“İslam Açıq Masada” – III söhbət: “Novruz və İslam”
İslam Universitetinin müəllimi Ceyhun Cəfərov: “Novruz bayramı dini əsası olan bayram deyil”
Fəlsəfə elmləri doktoru Aydın Əlizadə: “Biz bu bayramı niyə qeyd edirik sualına doğru cavab tapmalıyıq”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədov: “Bu bayramın qeyd olunması vacibdir”
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy: “Novruzda müxtəlif dinlərin, adət-ənənələrin izinə rast gəlmək olar”
Türkoloq Ramiz Əsgər: “Novruz milli şüuru oyadır”
Lent.az-ın “İslam Açıq Masada” layihəsi çərçivəsində “Novruz və İslam” mövzusunda keçirilən III dəyirmi masanın iştirakçıları Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy, Bakı İslam Universitetinin müəllimi, “Təkamül” Tədris Mərkəzinin direktoru Ceyhun Cəfərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Aydın Əlizadə və türkoloq Ramiz Əsgərdir.
Dəyirmi Masanın moderatoru jurnalist Qurban Yaquboğludur.
NOVRUZ TƏKCƏ İLİN DƏYİŞMƏSİ DEYİL
Qurban Yaquboğlu:
- Qarşıdan Novruz bayramı gəlir, söhbətimiz də bu istiqamətdə - “Novruz və İslam” mövzusu ilə bağlıdır. Azərbaycanda 13 rəsmi bayram var, onlardan 10-u qeyri-iş günü kimi qeyd olunur. Bayramlar arasında Novruz xüsusi yer tutur, onun keçirilməsi, ritualları ilə bağlı mütəxəssis səviyyəsində müxtəlif görüşlər var. Bu gün o görüşləri paylaşmağa çalışacağıq. Öncə folklorşünası dinləyək.
Seyfəddin Rzasoy:
- Şəhərdə və ya kənddə yaşamağımızdan asılı olmayaraq, biz hamımız əslində Novruz mədəniyyətinin daşıyıcılarıyıq. Bu mənada Novruza baxışlarımız kənardan olan tədqiqatçı baxışları deyil. Bəzən siyasi, dini, elmi yanaşmalar – hər biri ayrı-ayrılıqda olmaqla – Novruz bayramının qiymətləndirilməsinə mane olur. Novruz ümumilikdə, təqvim, yeni ilin gəlişi, oyanış bayramıdır. O, xalqımızın qədim dünyagörüşü ilə əlaqəlidir. Novruz bayramı başlandığı gündən bu çağadək mifologiyanı, ritual fəlsəfəni, səmavi və qeyri-səmavi dinləri, etnik psixologiyaları, islamı, xristianlığı öz içərisinə alan, öz daxilində əridən və bütün bunların hamısını vahid mədəniyyət halına gətirən fenomenal hadisədir. Novruz bayramı, artıq, çoxdan bir millətin, bir xalqın mədəniyyət hadisəsi olmaqdan çıxaraq xalqları, etnosları, qitələri birləşdirib. Bu bayram tək ilin, zamanın dəyişməsi deyil. Bioloji, insani, fiziki-mənəvi, dini məkan və mədəniyyətdə nə varsa, hamısını əhatə edən böyük bir mədəniyyət faktıdır. Novruz bayramı içərisindən hər hansı islamşünas sistemli şəkildə islam elementlərini çıxara, “Avesta” ilə məşğul olan “Avesta”nı bərpa edə bilər. Hətta xristian və ya iudaist türklərin bütöv simvolik sisteminə də burda rast gəlmək mümkündür. Novruz bayramının strukturunda yaşayan simvolika bütövlükdə tarixin dərinliklərindən gəlir.
Qurban Yaquboğlu:
- Novruzda qədimlik hansı tarixi dövrü əhatə edir? Onun 3 min il yaşı olduğu söylənilir.
Seyfəddin Rzasoy:
- Bu məsələdə tarixilik, artıq, bizim üçün fərqli mənaya, özgə anlama qədəm qoyur – onun konkret haradan başlanğıc aldığı o qədər də əhəmiyyət kəsb eləmir. Novruz bayramı cəmi bir ilin hadisəsidir. İl doğulur, böyüyür, inkişaf edir, Novruzun axır çərşənbəsinə doğru “ilin kuklası”, yəni simvolikası yandırılır və il təzədən başlayır. Əslində, bu, ilin ölüb-dirilmə bayramıdır. Ona görə də mən bayramın mifologiya ilə bağlı olduğunu söylədim.
Qurban Yaquboğlu:
- Novruza islami baxımdan necə yanaşmaq mümkündür?
Ceyhun Cəfərov:
- Novruzun heç bir islami, dini əsası yoxdur, sırf təbiət bayramıdır. İslam hər bir millətin adət-ənənəsinə hörmətlə yanaşır, eyni zamanda həmin adət-ənənələrə öz rəngini verir. Yer üzündə 300 milyon insan Novruzu il dəyişmə bayramı kimi qeyd edir. Təbii ki, bu bayramı günündə də islamın bir sıra tövsiyələri var. Məsələn, məscidlərdə namaz qılmaq, ibadət etmək kimi qaydaları deyə bilərəm. İslam qaynaqlarında Novruz adət-ənənələri bəyənilir. Çünki dinimiz insani dəyərləri dəstəkləyir. Bu bayramda insanlar bir-birini təbrik edir, əgər küsülülər varsa, barışır, xəstə varsa, ona yoluxurlar. Bütün bunlar islam tərəfindən alqışlanmış, dəfələrlə tövsiyə olunmuş əməllərdir. İmam Cəfəri Sadiq əlehyissalamdan bir hədisi qeyd etmək istəyirəm. Cəfəri Sadiq əleyhissalamın sahəbələrindən biri olan İbn Xüneydin rəvayət etdiyinə görə, Cəfəri Sadiq deyib ki, Novruz günündə Allah-təala ruhlar aləmində ruhlardan vəd alıb, onlarla əhdi-peyman bağlayıb. Eyni zamanda Günəşin məhz həmin gün ilk dəfə Yer üzərinə işıq saçdığı da qeyd olunur.
Qurban Yaquboğlu:
- Günəşin ilk dəfə işıq saçması dedikdə, dünya yaradılışının başa çatması ilə bağlı dini model nəzərdə tutulur?
Ceyhun Cəfərov:
- Yəqin ki, Yer kürəsinin yarandığı ilk gün, Günəşin ilk dəfə Yer kürəsinə işıq saçdığı gün deməkdir. Daha maraqlısı və vacibi odur ki, Allah-təala bu gündə bütün insanlardan əhd-peyman alıb.
Qurban Yaquboğlu:
- Novruz bayramına başqa dini məqamlar da aid olunur. Məsələn, həzrət Əlinin bu gündə taxta çıxdığı bildirilir, Məhəmməd peyğəmbərin mövludu əlavə edilir. Novruzun islamlaşdırılması meyli nə dərəcədə əsaslıdır?
Ceyhun Cəfərov:
- Qəməri təqviminin il boyu dolandığını nəzərə alsaq, təsadüfən bu tarixlər üst-üstə düşə bilər. Həzrət Əli əleyhissalamın hakimiyyətə gəlməsi, yəni peyğəmbər əleyhissalamın Qədir-xumda onu bir imam kimi özündən sonra ümmətə rəhbər təyin etməsi, ola bilsin ki, bu gündə baş verib. Amma bu o demək deyil ki, biz müsəlmanlar Novruzu sırf o hadisə ilə bağlayıb, dini bayrama çevirməliyik. Bu, əsassız sözdür. Bizim mili-mənəvi dəyələrimiz islam dinindən ayrılmazdır.
BİR SIRA SUALLARA CAVAB TAPMALIYQ
Aydın Əlizadə:
- Mən fəlsəfəçiyəm. Fəlsəfəçinin borcu hər bir məsələni dini inanclara və dəyərlərə uymadan, yalnız düşüncə və məntiqlə araşdırmaqdır. Fəlsəfəçi üçün “Bu, bizim ənənəmizdir, bu, bizim dinimizdir” sözləri kifayət etmir. Hətta “Biz filan rituallara riayət etməliyik, ona görə ki, bu, bizim xalqımızın bir nişanəsidir” sözləri də əsaslı deyil. Fəlsəfəçiyə sırf dəlil, arqument, fakt gərəkdir. Mən də bu bayrama belə yanaşacam. Öncə “Novruz nədir və nə üçün xalq bunu qeyd edir?” suallarına cavab verək. Bu cür bayramlar tək Novruzda yox, həm də xristianlıqda və yəhudilikdə pasxa qismində qeyd olunur. Çox maraqlı bir şeydir, heç kəs bu sualı vermir: Nə üçün bu ənənə yəhudi və xristianlarda bahar aylarına düşür? Qədim Babilə, Misirə nəzər salsaq görərik ki, İştarın, Osirisin bayramları həmin vaxtlarda keçirilib. Bu, təsadüf ola bilərmi? Əlbəttə, yox. Bəs onda bu, nə ilə əlaqəlidir? Deyirlər, təbiət oyanır. Mən də sual verə bilərəm ki, nə olsun oyanır? Mən nəyə görə təbiətin oyanışını bayram etməliyəm? Bu dirçəliş məndən asılı olmayan təbii bir hadisədir. Ortaya məntiq çıxmalıdır, məntiq də ondan ibarətdir ki, qədim dövrlərdən təbiətin oyanışı həyatla əlaqələndirilir, həyat isə tanrılara bağlanırdı. Misir, Babil bütpərəstləri tanrılara tapınırdılar. Təbiət dirçəldikdə inanırdılar ki, tanrı onlara bir həyat verir. Bu bayramlar da tanrılara sitayişdən irəli gəlirdi. Buna naturalistik, təbiətlə bağlı olan inanclar deyirlər. Ancaq təbiət azdı, təbiətin arxasında mütləq bir ibadət məbudu olmalı idi. Elə-belə təbiətin nəyinə sitayiş edəsən? Elə bu düşüncə ilə də müxtəlif xalqlar baharın gəlişini, təbiətin oyanışını qeyd etməyə başlayıblar. Sual yaranır: Xristianlar, yəhudilər monoteist dinlərə mənsubdurlar, nə üçün onların da bayramları bu dövrə təsadüf edir? Ona görə ki, monoteist dinlər bütpərəstlik sahəsinə gəldikdə, orada möhkəmlənmək üçün xalqları bu bayramlardan ayırmaq istəməyiblər. Xalqlar qədim tanrılara ibadət etməyə öyrəşmişdilər, xristianlar, yəhudilər bunu bir anda dəyişə bilmirdilər. Ona görə də xristianlar bu bayramı İsaya bağladılar. Yəhudilər də İsraildə bütpərəstliyin üstünə gələndə bu bayrama fərqli biçim və məzmun verməli oldular. Novruzun tarixçəsinə baxsaq, onun sırf animistik bir məzmun daşıdığını görərik. Məşhur tədqiqatçı Meri Boys zərdüştlük haqqında tədqiqatlarında yazır ki, Novruz xeyir tanrısı Ahuraməzdaya sitayiş olunan bir gün idi. Animizm ruhlara sitayişdir, belə bir sitayiş ənənəsi zərdüştilərin dövründə də var idi və bu gün də onun izlərini görürük. Naturalizmin, yəni təbiətə sitayişin izlərini də həmçinin...
Qurban Yaquboğlu:
- Demək istəyirisiz ki, zərdüştlük də Novruz ənənələrini mənimsəyib?
Aydın Əlizadə:
- Bəli. Zərdüştlük tarix səhnəsinə eramızdan əvvəl 4-5-ci əsrlərdə gəlib. Xalq ondan qabaq bu bayramları qeyd edirdi. Zərdüştlük də onu mənimsəməli oldu. Sonra xristianlıq və islam gəldi. Artıq, bu bayram insanların həyat tərzinə çevrildiyindən onu rədd etmir, sadəcə, onu xristianlaşdırır və ya islamlaşdırırdılar. Bu gün də biz onun islamlaşdırılması prosesini görürük. Məsələn, islamşünas Ceyhun müəllimin dediyi kimi, həmin gün dualar edilir. Amma bilmək lazımdır, bunun islamla heç bir əlaqəsi yoxdur. Onu islama bağlamaq, düzdür, ya yox, bu, artıq, mənim yox, ilahiyyatçıların işidir.
YARIM MİLYARD İNSANIN BAYRAMI
Ceyhun Cəfərov:
- Bütün dinlər - yəhudilik, xristianlıq, islam eyni mənbədəndir. Atəşpərstlik və bütpərəstliyin özü də bunlardan azmış, sapmış qollardır. Bu dinlərin mənbəyi eyni olduğuna görə bəlkə onlarda da bir düşüncə var ki, bu gündə Allah-təala ruhlardan əhdi-peyman alıb... Bir də qeyd edim ki, bu, islami bayram deyil. İslamın iki məşhur bayramı bəllidir –Orucluq və Qurban bayramları. Novruz təbiət bayramıdır, bunu belə də qəbul edirik. Təbii ki, islam qayda-qanunları ilə bir müsəlman kimi bayramı qeyd edərkən iki rükət namaz qılır, yaxud dua edirik. Söhbət ilin təhvil olunması duasından gedir. Ərəb dilindədir, Azərbaycan dilində də oxuya bilərik.
Qurban Yaquboğlu:
- Novruz türklərin yaşadıqları geniş arealda qeyd olunur. Ramiz müəllim, necə hesab edirsiniz, bu bayrama etnosların təfəkküründən doğan yanaşma tərzi var, yoxsa yox?
Ramiz Əsgər:
- Şübhəsiz, var. Türklər 17 milyon kvadrat kilometr ərazidə məskunlaşıblar. Novruz bayramını türklərin hamısı qeyd edir. Yakutları, eləcə də Sibir türklərini çıxıram. Çünki onların coğrafiyası elədir ki, o dövrdə həmin yerlərdə təbiət oyanmır. Başqırdlarda, yaxud başqa türk xalqında adı Novruz deyil, başqa bir addır, mahiyyətcə eynidir. Kaşqardan, uyğurlardan üzübəri Balkanlara qədər yayılmış türk coğrafiyasında bu bayram mübarək sayılır. Türklərdən əlavə, irandilli xalqlar da Novruzu bayram kimi qarşılayırlar. Bunlar farslar, taciklər, pakistanlılar və əfqanlardır. Mənim hesablamama görə, onu 300 milyon yox, yarım milyard insan bayram edir. Ona görə də bizim ölkənin təklifi ilə BMT-yə çıxarıldı və reprezentativ şəkildə ümumdünya mədəni irsinə daxil edildi. Yəni bu, dünya bayramlarından biridir. Bu bayramın daşıyıcıları da bütün qitələrə səpələniblər. ABŞ prezidenti orucluq ayında iftarların birində müsəlman icmasını yığır və onlara bir müraciət edir. Mən gözləyirəm ki, ABŞ prezidentin Novruzda da bir müraciəti olacaq. Türklərə gəlincə, türklər bu məsələyə fərqli baxırlar. Deyirlər ki, bizim yaradılış və törəyiş əfsanələrimiz var. Bunlardan biri odur ki, çinlilər türk boyunu axırıncı adama kimi məhv edir, əli-qolu kəsilmiş oğlan uşağını da atırlar ki, ölsün. Onu bir dişi canavar gəlib aparır, bir dağın yarığından girir, çinlilər onu öldürə bilmirlər. Bu canavarla türkdən çoxlu uşaqlar törəyir. Ergenekon deyilən bir yaylada yaşayırlar. Türklər o qədər artırlar ki, onları bəsləmək olmur. Deyirlər ki, sıldırımı yarıb keçmək lazımdır. Bu da köhnə tarixlə martın 9-a uyğun gəlir. Təzə tarixlə 12 gün əlavə edəndə, martın 21-ə düşür... Beləliklə, türk qövmünün xilası mart ayına təsadüf edir.
Qurban Yaquboğlu:
- Novruzun fars bayramı olması iddiaları da ortaya atılır.
Ramiz Əsgər:
- Novruz eyni zamanda fars bayramıdır. Zərdüşt Babildə universitetdə tələbə olub, onu oradan qovublar. Farsların yaşadığı əraziyə gələndə görüb ki, burada hakimiyyət var, ancaq bayramları, ayinləri yoxdur. O dövrün kralına deyib ki, bayram, ayin, mərasim olmasa, dövlət dövlət olmur, toplumu nəyəsə yönəltmək lazımdır. Bunu da qəbul ediblər...
Ceyhun Cəfərov:
- Salman Farsinin həzrəti peyğəmbərlə bu barədə söhbəti göstərir ki, ərəblərdə demək olar ki, bu bayram qeyd olunmayıb. Salman Farsi deyir ki, ya rəsulallah, bu, bizdə bir bayramdır. Həzrəti peyğəmbər soruşur ki, siz bu bayramda nə edirsiniz? Deyir, küsülülər barışır, evlər təmizlənir. Həzrəti peyğəmbər də qayıdır ki, bu, gözəl bir bayramdır, qeyd edin.
Qurban Yaquboğlu:
- Siz bunu hansı mənbəyə əsaslanıb deyirsiniz?
Ceyhun Cəfərov:
-Bu, məşhur bir rəvayətdir.
İSLAM FƏRQLİ İNANCLARA HƏMİŞƏ HÖRMƏTLƏ YANAŞIB
Ramiz Əsgər:
- Bu bayrama hər xalq öz damğasını vurub. Məsələn, Novruz mərasimlərində Orta Asiyada at, atla bağlı yarışlar daha ön plandadır. Bizim coğrafiyada da vaxtilə at olub, indi at yoxdur. Kəndirbazlar şəhər yerlərindədir, kənddə o da sıradan çıxıb. Kənd yerlərində yumurta döyüşdürmək var, şəhərdə isə bu, ayıb sayılır. Kənddə uşaqlar bayram payı üçün papaq atırlar, şəhərdə bu, zəifdir. Mən burada südlüaş bişirsəm də, elə yer var ki, düyü yoxdur, südlüaş bişirə bilməzlər. Tutaq ki, süfrəyə “s” hərfi ilə başlayan 7 nemət düzürlər, elə coğrafiya var ki, o, yoxdur.
Qurban Yaquboğlu:
- Nahid müəllim də mövzu ilə bağlı fikrini bildirsin.
Nahid Məmmədov:
- Yaradılışından bu yana insan təbiətin oyanışını sevinclə qarşılayıb. İnsanın yaşaması üçün vacib olan 4 ünsürün formalaşması da Novruz bayramında, çərşənbələrdə öz əksini tapıb. Bayramın islamlaşmasına gəldikdə, xilafət zəbt etdiyi ərazilərdə, dövlətlərdə yerli xalqların mili adət-ənənələrini öz ixtiyarlarına buraxırdı. Azərbaycanın fəth olunduğu dövrdə bağlanan müqavilələrdə bu, açıq-aydın göstərilirdi. Müqavilələrin birində birbaşa qeyd olunmuşdu ki, yerli xalqların inanclarına, mili adət-ənənələrinə hörmətlə yanaşılsın. Yerli inanclarla, adət-ənənələrlə islamın təması beləcə başlandı. Tutalım, atəşpərəstlikdə ruhlara sitayiş varsa, bunu ölülərin ziyarət edilməsi, qəbir üstündə duaların oxunması ilə əvəz etdilər. Nəticədə tədricən Novruz bayramı dini xarakter almağa başladı. Ola bilsin, Novruz bayramında odun üstündən atlanmaq kimi atəşpərəstliklə, bütpərəstliklə bağlı müəyyən nüanslar var. Ancaq insanlar günümüzdə bunu şüurlu şəkildə oda sitayiş niyyəti ilə etmirlər. Ümumilikdə, bu bayramın qeyd olunması müsbət bir hadisədir.
Qurban Yaquboğlu:
- Novruz bayramının qeyd edilməsi üçün Azərbaycanda 5 gün ayrılıb. Belə fikir var ki, bu, Azərbaycanın Novruzu rəsmən seçdiyini və digər bayramlardan üstün tutduğunu göstərən yanaşmadır...
Nahid Məmmədov:
- Novruz bayramında ritualların özü uzunmüddətlidir. Bu bayram mili-tarixi keçmişimizə aparıb çıxaran bir hadisə olduğu üçün dövlət bu bayramda insanlara daha çox şadlanmağa, əylənməyə, daha artıq qohum-əqrəba ilə ünsiyyətdə olmağa imkan yaratmağı ön plana çəkir. Dövlət Novruz bayramına məhz bu aspektdən yanaşaraq doğru qərar verib.
Seyfəddin Rzasoy:
- 5 gün məsələsi dövlətimizin heç də Novruzu bütün bayramlardan üstün tutduğu anlamına gəlmir. Əslində, biz mili-mənəvi dəyərlərimizə qayıdışı yaşayırıq. Bir məqama da toxunmaq istəyirəm. Bayaq deyildi ki, Novruz hansısa etnosa, millətə bağlı bayramdır, ya yox. Farsların qeyd etdiyi Novruz dünyanın bütün xalqlarında var. Odpərstliyi, atəşpərəstliyi heç bir xalq bir-birindən ala bilməz. Sadəcə, yaxın bölgədə yaşayan xalqların inancları üst-üstə düşür. Əslində Novruz bayramının farslara, yaxud azərbaycanlılara məxsus olduğunu iddia etmək türkün və farsın orta əsrlərdəki qoşa tarixini inkar etmək deməkdir. Avrasiyanın tarixini yazanlar başda türklər olmaqla İran, ərəb etnoslarıdır. Burada maraqlı məqam nədir? Bu bayram bizim içimizdən gələn bayramdır, ya yox? Məsələ burasındadır ki, atəşpərəstlikdə od müqəddəs tutulurdu. Biz isə bütün ağırlıqlarımızı, bütün murdarlıqlarımızı odla təmizləyirik. Göytürk dövründə xaqana yad, xüsusən, düşmən ölkələrdən elçilər gəlirdisə, hökmən həmin adamları Göytürk şamanları iki od arasından keçirirdilər. Çünki elçiləri mənfi energetika, şər ruhlarla yükləyib göndərə bilərdilər... Maştağadakı çıldağ da eyni analogiyadan qaynaqlanır. Bu, sırf bizim inancdır. Zərdüştlükdə, atəşpərəstlikdə odun bu cür türksayağı murdarlanması ənənəsi yoxdur. Novruzun türklərə məxsus etnik bayram olduğunu bildirən başqa bir element var. Ya axır çərşənbənin, yaxud Novruz bayramının səhərisi günü tezdən suyun üstünə gedirlər. Deyirlər ki, salam-əleyküm ay su, icazə ver, mən sənin üstündən tullanım, azarım-bezarım səndə qalsın, bütün ağırlıqlarımı götür, yu-apar. Sonra suyun içərisindən daş götürüb gəlirlər. Göyçədə, Qərbi Azərbaycanda o daşı bərəkət kimi pul kisəsinin, tabağın içərisinə qoyurdular. Fikrimcə, bizim problemlərimizdən biri də atalar sözlərimizi, nağıllarımızı, bir sözlə, şifahi xəzinəmizi qonşu xalqlarla müqayisəli şəkildə öyrənməməyimzdir. Farsların özündə dediyim bu inanclar yoxdur. Onların inancları fərqlidir. Amma onu da inkar etmək olmaz ki, bu bayramın bəzi elementləri bir-birinə qarışıb. Bununla belə, hesab edirəm ki, Novruz mili-etnik bayramımızdır.
Aydın Əlizadə:
- Gəlin bu günə keçək. Yenə də həmsöhbətlərimi məntiqə çağırıram. Azərbaycanın müstəqillik gününü bir neçə gün qeyd etsəydik, mən bunu başa düşərdim. Çünki bu, insanlarda vətənpərvərlik oyadır. Ordu gününün də çox qeyd edilməsində məntiq olardı. Biz həmişə televiziyalarda vətən, ordu, müstəqilliyimiz, mənliyimiz haqqında danışırıq. Bu, doğurdan da xalqı tərbiyə edir. Keçək dinə. Din bayramları bizə nə vəd edir? Deyir ki, ay dindar, bu bayramları qeyd et, Allah səni cənnətə salacaq. Burada məntiq var. Novruz bayramına gələk. Bunu qeyd etməklə nə qazanırıq? Deyirlər, təbiət oyanır. Mən də sual verirəm ki, nə olsun oyanır? Məgər bunu qeyd etməsəm, təbiət oyanmayacaq? Bu, dövrü olaraq hər il baş verir...
Ceyhun Cəfərov:
- Allahın bu bayramda cənnət vəd verməsi, yaxud behiştə aparması bizim özümüzdən asılıdır. Allah demir ki, sən öz kökündən, millətindən qop.
Aydın Əlizadə:
- Axı, biz dedik ki, bu, ortaq bayramdır.
Seyfəddin Rzasoy:
- Novruz bayramının ortaq bayram olması heç bir halda bu bayramın Azərbaycan xalqının mədəniyyəti ilə bağlılığını inkar etmir. Bu, Azərbaycan-türk mədəniyyətinin üzvü tərkib hissəsi olan bir bayramdır.
Nahid Məmmədov:
- Biz tək keçmiş türk ənənələrinin mövcud olduğu Novruzu qəbul etmirik. Novruz çoxsaylı mədəniyyətlərə məxsus elementlərin qarışdığı bir mədəniyyət hadisəsinə çevrilib.
BƏZİ DİNDARLAR DA VAR Kİ...
Qurban Yaquboğlu:
- Aydın müəllim məntiq axtarmağın zəruri olduğunu vurğulayır. İnsanların sevinməyi, mənəvi bağların artması məntiq axtarışına adekvatdırmı?
Aydın Əlizadə:
- Yox. Çünki məntiqlə emosiya fərqlidir.
Ceyhun Cəfərov:
- Axı, duyğusuz, emosiyasız insanı necə təsəvvür etmək olar?
Aydın Əlizadə:
- Düzdür. Amma mən fəlsəfəçi kimi yalnız məntiqə müraciət edirəm. Mən məntiqsiz şeyi qəbul etmərəm.
Qurban Yaquboğlu:
- Ramiz müəllim, əlavəniz varmı?
Ramiz Əsgər:
- Novruz milli şüuru oyadır. Ona görə də bu bayram müstəsna dərəcədə əhəmiyyətlidir.
Qurban Yaquboğlu:
- İslam dininə etiqad edən elə insanlar var, Novruz bayramını qeyd edib-etməməklə bağlı sual qarşısında qalırlar.
Ceyhun Cəfərov:
- Elə bir fikir səslənməyib. İslami nöqteyi-nəzərdən buna heç bir etiraz yoxdur. Peyğəmbər buyurur ki, bu bayramdakı bu əməllər var, onu keçirmək olar. Heç vaxt islamla Novruz üz-üzə qoyulmayıb, qoyula da bilməz.
Ramiz Əsgər:
- Bütpərəstlik elementləri Novruzda arxa plandadır. Bir var, yandırılan çıraqla kitab oxuyasan, bir də var, ona müqəddəs kimi baxasan.
Nahid Məmmədov:
- Düzdür, Azərbaycanda Novruz bayramını qeyd etməyin əleyhinə çıxan insanlar var. Əsasən, sələfi düşüncəsinə mənsub bu insanların bayrama yönəlik tərəddüdləri danılmazdır. Lakin bütpərəstlik və atəşpərəstlik elementlərini kənarlaşdırmaqla, bu bayramın qeyd olunmasını onlar da qəbul etməyə başladılar. Baxmayaraq ki, möhtərəm filosofumuz Aydın müəllimin bu bayrama öz baxışı var, bütövlükdə Novruz bizim milli kimliyimizi ortaya qoyan, milli ideologiyamızın formalaşmasında öz mövqeyi, rolu olan bir bayramdır. Sələfilər də bunu görməyə başladılar. Azərbaycanın tarixindən bu bayramı silmək mümkün deyil.

1192