Körpələrini bazarda azdıran qadının inanılmaz əhvalatı – HƏYAT HEKAYƏTİ
Yaxud ”Zilan və Qərib dastanı”nın heyrətamiz sonluğu
(“Dövlətin uşaqları” silsiləsindən Lent.az-da növbəti yazı)
Əvvəli: http://www.lent.az/news.php?id=28305
http://www.lent.az/news.php?id=28145
1 saylı Körpələr Evindən hazırladığım əvvəlki yazılarda da bildirmişdim ki, övladından imtina edəndən sonra peşman olub onu axtaran olur. Ancaq övladına qovuşmaq heç də hər anaya qismət olmur. İndi oxuyacağınız hekayətin qəhrəmanı olan qadın da iki körpəsindən imtina edib. Ancaq sonradan onları geri almaq istəyib. Daha sonra isə... Lütfən oxuyun, çox maraqlıdır.
“Don Juan”, yoxsa məsuliyyətsiz kişi?
M. 2007-ci ildə ildə V. adlı oğlanla ailə qurur. Bəlkə də onların birlikdə yaşamağına “ailə” də demək olmazdı. Çünki V. buna qədər artıq bir dəfə ailə qurubmuş. Həmin qadından iki övladı dünyaya gəlir. V. ilə tanış olandan sonra isə həyat yoldaşını və uşaqlarını atıb onunla yaşamağa başlayır. Onlar Bakıda V.-nın kirayə tutduğu mənzildə birlikdə qalır, aralarında isə heç bir rəsmi nikah-filan olmur. Onların 2008-ci il aprelin 24-də bir qızı, 2009-cu il iyulun 26-da isə bir oğlu olur. Qıza Mahsun Kırmızıgülün baş rol oynadığı “Aşka sürgün” serialının qadın qəhrəmanının adını – Zilan, oğlana isə Qərib adını qoyurlar. Ancaq bu birlik Qərib anadan olan il pozulur. Çünki V. günün birində M.-nı uşaqlarla kirayədə yaşadıqları evdə qoyub aradan çıxır: o, artıq başqa bir xanımla tanış olubmuş. Bu, sonradan məlum olur.
İki körpəylə valideynin evində
V. onu qoyub gedəndən sonra kirayə pulunu verə bilməyəcəyini görən M. uşaqlarını da götürüb anasıgilə gedir. Ancaq günlərin birində o, körpələrindən imtina etmək qərarına gəlir. Buna iki müxtəlif səbəb göstərilir: maddi vəziyyət və V.-nı acıqlandırmaq. Ancaq V. öz kefində olduğundan, heç uşaqlarından xəbəri də olmur.
Uşaq Evində körpələri götürmürlər
M. əvvəlcə körpələrini Bakıdakı uşaq evlərindən birinə vermək istəyir ki, onları saxlasınlar, özü də arabir gəlib görüşsün. Demişdim axı, B.-nın rəsmi nikahı yoxdur. Bu səbəbdən də uşaqlara doğum haqqında şəhadətnamə də almaq mümkün olmamışdı. Sənədləri olmadığından Uşaq Evində körpələri götürmürlər. Övladlarını Uşaq Evinə təhvil verə bilməyən qadın evə gəlir.
Ana körpələrini bazara gətirir
Daha bir neçə gün keçir. O, 2009-cu il dekabrın 11-də körpələrini – yaşyarımlıq Zilanı və hələ altı ayı tamam olmamış Qəribi anasıgilin Əzizbəyov rayonundakı evindən götürüb “8-ci kilometr” bazarına (əhali arasında “Vosmoy” bazarı kimi tanınır) gəlir. Bazarı bir az gəzdikdən sonra bir qadına yaxınlaşaraq ona “beş dəqiqəliyə bu uşaqlara baxın, burda bir işim var, görüm, gəlirəm” deyərək, körpələrə baxmasını xahiş edir. Həmin qadın da razılaşır. Beləliklə, M. körpələrini tanımadığı qadına tapşırıb gedir. Qadın beş dəqiqə gözləyir, M. gəlmir, on dəqiqə keçir, gəlmir, yarım saat keçir, gəlmir. Axı kimin ağlına gələ bilərdi ki, qadın övladını azdırmaqdan ötrü bu üsuldan istifadə edə bilər?!
Nəhayət, həmin qadın bazarda gəzişən polislərdən birinə yaxınlaşaraq məsələni danışır ki, belə-belə, bir qadın bu uşaqları beş dəqiqəliyə tapşırdı, ancaq bir saatdan da çox keçsə də, gəlməyib. Polis körpələri ərazi üzrə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparır. Sonra isə polis bölməsindən körpələri 1 saylı Körpələr Evinə təhvil verirlər.
Qadın tez peşman olur
İndi sizə kimdən deyim, M.-dan. O, uşaqlarını azdırandan sonra çox pərişan halda anasıgilə – Əzizbəyov rayonuna qayıdır. Evdə ağlamağa başlayır. Peşman olduğunu hiss edir: sanki baş verənləri indi-indi dərk etməyə başlayırdı. Sonra isə tamam dərk edir: o körpələrini atıb, onlar görəsən indi kimdədir, kimin əlindədir? Evdən dəli kimi çıxaraq körpələrini azdırdığı “Vosmoy” bazarına yollanır.
Artıq uşaqlar 1 saylı Körpələr Evinə verilib
Əzizbəyov rayonundan “Vosmoy” bazarına qədər avtobusla ən azı bir saatlıq yoldur. Qadın bir saat ərzində haldan-hala düşür, ağlına min cür fikir gəlir. Nəhayət, bazara çatır. Yeyin addımlarla körpələrini tanımadığı qadına tapşıran yerə gedir. Ancaq orada nə həmin qadın, nə də körpələri var idi. Ətrafdakı adamlardan soruşur, “gördüm” deyən olmur.
Satıcılardan biri qayıdır ki, bəs bu gün bir qadının iki körpəni polisə verdiyini görmüşəm. M. yollanır polis bölməsin. Oranı çox böyük çətinliklə tapır. Polis bölməsində isə deyirlər ki, artıq uşaqlar 1 saylı Körpələr Evinə verilib...
Körpələr Evində dava-dalaş
M. ağlaya-ağlaya anasıgilə qayıdır. Sözün düzü, M.-nın körpələrini azdırmağa gedəndə anasının bundan xəbəri olub-olmadığını bilmirəm. Heç atasından da xəbərim yoxdu, bəlkə heç atası ümumiyyətlə yoxdu. Təkcə bildiyim odu ki, 1 saylı Körpələr Evinə M. ilə birlikdə onun anası və xalaları da gedir: ümumilikdə 5 qadın.
Körpələr Evi qapalı qurum olduğundan, onları içəri buraxmırlar. Ancaq qapıdan bayırda qadınların nə istədiyi məlum olur: Zilanla Qəribi. Məsələ barədə Körpələr Evinin rəhbərliyinə məlumat verilir. Rəhbərlik də gəlib qadınlarla danışır. Onlara bildirilir ki, içəridəki körpələrdən heç birini sizə verə bilmərik, çünki heç sizi tanımırıq da. Bundan sonra aləm qarışır: qadınlar rəhbərliklə, Körpələr Evinin işçilərilə dava-qırğına çıxır. Ancaq bunun da xeyri olmur.
Axırda rəhbərlik deyir ki, məhkəməyə müraciət edin.
4 aylıq həsrət bitir
M. QHT-lərdən birinin köməkliyilə məhkəməyə müraciət edir. Məhkəmə bu ilin mart ayında körpələrin anaya qaytarılması barədə qərar qəbul edir. 2009-cu ilin dekabrın 11-dən məhkəmə qərarı çıxana qədər M. Zilanla Qəribi görə bilməmişdi. Nəhayət, 4 ay keçəndən sonra ana atdığı övladlarına qovuşur. M. Körpələr Evindəki otaqlardan birində oturur, Zilanla Qəribi gətirirlər. Çox maraqlı və qəmli mənzərə olur bu: ana övladlarını bağrına basıb hönkür-hönkür ağlayır...
Gözlənilməz sonluq
Məsələnin sonrası isə daha inanılmazdır. M. deyir ki, körpələrin sənədlərini düzəldib onları uşaq evlərindən birinə verəcəm, sonra da bir iş tapıb işləyəcəm. Yəqin gözlənilməz sonluqdur. Ancaq bu, bizim günahımız deyil, hadisə belə olub...
Pərvin ABBASOV
[email protected]

427