Yük təyyarəsi belə qəzaya uğradı - VİDEO
05 noyabr 2025 05:05 (UTC +04:00)

Yük təyyarəsi belə qəzaya uğradı - VİDEO

0

ABŞ-ın Kentukki ştatındakı Luisvill Beynəlxalq Hava Limanı yaxınlığında göyərtəsində üç nəfərin olduğu yük təyyarəsi qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Məlumata görə Luisvill Beynəlxalq Hava Limanından Havay adasındakı Honolulu şəhərinə yola düşən “McDonnell Douglas MD-11” tipli yük təyyarəsi saat 17:15 radələrində havaya qalxdıqdan qısa müddət sonra naməlum səbəbdən qəzaya uğrayıb.

Kentukki qubernatoru təyyarə qəzasında ən azı üç nəfərin öldüyünü, 11 nəfərin isə yaralandığını bildirib.

Hazırda qəza yerində axtarış-xilasetmə işləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar