Azərbaycanda 30 dini icmaya şəhadətnamə verildi
Hidayət Orucov: “Başqa ölkələrin dövlət-din münasibətləri modeli Azərbaycana idxal edilə bilməz”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 30 dini icma sədrinə qeydiyyatdan keçmək haqqında şəhadətnamələr və dini qurumların dövlət reyestrindən çıxarış sənədləri təqdim edilib. Bu barədə Lent.az-a komitənin mətbuat xidmətindən bildirilib.
Şəhadətnamələri təqdim edən Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib ki, “Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklərdən sonra ölkəmizdə fəaliyyət göstərən dini icmaların yenidən dövlət qeydiyyatına alınması onların fəaliyyətlərinin genişlənməsinə və daha yüksək səviyyədə tənzimlənməsinə, eləcə də vətəndaşlarımızın vicdan azadlığının təmin olunmasına xidmət edir. Hidayət Orucov əlavə edib ki, mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilənə qədər Dövlət Komitəsində cəmi 532 dini icma qeydiyyatdan keçmişdi, yerdə qalan dini qurumlar qeydiyyatsız fəaliyyət göstərirdi. Lakin qanuna edilmiş dəyişikliklərə əsasən, hazırda dini qurumlar yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər: “Bunun nəticəsidir ki, dövlət qeydiyyatına alınmaq üçün 800-ə yaxın dini qurumun sənədləri Dövlət Komitəsinə daxil olub. Onlardan 252-si artıq dövlət qeydiyyatına alınıb. Nəzərdə tutmuşuq ki, yaxın iki ayda qeydiyyat prosesini yekunlaşdıraq”.
Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanda din dövlətdən ayrıdır, ancaq vətəndaş dövlətdən ayrı deyil: “Azərbaycan dövləti bununla həm vicdan azadlığını təmin edir, həm də öz vətəndaşlarının asayişini və hüquqlarını qoruyur. Eyni zamanda, Azərbaycan dövləti və cəmiyyəti onun dini sabitliyinə zərbə vura biləcək yad təsirlərə qarşı barışmaz mövqe tutur. Bu baxımdan kənar müdaxilələrin dəf edilməsində və cəmiyyətin dini səviyyəsinin yüksəldilməsində dini icma rəhbərləri öz səlahiyyətləri çərçivəsində daha fəal və maarifçi mövqe nümayiş etdirməlidirlər. Başqa ölkələrin dövlət-din münasibətləri modeli Azərbaycana idxal edilə bilməz. Belə mənfi meyllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq. Azərbaycan dünyəvi dövlətdir və təriqətlər üstü siyasət yürüdür. Azərbaycan dövləti üçün hansısa məzhəb və təriqət yox, bütöv İslam və bu dinin yüksək dəyərləri var. Həmin dəyərlərin qorunmasında dini icmalar dövlətə və cəmiyyətə yaxından kömək göstərməlidirlər”.
Sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, dövlət qeydiyyatdan keçmiş Sumqayıt şəhəri “Cümə” məscidi dini icmasının sədri Rauf Sərdarov, Kürdəmir şəhəri “İmam Rza” məscidi dini icmasının sədri Füzuli Cəfərov, Qazax rayonu Çaylı kəndi “Səxavət” məscidi dini icmasının sədri Sahilə Orucova və digərləri çıxış edərək bildiriblər ki, dövlət tərəfindən onlara göstərilən qayğıdan razıdırlar və fəaliyyətlərini yalnız dövlətçiliyin qorunması üzərində davam etdirəcəklər.
Sonda icma rəhbərlərini maraqlandıran müxtəlif suallar cavablandırılıb.

477