“Qara siyahı”dan çıxmaq istəyənlər var
Mətbuat Şurasının Apelyasiya Qrupunun iclası keçirilib. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Apelyasiya Qrupunun rəhbəri, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gündəlikdə duran məsələlər barədə məlumat verib.
Vüqar Rəhimzadə deyib ki, Apelyasiya Qrupunun ötən iclasından keçən müddət ərzində Mətbuat Şurasına adı “qara siyahı”-da yer alan kütləvi informasiya vasitələrindən çoxsaylı müraciətlər daxil olub. Daha öncədən ünvanlanmış müraciətlər də var. Qrup ilk növbədə onları araşdırmaqdadır. İclasın gündəliyinə çıxarılmış 21 məsələ də bu qəbildəndir. Qrup üzvləri konkret sənədlərlə bağlı fikirlərini bildiriblər. Mətbuat Şurasının Katibliyinin müvafiq təqdimatları nəzərdən keçirilib. Bildirilib ki, “qara siyahı”-dakı nəşrlərin oradan çıxarılması prosedurunun həyata keçirilməsi ictimai qınaq mexanizminin faydası baxımından prinsipialdır. Amma siyahıdan çıxanların sonradan fəaliyyətlərini peşə dəyərlərinə uyğun qurmaları ilə bağlı təminat da əhəmiyyətlidir. Buna görə də proses Mətbuat Şurasının “Reket nəşr”lərin müəyyənləşdirilməsinə dair Təlimat”ına uyğun şəkildə qurulmalıdır.
Müraciət ətrafındakı müzakirələrdən sonra belə rəyə gəlinib ki, həmin KİV-lərin baş redaktorları qrupun yaxın günlərdə baş tutacaq dinləmələrinə dəvət olunsunlar. Bu prosesin yekunundan sonra “qara siyahı”-dan çıxarılması tövsiyə olunanlar barədə Mətbuat Şurasının İdarə Heyətinə müvafiq təqdimat verilsin. İclasda o da qeyd olunub ki, Mətbuat Şurasına “qara siyahı”-dan çıxmaq üçün müraciət edən KİV-lərin bir çoxuna Mətbuat Şurasının müvafiq təlimatında nəzərdə tutulan şərtləri tam yerinə yetirmək tövsiyə olunmalıdır.

2491