Uşaq oğurluğunun qorxudan üzü - ARAŞDIRMA
Uşaq mafiyaları milyardlar qazanırlar
Bu ilin yanvar ayında Haitidə baş verən zəlzələ zamanı bütün yardım təşkilatları uşaqları, ailələri həlak olmuş evsiz uşaqları qorumağa çalışdığı bir vaxtda uşaq tacirlərinin ən son model maşınlarla həmin uşaqları hava limanına gətirdikləri ortaya çıxdı. ABŞ-dan Haitiyə bu məqsədlə gəlmiş bir dəstənin üzvləri də uşaqları apararkən ələ keçdilər. Bu məqamın qarşısı alınsa da, yenə də beynəlxalq təşkilatlar Haitidə ildə 2-3 min uşağın qaçırıldığını bildirirlər...
Bu, hələ 1960-cı illərdə Amerika və İngiltərədə, 1970-ci illərdə isə Avropada ən çox araşdırılan məsələ olub. Əslində bu mövzunun, bu qədər üzərinə düşülməsinə rəğmən, insanlıq tarixi qədər keçmişi var. Bütün dünyada uşaq qaçırma və uşaqlara qarşı zorakılığın artdığını görüncə UNİCEF də qırmızı işığı yandırıb. 1923-cü ildə İsveçrədə 40 ölkə bir araya gəlib "Beynəlxalq Uşaqları Qoruma Birliyi"ni qurublar. BMT yaranmasından sonra isə bu qurum UNİSEF (BMT-nin Uşaqlara Yardım Fondu) adı altında fəaliyyətini davam etdirib. 1989-cu ildən isə 20 noyabr rəsmi olaraq "Uşaq Haqlarının Qorunması" günü kimi qeyd olunur. ABŞ və Somali xaric, bütün BMT-yə üzv ölkələr həmin gündən "uşaqların hüquqlarını qorumağ"ı qərara alıblar. Ancaq bunlar kağız üzərində qalıb, statistikalar başqa nəticələr ortaya çıxarır. Bir ana estetik əməliyyatları üçün əkizlərini satır, biri 2-3 aylıq körpəsini zibilliyə atır, digəri yoxsulluğu bəhanə gətirərək uşağını internetdə satışa çıxarır. Bütün bunlardan dəhşətlisi uşaqların oğurlanması, kölə kimi özlərinin, ya da orqanlarının satılmasıdır.
Dəhşət statistikası
Bu yaxınlarda Türkiyə Böyük Millət Məclisinə uşaq qaçırma olayları ilə əlaqədar CHP tərəfindən bir araşdırma təqdim edib. Araşdırmada bildirilib ki, son illərdə bütün dünyada az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə uşaq oğurluğu hadisələrində ciddi artımlar var. Bununla bərabər, Türkiyədə də uşaq qaçırma hadisələri artmaqdadır. Çünki son ilin statistikasına görə, Türkiyədə 1661 uşaq itkin sayılır. Bu uşaqların sayının get-gedə artması və tapılmaqla bağlı müsbət fikirlərin olmaması cəmiyyətdə narahatlıq doğurur. İraqda vəziyyət daha acınacaqlıdır. Bu ölkədə bir neçə ay içərisində 900 uşağın qaçırıldığı bildirilir. “The Guardian” qəzeti hər il İraqda ən azı 150 uşağın mafiya tərəfindən qaçırılaraq 200-5720 dollara satıldığı barədə faktları üzə çıxarıb. Burada uşaqlar evlərinin önündən belə qaçırılırlar.
ABŞ-dakı statistikaya görə, hər 40 saniyədə bir uşaq qaçırılır, bu isə ildə 800.000 uşaq deməkdir. Daha sonra Meksika, Ekvador və Kolumbiya kimi ölkələr gəlir. Bu uşaqların böyük qismi 4-11 yaş arasındadır. Nə yazıq ki, 53 faiz uşaq oğurluğunun sonu faciə ilə bitir.
Asiya ölkələri arasında Tailand və Hindistan uşaq-kölə istifadəsində öndə gedən ölkələrdir. Tailandda 7-15 yaş arası uşaqlar qurban gedir. 1,5 milyon cinsi zorakılığa məruz qalanın 800 mini uşaqlardır. Filippində isə bu say 30-60 mini keçir. Şri-Lanka sahillərində 10-15 min oğlan uşaqlarının özlərini turistlərə satdığı məlum olub. Avropada və Amerikada da uşaq ticarəti önəmli problemdir. Bundan başqa, Avropada övladlığa götürmək istəyənlərin sayında da böyük artımın olduğu, elə bu səbəbdən də körpə və uşaq ticarətinin artdığı deyilir.
UNİCEF-in rəqəmlərinə görə, Qərbi Afrikada hər il 200 min uşaq 8 min sterlinqə satılır. Bundan başqa, ildə 2,5 milyona yaxın insan qaçırılır və bunların yarısı qız uşaqlarıdır. İngiltərədə Çindən və Afrika ölkələrindən qaçırılıb gətirilən və fahişəliyə, evlərdə kölə kimi çalışmağa zorlanan uşaqların sayı artıb. İngiltərə parlamentinin daxili işlər komissiyasının hesabatına görə, 2006-cı il və ondan sonra hər il 330 uşaq oğurlanıb. Çin, Vyetnam, Əfqanıstan, Nigeriya, Rumıniya, Afrika, Şərqi Avropa və Latın Amerikası ölkələrində hər il təxminən 70 uşaq qaçırılır. Hesabatda qeyd olunur ki, qaçırılan uşaqların 59 faizi İngiltərədə insan ticarəti mafiyasının əlində, 3 faizi narkotik ticarətindədir, 23 faizi isə köləliyə məcbur edilib.
Nigeriyanın Laqos şəhərində davamlı aparılan əməliyyatlar nəticəsində ildə 500 uşağı kölə kimi qaçıran beynəlxalq şəbəkə ifşa olunub. Nigeriyalı qadınlar hələ doğulmamış körpələrini 1000 sterlinqə həmin ticarətçilərə satırmışlar. Bu cinayətkar şəbəkələr afrikalı ata-anaları uşaqlarını uzaq şəhərlərdə daha yaxşı gələcək nəsib etmək məqsədi ilə aldadıb, aparırlar. Uşaqların istismarı İnternet üzərindən də aparılır. UNİCEF-in illik hesabatına görə, dünyada 150 milyon qız uşağı və 73 milyon oğlan uşağı cinsi zorakılığa məruz qalır.
Yeri gəlmişkən, ABŞ-da daha dəhşətli uşaq oğurluğu baş verib. Amerikalı Liza adlı qadın internet vasitəsilə 23 yaşında və hamilə olan Bobbi Co Stinnetlə tanış olub. Az bir müddət keçdikdən sonra qadın Stinnetin itini almaq üçün onlara gedib. Ancaq bir gündən sonra hamilə qadın boğulmuş vəziyyətdə tapılıb. Qadının qarnı yarılıb, uşağı oğurlanıb. ABŞ polisi qadını tapıb. Qadın isə and-aman edib ki, körpə qız onun özünündür. Uşaq oğurluğunda günahlandırılan Lizaya ölüm hökmü verilib.
UNİCEF-in hesabatına görə, beynəlxalq cinayətkar təşkilatlar qadın və uşaq ticarətindən ildə 7 milyard dollar qazanır. İnternet aləmində uşaqları cəlb etmək üçün milyard dollarlıq iş planları qururlar. Orqan ticarəti ilə bağlı ciddi rəqəmlər açıqlanmasa da, mafiyanın illik gəlirinin 8-10 milyard dollar olduğu təxmin edilir.
Hər uşaq təhlükədə
İtkin uşaqların profili yoxdur. Pul tələb etmək üçün oğurlanırsa, təbii ki, zənginlərin uşaqları daha çıx risk altındadır. Ancaq orqan və digər uşaq ticarətlərində adətən kasıb ailələrin uşaqları tərcih edilir.
UNICEF-in məlumatında deyilir ki, uşaqları qaçıranlar böyük qruplardır. Buna görə də bəzi valideynlər uşaqlarının durumunu polisə bildirməkdən qorxurlar. Ən acınacaqlısı odur ki, uşaqları polislərin də içində olduğu qruplar oğurlayır. Hər il Asiya-Sakit okean hövzəsi ölkələrindən, Nepaldan tutmuş Hindistana qədər olan arealda 150 min qadın-qız qaçırılır. Pakistanda "Mini Banqladeş" deyilən bazarda banqladeşli qızlar satılır. Amerikada belə hər il 45-50 min insan, əksəriyyəti qadın və uşaq olmaqla insan ticarətinə, evlərdə xidmətçiliyə məcbur edilir. 2008-ci ilin son 6 ayı ərzində isə Haitidən də 50-dən çox kiçik yaşlı uşaq oğurlanıb. Araşdırmalara görə, qaçırılan uşaqların orqanları çıxarılıb, öldürülüb.
9-13 yaşlı uşaqlar orqan ticarəti, narkotik və dilənçilik məqsədilə qaçırılır. Bütün dünya ölkələri də bunun qarşısını almağa çalışır. Ancaq evdən qaçan uşaqlar da az deyil. Uşaqlar əsasən erkən evlənmə, ailə daxili zorakılıq, işsizlik, yoxsulluq üzündən qaçırlar. Evdən qaçma səbəblərinin önündə yenə də İnternet dayanır. Məlumatlarda itkin uşaqların cinayət və terror qruplaşmaları tərəfindən qaçırıldığı bildirilir. Türkiyə uşaq pornoqrafiyası üzrə riskli ölkələr sırasında yer alıb.
Azərbaycan reallığı
Bəzi xəstəxanalarda rast gəlinən və hüquq-mühafizə orqanlarının da diqqətindən yayınmamış uşaq satışlarını nəzərə almasaq, bizdə vəziyyət o qədər də pis deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsi tərəfindən son 2 il ərzində uşaq oğurluğu ilə əlaqədar 13 fakt qeydə alınıb. Məsələn, keçən ilin aprelində Bakı Apelyasiya Məhkəməsində uşaq oğurluğunda ittiham olunan 3 saylı Sabunçu rayon Klinik Xəstəxananın həkimi Lalə Haqverdiyevanın, xəstəxananın tibb bacısı Səkinə Nadirova və Cəbrayıl rayonundan məcburi köçkün olan Vəfa İsmayılovanın apelyasiya şikayətinə baxılıb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) və 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu) maddələri ilə ittiham olunublar. İttihama görə, xəstəxanada Bakı şəhər sakini Gültəkin Həsənova vaxtından bir ay əvvəl doğuş edib. Həkimlər ona uşağının ölü olduğunu bildiriblər və uşağı Vəfa İsmayılovanın sifarişi ilə ona satmaq istəyiblər. G.Həsənova uşağının oğurlanmasından şübhələnərək, hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında həkimlər həbs edilib.
Aparılan istintaq zamanı müəyyən edilib ki, uşağı həkimlərdən alan Vəfa İsmayılovanın həmin uşağı xarici vətəndaşlardan birinə 10 min dollara satmaq niyyəti olub. Bu faktı müəyyən edən hüquq-mühafizə orqanlarının əməkdaşları Vəfa İsmayılovanı da həbs ediblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Məhkəmə Lalə Haqverdiyeva, Səkinə Nadirovanın cəzasını 1 il aşağı salıb və onlara 2 il cəza təyin edib, hökmün digər hissəsi isə qüvvəsində saxlanılıb.
Keçən ilin fevralında isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ələkbər Quliyevin sədrliyi ilə uşaq oğurluğunda ittiham olunan 3 saylı Sabunçu rayon kliniki xəstəxanasının həkimi Lalə Haqverdiyevanın, həmin xəstəxananın tibb bacısı Səkinə Nadirova və Cəbrayıl rayonundan məcburi köçkün olan Vəfa İsmayılovanın cinayət işi üzrə məhkəmə başa çatıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) və 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu) maddələri ilə ittiham olunublar.
Bu faktların özü də Azərbaycanda belə hallara qarşı mübarizənin aparılmasının daha da gücləndirilməsinin vacibliyini göstərir.
Uşaqları qorumağın yolları
Türkiyə Uşaq Haqları Koalisiyasının professoru Oğuz Polad son illərdə fərqinə varmadığımız uşaq oğurluğu, uşaq ticarəti və uşaq pornoqrafiyasındakı artımın gələcək 3 ildə daha pis vəziyyətə gətirib çıxacağını bildirib. Hətta günü sabah uşaqlarımız üçün gec ola bilər. Bunun üçünsə ailələrlə bərabər hər kəs maarifləndirilməlidir. Professorun bildirdiyinə görə, ən azı səyahət şirkətləri 18 yaşından kiçiklərə bilet satmamalı, internet salonları ciddi nəzarətə alınmalı, yaşayış mərkəzlərində idman, kitab oxumaq üçün klublar açılmalıdır. Uşaqların tez-tez getdiyi əyləncə mərkəzləri, məktəblər kameralarla izlənməlidir.
Nuranə Məmmədova,
“Vətəndaş Cəmiyyəti” jurnalı
P.S. Yazı Azərbaycanda İnsan Alveri Əleyhinə Şəbəkənin “İnsan alverinə və əməyin istismarına qarşı mübarizə, insan alveri qurbanlarının müdafiəsi və cəmiyyətə reinteqrasiyası sahəsindəki vəziyyət” mövzusunda jurnalistlər arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

1357