Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalandı
APA-nın xəbərinə görə, fərmana əsasən iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə Sumqayıt şəhərində Yüksək Texnologiyalar Parkı yaradılacaq.
“YT Park” informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi olacaq.
“YT Park”ın fəaliyyətinin təşkili və idarə olunması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq.
“YT Park”ın fəaliyyəti üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin tabeliyindəki Superfosfat Zavodunun ərazisindən 30 hektar torpaq sahəsi cəmiyyətə veriləcək.

Oxşar yazılar

Dörd BÜRCƏ xoş xəbərdarlıq: Ayın sonuna qədər varlanacaqsınız
22 may 2025 , 09:09
Beş BÜRC üçün inanılmaz dəyişikliklər vədi: Sevgi, səyahət və...
22 may 2025 , 00:02
Məkkəyə piyada gedib qayıtdı - VİDEO
21 may 2025 , 19:46
Arzuladıqları hər şeyi əldə edəcək BÜRCLƏR
21 may 2025 , 18:31
Azərbaycanın 13 və 86 yaşlı zəvvarları Həcc ziyarətinə gedəcək
21 may 2025 , 18:23
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
21 may 2025 , 18:19
Bakıda parklanma ilə bağlı YENİLİK
21 may 2025 , 17:17