Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişiklik Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin işçilərinin aylıq vəzifə maaşı ilə bağlıdır.
Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının maliyyələşdirilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sair tədbirlər” bölməsində Müəllif Hüquqları Agentliyi üzrə nəzərdə tutulmuş əməkhaqqı fondu dairəsində həyata keçiriləcək.
Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi | |
Vəzifələrin adı | Aylıq vəzifə maaşı |
Baş direktor, direktor | 424 |
Baş direktorun birinci müavini | 407 |
Baş direktorun müavini, direktorun müavini | 363 |
Şöbə rəisi, elmi işlər fondunun müdiri | 327 |
Bölmə rəisi | 314 |
Baş hüquq məsləhətçisi, baş mütəxəssis, baş mühasib, mülki müdafiə üzrə qərargah rəisi | 303 |
Qeyri-əsas şöbənin rəisi, aparıcı mütəxəssis | 275 |
Mütəxəssis | 242 |
Makinaçı, inspektor, xəzinədar, sürücü | 121 |
Gözətçi, xadimə | 110 |
|
|