Məsum aşiq, əxlaqsız keşiş, homoseksual, kilsənin “sildiyi” günahkar... – ARAŞDIRMA
Valentin Günü: yalançı tarix və gerçək sensasiyalar
Mən onun izini Roma tarixinin kifsəmiş dönəmlərində, Neronun, Kaliqulanın ehtiraslı və qanlı tamaşalarında, erkən dövrün xristianlarına qarşı düzənlənən hərbi və vətəndaş mübarizələrində axtardım. Kimdir bu adam? Kimdir bu adam ki, adıyla bağlı sevgi və məhəbbət bayramı müstəqillik savaşının acıları səngiyən kimi Qərbin digər yad dəyərlərindən fərqli olaraq heç nəyə baxmadan özünü beyinlərə pərçim elədi? İslam ölkəsi olan Azərbaycanda onun qabağında heç nə dayana bilmədi. Əslində, qabağına çıxan da olmadı. Bəlkə bunlar hamısı xristian keşişi olduğu deyilən xaçpərəst Valentinin müqəddəsliyi ucbatındandır?
Valentin kimdir?
Erkən xristianlığın salnaməçiləri əsasən, üç Valentin haqqında xəbər verirlər. Bunlardan biri Romada xristianlığı yaydığı üçün 269-cu ildə başı bədənindən ayrılıb. İkincisi, loğman və xalq təbabətinin dərin bilicisi kimi şəhər rəisinin oğlunu xristianlığa cəlb etdiyi üçün edam olunub. Bizi maraqlandıran sonuncu Valentin isə birinci və ikinci Valentinlərin həyat yolunu və qabiliyyətlərini özündə birləşdirməklə yanaşı, qanunsuz nikah kəsmə işinin də bilicisiymiş. Bilinəni odur ki, bu gün dünyanın əksər ölkələrində Sevgililər Günü kimi qeyd olunan “Valentin Günü” nə konkret şəxsiyyətə, nə də hansısa dəqiq tarixi hadisəyə əsaslanır. Sadəcə, rəvayət olunur ki, təxminən 269-cu ildə, İmperator Klavdinin dövründə ərazilərini genişləndirməyə çalışan Roma İmperiyası “əsgər aclığı” keçirdiyindən bir sıra tədbirlərlə yanaşı, orduda evlənmə hallarına qarşı da mübarizə aparır. Beləliklə, döyüşən Roma Ordusunda əsgərlərə evlənməyə icazə verilmir.
Əfsanəyə görə, Terni şəhərindən olan Valentin isə İmperatorun bu əmrini pozaraq, gizlicə romalı əsgərlərlə sevgililərinin kəbinini kəsir. Buna görə də əsgərlərini subay, deməli, güclü və döyüşkən, həmçinin döyüşdən başqa heç nəyi düşünməyən fərdlər kimi görmək istəyən Klavdi qəzəblənərək, Valentini həbs etdirir. Sorğu-sual və üzləşdirmə zamanı məlum olur ki, Valentin təkcə kəbin kəsmirmiş. O, həm də küsüşən aşiq-məşuqlar üçün məktublar yazır, qızları, oğlanları bir-biriylə barışdırır, aşiqlərin adından məşuqlara, məşuqların adından aşiqlərə hədiyyələr göndərir, qısası, həmin dövrdə nə məhəbbət oyunu deyirsən, onların hamısından çıxır, cayıl diliynən desək, “papa rozalıq”, yaxud osmanlılar demiş, “pəzəvənglik” eləyir. Nəsə, Valentini bu əməllərinə görə tutub həbsxanaya salırlar. Ancaq sən demə, Valentin özü də həbsxana rəisinin qızına vurulubmuş. O, edamdan əvvəl qıza məktub yazmağa və məhəbbətini izhar eləməyə imkan tapır. Prinsipcə, Valentinin “həyat və yaradıcılığı” bundan ibarətdir.
Söylədiklərimizə Valentinin guya həbsxana rəisinin kor qızını müalicə eləməyi barədə detalı da əlavə eləsək, olar tamam… Göründüyü kimi, ilk baxışdan xeyli inandırıcı, bəzi istisnaları çıxmaq şərtiylə bir az da Valentinə mələk donu geyindirəcək qədər məsum hekayətdir. Ammalar olmasaydı…
Olmayan Valentinin olmayan əməlləri
Mən, yaxud digəri Valentin haqqında bu nağıllamaya inanardı, əgər mövhumatın yerinə real tarix olmasaydı. Məsələ bundadı ki, sevgililərin kahini hesab olunan Valentin haqqında bildiklərimizin hamısı uydurma, tarixi faktların yerli-dibli inkarından savayı bir şey deyil. Bu keşişin əzablı həyatını əks etdirən məqamlara bircə-bircə nəzər salmaq üçün lap başdan başlayaq.
Nağıllama ondan başlayır ki, guya Roma İmperatoru Klavdi imperiyanın əzəmətini artırmaq və ərazilərini genişləndirmək məqsədiylə işğalçı müharibələrə hazırlaşır. Birinci yalan buradan başladı! Uzağa getməyib hələ tələbəlikdən masaüstü kitabım olan Roma tarixinin məşhur araşdırmaçısı Edvard Hibbonun “Roma İmperiyasının tənəzzülü və süqutu” kitabından oxuyuruq: “Roma İmperiyasının işğalçı potensialı artıq II əsrin əvvəlindən tükənmişdi. İmperator Trayan Şimali Mesopotamiyanı Roma İmperiyasına birləşdirdikdən sonra onun varisi imperator Adrian (98-117-ci illər) Romanın hücum strategiyasına qadir olmadığını başa düşərək, aktiv müdafiəni seçdi. Roma bu strategiyaya 200-220 il əməl elədi…” (E.Qibbon “The Decline and Fall Roman Empire” 1903).
Beləliklə, məlum olur ki, Roma İmperiyası Valentinin də yaşadığı dövrdə, yəni İmperator Klavdinin hakimiyyəti vaxtı nəinki “dünyanı işğal eləmək” barədə düşünmürmüş, hətta “leş”ini zorla sürüyürmüş. Yəni, işğalçı müharibələr aparmaq fikrində deyilmiş və deməli, subay əsgər yığmağa da ehtiyac yoxuymuş.
Keçək ikinci məqama. O məqama ki, guya İmperator əsgərlərinə evlənməyi qadağan edir. Məşədi İbadın təbirincə desək, mən illərdir Roma tarixi oxuyuram, ancaq belə şeyə rast gəlməmişəm ki, hansısa İmperator əsgərlərinə evlənməyi qadağan eləyə. Əksinə, oxumuşam ki, imperatorlar sərkərdələrinə tapşırarmışlar ki, hər döyüşdən sonra qənimət kimi məğlub dövlətin qadınlarını əsgərlərinə bağışlasınlar. Ki, ordunun mənəvi-psixoloji durumu yüksək olsun. Bəs haradan çıxıb bu “qadağa” məsələsi? Yenə mövhumata deyil, tarixə müraciət etsək, məlum olar ki, Roma imperatorları qadınlarla evlənməyi əsgərlərinə o zaman qadağan edirdilər ki, ordu işğalçı müharibə aparırdı. Çünki işğalçı ordu bir şəhərdən o biri şəhərə, bir ölkədən digər ölkəyə keçdiyindən hər yerindən duran əsgər özünü bir şəhərdə, yaxud bir ölkədə bir qadının yanına salsa, daha orduda əsgər qalmaz ki… Yəni, Roma ordusunun əsgərlərinə yalnız və yalnız işğal başa çatmamış işğal elədikləri ölkənin qadınlarıyla evlənmək, ata olmaq qadağan edilmişdi.
Bəli, bax bu qadağa barədə Roma tarixində çox şeylər var. Məsələn, legionerlərin düşərgələrində qadın saxlamaq olmazdı, düşərgələrdə uşaq doğmaq, uşaq böyütmək qadağandı və sair və ilaxır.
Beləliklə, gəldik Valentinin əsl günahının üstünə. O günahının ki, guya yaramaz keşiş İmperatorun əmrinin əleyhinə çıxaraq, gizlicə əsgərlərin kəbinini kəsib. Artıq yuxarıda dedik ki, əsgərlərə yalnız düşərgə şəraitində evlənmək qadağan edilmişdi. O zaman düşərgə şəraitində olan, bir şəhərdən o biri şəhərə keçən orduda qadağan və təqib olunan xristian dininin keşişi Valentin nə gəzirmiş? Bunun səbəbini, deyəsən, Avqustinin “Xristianlığa aid 6 suala cavab” əsərindən tapmışam. Avqustin yazır: “İsa tərəfdarlarının həyatın ən vacib işləklərinə aid heç bir ayinləri yoxdur”. Rus filosofu Vladimir Slovyovdan isə oxuyuruq: “Xristianlıq özünün erkən dövrlərində heç bir dini ayini ehtiva etmirdi”. Bəli, hadisələrin baş verdiyi 269-cu ildə xristianlıqda dini qaydada kəbin kəsmək ənənəsi və qaydası belə olmadığı halda, Valentin hansı qaydaya, hansı dini ayinə görə kəbin kəsirmiş, bilmirəm.
Bu Valentin elə öləsiymiş
Gəldik Valentini ölümə sürükləyən səbəbin üstünə. Nə təəssüf ki, bu məsələdə də qeyri-müəyyənlik hökm sürür. Keşişin ölümünün bir neçə səbəbi ola bilər. Bu gün Valentinin adıyla bağlı Sevgililər Günü qeyd olunduğundan bütün səbəbləri bir kənara qoyub, İmperatorun əmrini pozaraq onun əsgərlərə kəbin kəsməsini araşdıraq. Ancaq kəbin məsələsinə azacıq əvvəl aydınlıq gətirdik. Məlum etdik ki, kəbin-filan boş şeydir, o zaman belə şeylər yoxuydu. Bəs nəymiş Valentinin günahı? Yenə tarixə müraciət edək. Krist Karlın “Roma imperatorlarının dövrü” kitabından oxuyuruq: “Legionerlər arasında yayılan homoseksualizmə qarşı çox ciddi tədbirlər görülürdü. Roma imperatorlarının gözündə xristianlıqla homoseksualizm eyni bəlaydı…”
Əgər keçmiş zamanlarda Valentinin heç də sevgililəri yox, yalnız kişi cütlükləri himayə etdiyini söyləyənlərin fikirlərini, Qərbdə və Amerikada onu homoseksualist hesab edənləri, Krist Karlın kitabından oxuduqlarımızı nəzərə alsaq, Valentinin orduda məhz mənəviyyatsızlıq yaydığı üçün edam olunduğunu güman etməyə tam əsasımız var. Nə olsun bu zırramanın adı “Mavi” yox, “Müqəddəs” Valentin olub. Ona qalsa, qadın cütlüklərin də himayəçisi var ki, onun da adı “Müqəddəs Aqnessa”dır. Bəs Valentinin “müqəddəs”ləşməsinə səbəb nə olub?
Valentinin müqəddəsləşməsi
Bəri başdan deyək ki, Valentin qətiyyən katolik keşişi olmayıb. Axı, üçüncü əsrdə xristianlığın özü nəydi ki, hələ məzhəblərə də ayrılsın? Yəni, o vaxt xristianlıq hələ Qərbə və Şərqə bölünməmişdi, yalnız İsa tərəfdarları vardı. Sadəcə, Valentin Papa Helasiusun dövründə, daha dəqiqi, 496-cı ildə xristian əzabkeşi kimi kilsə tərəfindən müqəddəs elan olunub və fevralın 14-ü Müqəddəs Valentin Günü kimi qeydə alınıb. Papanın niyə məhz bu tarixi seçməsinin isə əsaslı səbəbi var. O vaxtlar Romada bütpərəstlik dövründən qalmış Kəbin ilahəsi Yunonun və Pan tanrısının adıyla bağlı ədəbsiz bir bayram varmış. Hər il fevralın 14-də camaat arvadlı-kişili Erotizm tanrısı Luperkalinin şərəfinə bir yerə yığılaraq, ədəbsiz qaydaları olan şənlik keçirərmiş. Qaydalara görə, cavan qızlar kişilərə sevgi məktubları yazaraq qutuya atarmışlar, sonra kişilər bu məktubları bəxtə-bəxt çıxararaq, bəxtlərinə düşən gözəllə eşqbazlıqla məşğul olurmuşlar. Lotereya qaydaları ilə sevişmədən Papanın bir gün canı boğazına yığılır və ədəbsiz bayramı unutdurmaq üçün illər əvvəl fevralın 14-də məhəbbətə görə edam edildiyi haqda dini rəvayətlərdə adı keçən keşiş Valentini müqəddəsləşdirir, onun adıyla bağlı təzə bayram “kəşf eləyir”.
Ancaq yalanın ömrü uzun olmur. Valentin və Valentin Günü vurğunlarını məyus edərək deməliyəm ki, 1969-cu ildə Roma Katolik Kilsəsi Papa Helasiusun bu səhvini düzəldir və keşiş Valentini kilsənin müqəddəslər siyahısından çıxararaq, Müqəddəs Valentin Günü bayramının keçirilməsini məsləhət görmür! Bu da Valentinin heç də düz-əməlli adam olmadığına dair daha bir sübut! Bilirsinizmi kiminsə Roma Katolik Kilsəsinin müqəddəslər siyahısından silinməsi nə deməkdir? O deməkdir ki, həmin adamın elə bir “qrex”i üzə çıxır, daha deyiləsi olmur. Deməli, Valentinin də belə bir “qrex”i üzə çıxır ki, 1969-cu ildə Roma Papası onu siyahısından silir.
Məhz buna görə də…
Məhz bu səbəbdən də Pravoslav Kilsəsi də 14 fevralda edam olunan və guya sevgililərin himayədarı olan Müqəddəs Valentin adında bir adam tanımır, tanımaq da istəmir! Məhz bu səbəbdən də Rusiyada artıq bir neçə ildir ki, Sevgililər Günü kimi qeyd olunan 14 fevral günü mütləq və mütləq millətçilərlə, xristianlığın bəzi məzhəblərinin davamçılarıyla 14 fevralı daha şaqraq keçirən cinsi azlıqların nümayəndələri arasında dava düşür, qan su yerinə axır; məhz bu səbəbdən də Kitabı olan dinlərdən birinə inanan hansısa mömin bəni-Adəm Valentin deyilən birisinin adıyla sevdiklərinin adını yanaşı işlətmir, bu günü bayram eləmir! Bizimkilərə nə düşüb, bilmirəm. İnanın, “El İçində” dilimdən çıxan “mən ateistəm, vecimə də deyil” kəlməsinə görə az qala məni öldürəcək qədər qızışan birisi o gün soruşur ki, görəsən sevdiyi qıza “14 fevral Sevgililər Günü”ndə nə hədiyyə eləsin? Mənim kimi “ateist” yaxşıdır, yoxsa onun kimi gicbəsər? Bilmək lazımdır ki, Valentin sadəcə, bir piardır, vəssalam! İtaliyada bu günü daha çox təbliğ eləyənlər pal-paltar, Fransada parfümeriya, Hollandiyada gül, İngiltərədə şokolad düzəldənlərdir ki, fevralın 14-də yaxşı alver eləyirlər.
Bircə dünyanın ən dəqiq və gözəl milləti almanlar bu gicbəsər Valentini adam yerinə qoymurlar. Ancaq “xətrinə də dəymirlər”. Çünki Almaniyada 14 fevral Müqəddəs Valentin Günü psixi cəhətdən sağlam olmayanların günü kimi qeyd olunur və siz fevralın 14-də Almaniyada olsanız, dəlixanaların pəncərələrindən, eyvanlarından asılan güllərə, qırmızı lentlərə təəccüblənməyin, hamı üçün yox, ağıldan kəmlər üçündür…
İlham Tumas
[email protected]

1391