Əmək pensiyasını kimlər alır?
Ötən bir ildə əmək pensiyası alanların sayı 26 min 455 nəfər artıb
Bu ilin yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 2008-ci ilin əvvəli ilə müqayisədə 26455 nəfər artıb. Hazırda ölkədə 1275138 nəfər əmək pensiyası alır. Onlardan 496788 nəfəri kişi, 778350 nəfəri isə qadındır.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Lent.az-a bildirib ki, əmək pensiyası alan qadınların 374490 nəfəri çoxuşaqlı anadır. Əmək pensiyası alanların arasında dövlət qulluqçularının sayı 9241 nəfər təşkil edir, 125548 nəfər isə işləyən pensiyaçıdır.
Yaşa görə pensiya alanların sayına gəlincə, fond rəsmisi bildirib ki, hazırda bu göstərici 835844 nəfərdir. Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı isə 301661 nəfər təşkil edir. Onlardan 22354 nəfəri 1-ci qrup, o cümlədən 7644 nəfəri 1-ci qrup gözdən əlildir. Əmək zədəsi və peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı isə 4705 nəfərdən ibarətdir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 137633 nəfərə çatıb. Onlardan 22-si Azərbaycan Milli Qəhrəmanının ailə üzvləridir.
Xatırladaq ki, əmək pensiyası – “Əmək pensiyaları haqqında” qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
Hazırda 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var. Əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş və ya sağlamlıq imkanları məhdud sığortaolunana 1 il sosial sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığortaolunana isə 1 il sosial sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sosial sığorta stajı olduqda təyin edilir. Ailə başçısını itirməyə görə əmək pensiyası isə vəfat gününədək ailə başçısının yuxarıda göstərilən qaydada (əlilliyə görə əmək pensiyası hüququ yaranması şərtlərinə uyğun) sığorta stajı olduqda təyin edilir.
Elxan SALAHOV

1766