Əflatun Amaşov: “Namizədlərin siyahısını Prezident Administrasiyasına təqdim etmişik” – MÜSAHİBƏ
Ali Media Mükafatının təqdimatına hazırlıq gedir
Azərbaycan Mətbuat Şurası milli mətbuatımızın 135 illik yubileyi ərəfəsində Ali Media Mükafatını təqdim etməyə hazırlaşır. Mükafatın ilk laureatlarının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir. Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya müsahibəsində görülən işlərə aydınlıq gətirib:
- İndiyədək media təmsilçilərimizə onlarla adda mükafatlar təqdim edilib və bu ənənə indi də davam etdirilməkdədir. Ayrı-ayrı sahələr üzrə ən yaxşı jurnalist yaradıcılıq nümunələri, konkret yubiley və önəmli hadisələrlə bağlı müsabiqələr və sair bu kimi istiqamətlər qiymətləndirmədə başlıca meyar rolunu oynayıb. Ali Media Mükafatının fərqli cəhəti isə burada jurnalistika sahəsində önəmli xidmətləri olan, bu gün də səmərəli fəaliyyətini davam etdirən şəxslərin əməyinin dəyərləndirilməsidir. Söhbət mediamızın dünəni və bu günü ilə bağlı diqqətəlayiq xidmətlərdən gedir.
Ümumən jurnalistika sahəsində fəaliyyət göstərən insanları bir neçə qrupa bölmək mümkündür. Bunlardan bir qismi sahənin tarixi, nəzəri məsələlərini araşdırır, qiymətli elmi məxəzlər ortaya qoyur. Digər qismə yaradıcı jurnalistlər daxildir, onların imzalarına mütəmadi olaraq rast gəlirik. Üçüncülər isə bir növ ictimai fəaliyyətlə məşğuldur. Əksəriyyəti müxtəlif media qurumlarını təmsil edir. Onlar jurnalistikanın hazırkı problemlərini müəyyənləşdirir və cəmiyyətə çatdırır, bununla da media ilə ictimaiyyət arasında körpü rolunu oynayır, ictimaiyyətin həmin problemlərə reaksiyasının formalaşmasını təmin edirlər. Ali Media Mükafatı hər üç qrupu bir müstəvidə birləşdirir.
Mükafatın Əsasnaməsi Mətbuat Şurasının İdarə Heyəti tərəfindən təsdiqlənib. Sənəddə əsas məqam laureatların üç dərəcə üzrə qiymətləndirilməsidir. Birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 3, üçüncü dərəcə üzrə 5 nəfərin mükafatlandırılması nəzərdə tutulur.
- Siz, Ali Media Mükafatının ideya xüsusiyyətlərindən və məqsədlərindən danışdınız. Bu ideyanın məhz hazırkı dövrdə gerçəkləşdirilməsi hansı zərurətdən irəli gəlib?
- Mətbuat Şurasının mükafat təsis etməsi ilə bağlı fikirlər qurumun İdarə Heyətinin müxtəlif toplantılarında dəfələrlə gündəmə gəlib, bu haqda müzakirələr gedib. Sadəcə, həm problemlər çoxluğu, həm də medianı və ictimaiyyəti qane edəcək variantın müəyyənləşdirilməsi elə də asan proses olmayıb. Hətta indinin özündə də məsələyə baxışlar müxtəlifdir. Yekunda laureatların bilavasitə Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən ibarət Komissiya tərəfindən müəyyənləşdirilməsi razılaşdırılıb. Qərara alınıb ki, digər müsabiqələrdən fərqli olaraq qaliblər yazı təqdimatına görə deyil, ümumən media sahəsindəki fəaliyyətə görə müəyyənləşdirilsin. Prinsipləri isə yuxarıda qeyd etdik.
Əlbəttə, ilk təqdimetmə mərasiminin milli mətbuatımızın 135 illik yubileyinə təsadüf etməsi əlamətdar haldır. Düşünürəm ki, belə bir təməl həm də gələcək üçün yüksək məsuliyyətdir.
- Ölkənin müxtəlif bölgələrində yubiley mərasimləri keçirilir. Prezidentin yubileylə bağlı sərəncamında Mətbuat Şurasının da adı çəkilir. Qurum bununla əlaqədar hansı işləri görür?
- Sərəncamda Prezident Administrasiyasına Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsinin təmin edilməsi tapşırılıb. Administrasiya eyni zamanda jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında milli mətbuatımızın inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri ölkə prezidentinə təqdim etməlidir.
Birinci məsələ ilə əlaqədar bildirim ki, artıq Yevlaxda, Zərdabda, Gəncədə və Şəkidə «Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər» mövzusunda regional konfranslar keçirilib. Tədbirlərdə ona yaxın bölgənin kütləvi informasiya vasitələrinin rəhbərləri, yerli hakimiyyət orqanlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bu tədbirlərdə mediamızın illər ərzində keçdiyi şərəfli yola nəzər salınıb, bu günün problemlərindən və onların həlli yollarından söhbət açılıb, müxtəlif təkliflər səslənib. Növbəti səfərlər Lənkərana və Xaçmazadır. Yekun tədbir isə iyulun 22-də «Gülüstan» sarayında keçiriləcək.
Mükafatlandırılmaya gəlincə, Mətbuat Şurası namizədlərin siyahısını Prezident Administrasiyasına təqdim edib. Burada bir məqama da xüsusi diqqət yetirmənizi istərdim. Şuraya mükafat arzusu ilə elə insanlar gəlib ki, onların nəinki jurnalistikamızda xidmətləri, ümumiyyətlə bu sahəyə ciddi bağlılıqları yoxdur. Çox vaxt bu sözləri üzbəüz demək olmur. Bir az da özləri düşünsünlər, kimin nəyə layiq olduğunu götür-qoy etsinlər. Amma jurnalistikamızda mükafatlandırılmaya layiq olanlar az deyil. Seçimimiz onların üzərində qurulub.

735