaşov küçəsi, 60 ünvanında yerləşən 4 mərtəbəli binadan dövlət tərəfindən ayrılan başqa tikililərə köçürüləcəyini söyləyiblər.
Qeyd edək ki, Ədalət Partiyasından da APA-ya DƏİEDK-nin partiya üçün “Neftçilər” metrostansiyasının yaxınlığında yer təklif etdiyini, yaxın günlərdə bununla bağlı müqavilə bağlanacağını bildiriblər.
Xatırladaq ki, İbrahimpaşa Dadaşov küçəsi, 60 ünvanında yerləşən 4 mərtəbəli bina vaxtilə “Azneftkimyamaş” ASC-nin Təcrübə Sınaq Zavodunun inzibati binası olub.

Oxşar yazılar

Meteohəssas insanlar üçün sabahın PROQNOZU
6 sentyabr 2025 , 17:27
Populyar ağrıkəsici ürəyin əsas düşmənlərindən biri adlandırıldı
6 sentyabr 2025 , 16:34
Sabah çimərlikdə hava necə olacaq? - PROQNOZ
6 sentyabr 2025 , 15:40
Açıq mayonezin təhlükəsiz istifadə müddəti
6 sentyabr 2025 , 14:28
Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar
6 sentyabr 2025 , 13:53
Güclü leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
6 sentyabr 2025 , 12:31
Bu gün üçün 3 BÜRCƏ şad xəbər
6 sentyabr 2025 , 09:09