DİQQƏT!  Tozlu hava bu insanlar üçün təhlükəlidir - MÜTƏXƏSSİS AÇIQLADI
04 sentyabr 2024 17:00 (UTC +04:00)

DİQQƏT! Tozlu hava bu insanlar üçün təhlükəlidir - MÜTƏXƏSSİS AÇIQLADI

Son günlərdə paytaxtda tozlu hava müşahidə olunur. Yaranmış əlverişsiz şərait artıq bir çox insanlarda narahatlığa səbəb olub. 

Maraqlıdır, tozlu hava insanlara necə təsir edir? Ümumilikdə isə tozlu hava kimlır üçün təhlükəli ola bilər?

Məsələ ilə bağlı terapevt Abbas Bağırov Lent.az-a açıqlamasında bildirib ki, Bakı şəhər və Abşeron yarımadasında havada tozun miqdarı normadan 4,5 daha çox artıb. 

Onun sözlərinə görə, bu hadisə Mərkəzi Asiyada və Ərəbistan ölkələrində duman, toz fırtınalarından sonra baş verir:

“Ölçüsü 2,5 mikrondan kiçik toz hissəcikləri (PM2,5) havada asılmış vəziyyətdə qalaraq tənəffüs vasitəsilə orqanizmə daxil olur. Beləliklə, yuxarı tənəffüs yollarını ciddi şəkildə zədələyir. Allergik xəstəlikləri olanlar, bronxik astması olanlar üçün ciddi təhlükədir. Bu cür insanlar tozlu havadan izolyasiya olunmalı və çölə çıxarkən qoruyucu maskalardan istifadə etməlidir”.

Onu da qeyd edək ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir. İl ərzində Mərkəzi Asiya səhralarında baş verən qum fırtınası cənubda Ərəbistan yarmadasında, şərqdə Türkmənistan səhrasında toz burulğanları yaradır və formalaşan bu toz kütlələri cənub və şərq istqamətli hava axınları vasitəsilə ölkəmizə keçib. Bununla da əsasən Bakı şəhərində, Abşeron yarımadasında toz-duman yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4101
avatar

Arzu Qurbanlı

Oxşar yazılar